Fənn · Hərbi rabitə vasitələri mühəndisliyi

Hərbi təyinatlı radiotexniki materiallarSillabus

İFS-44y3 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-44y
Kredit
3
Tələbənin iş yükü
90
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat – mühazirə; b) 15 saat – laboratoriya;
Auditoriyadan kənar saatlar
a) sərbəst iş - 27 saat, b) hazırlıq - 18 saat

Fənn haqqında

“Hərbi təyinatlı radiotexniki materiallar” fənni tədris olunmasında əsas məqsəd XTB 050102 – “Hərbi rabitə vasitələri mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsilalanlarda hərbi təyinatlı radiotexniki materiallar,plataları hazırlamaq üçün materiallar, maqnit keçiricilərin materialları, metallik ovuntulardan maqnitlər, optik materiallar, yeni optik materiallar, optik detalların örtük materialların,müasir sənayedə istehsal texologiyası haqqında bilikləri tələbələrə öyrətmək, texniki vasitələrdən istifadə bacarığını aşılamaqdır. Bu isə radiotexnikada hərbi təyinatlı materiallar və vasitələr hazırlanmasında yeni texnologiyalarının cəmiyyət həyatının bütün sahələrinə geniş surətdə nüfuz etdiyi bir şəraitdə gələcək mütəxəssislərin səmərəli fəaliyyətinə kömək edəcəkdir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Giriş. Plataları hazırlamaq üçün materiallarMühazirə

    Radiotexniki plataların istehsalında istifadə olunan dielektrik və keçirici materialların xüsusiyyətləri.

  2. 2.
    Maqnit keçiricilərin materiallarıMühazirə

    Maqnit dövrələrində enerji itkilərini azaldan və maqnit keçiriciliyini təmin edən materiallar.

  3. 3.
    Bərk maqnit materiallarıMühazirə

    Yüksək koersitiv qüvvəyə malik bərk maqnit materiallarının strukturu və tətbiqi.

  4. 4.
    Metallik ovuntulardan maqnitlərMühazirə

    Metallik toz metallurgiyası üsulu ilə hazırlanan maqnitlərin texnologiyası.

  5. 5.
    Optik materiallarMühazirə

    Hərbi və radiotexniki sistemlərdə istifadə olunan optik materialların spektral xassələri.

  6. 6.
    Optik şüşəMühazirə

    Optik şüşələrin kimyəvi tərkibi, optik sabitləri və hazırlanma prinsipləri.

  7. 7.
    Yeni optik materiallarMühazirə

    Müasir radiotexniki və optik cihazlarda istifadə olunan innovativ materiallar.

  8. 8.
    Kvarslı, texniki, orqanik şüşələr və sitallarMühazirə

    Xüsusi şərtlər üçün istifadə olunan şüşə növləri və şüşə-kristallik materiallar (sitallar).

  9. 9.
    Süni optik kristallarMühazirə

    üni yolla yetişdirilən optik kristalların alınma texnologiyası və xüsusiyyətləri.

  10. 10.
    Tipik optik detallar. LinzalarMühazirə

    Optik sistemlərin əsas komponenti olan linzaların növləri və həndəsi parametrləri.

  11. 11.
    PrizmalarMühazirə

    İşıq şüalarının istiqamətini dəyişən və spektri ayıran prizmatik detalların konstruksiyası.

  12. 12.
    Optik detalların örtük materiallarıMühazirə

    Optik səthlərin fiziki və kimyəvi dayanıqlığını artıran nazik təbəqəli örtüklər.

  13. 13.
    Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin bərpa edilməsi (IX-XII əsrin əvvəli)Mühazirə

    Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin bərpa edilməsi mövzusu IX–XI əsrlərdə hakimiyyətə gələn yerli sülalələrin siyasi fəaliyyətini və dövlət quruculuğu prosesini əhatə edir. Bu dövrdə yerli hökmdarların xarici işğalçılara qarşı apardıqları mübarizə və ölkənin müstəqilliyinin qorunması istiqamətində gördükləri tədbirlər araşdırılır. Mövzuda dövlət idarəçiliyinin inkişafı, inzibati quruluşun möhkəmlənməsi və hakimiyyətin təşkili məsələləri təhlil edilir. Eyni zamanda, dövrün sosial, iqtisadi, siyasi və mədəni həyatı, eləcə də dövlətçiliyin inkişafına təsir göstərən amillər öyrənilir. Bu mövzunun mənimsənilməsi Azərbaycanın orta əsrlərdə müstəqil dövlətçilik ənənələrinin bərpası və inkişaf xüsusiyyətlərini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
  14. 14.
    İşıqbölən örtüklərMühazirə

    İşıq seli müəyyən nisbətdə əks etdirən və buraxan işıqbölən örtüklər.

  15. 15.
    Örtüklərin nəzarət üsullarıMühazirə

    Optik örtüklərin keyfiyyətinin yoxlanılması və parametrlərinin ölçülməsi üsulları.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5