Fənn · Hərbi rabitə vasitələri mühəndisliyi

Mülki müdafiəSillabus

İF-4153y-Hərbi2 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-4153y-Hərbi
Kredit
2
Tələbənin iş yükü
90
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə b) 15 saat seminar
Auditoriyadan kənar saatlar
a) 18 saat MRTSİ b) 27 saat TSİ

Fənn haqqında

Mülki müdafiə fənni tələbələrə fövqəladə halların (təbii, texnogen, bioloji, ekoloji və hərbi mənşəli) yaranma səbəbləri, onların nəticələrinin qiymətləndirilməsi, risklərin azaldılması, əhalinin və ərazilərin mühafizəsi, xəbərdarlıq və təxliyə tədbirləri, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, ilkin tibbi yardımın göstərilməsi, eləcə də fövqəladə hallara hazırlıq və düzgün davranış qaydaları haqqında nəzəri və praktiki biliklər qazandırır. Fənn tələbələrdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına, risklərin idarə olunması bacarıqlarının inkişaf etdirilməsinə və fövqəladə vəziyyətlərdə operativ, düzgün qərar qəbul etmə səriştəsinin inkişafına xidmət edir.

Tədris metodları

  • mühazirə
  • problem-based learning
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Mülki müdafiənin əsaslarıMühazirə

    «Mülki müdafiə haqqında AR-nın qanunu». FH-da MM-nin rolu, məqsədi, tapşırıqları və təşkili prinsipləri. MM qüvvələri. Sənaye obyektlərində MM-in təşkili, hərbiləşdirilməmiş dəstələri.

  2. 2.
    Fövqəladə hallar və onların xarakteristikası 1Mühazirə

    FH, onların təsnifaiı.Texnogen xarakterli FH və təsnifatı. Radiasiya təhlükəli obyektlər.İonlaşdırıcı şüalar. Şüalanma dozası və doza gücü. Şüa xəstəliyi. İcazə verilən şüalanma dozaları.AES qəzalarında yerin radioaktiv zəhərlənməsi. Kimyəvi təhlükəli obyektlər.Kimyəvi təhlükəli maddələr, onların təsnifat, əsas fiziki xassə və insanlara təsiri. Partlayış, yanğın təhlükəli qəzalar, onların əsas xarakteristikaları.

  3. 3.
    Fövqəladə hallar və onların xarakteristikası 2Mühazirə

    Hərbi xarakterli FH. Nüvə silahı. Kimyəvi silah. Bakterioloji (bioloji) silah. Adi qırğın vasitələri. Təbii xarakterli fövqəladə hallar.

  4. 4.
    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. 1Mühazirə

    Radiasiya, kimyəvi, partlayış və yanğın şəraiti haqqında anlayış, onların aşkarı və qiymətləndirilmə üsuları İonlaşdırıcı şüalanmanın aşkarı və ölçülməsi üsulları.

  5. 5.
    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. 2Mühazirə

    MM sistemində tətbiq olunan radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları. Onların təsnifatı, təyinatı və qısa xarakteristikaları.

  6. 6.
    FH-da əhalinin mühafizəsinin əsasları.Mühazirə

    FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Radiasiya və kimyaya qarşı mühafizə tədbirləri.MM-in vahid xəbərdarlıq siqnalları.Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanması.

  7. 7.
    Mülki müdafiənin mühafizə qurğuları. 1Mühazirə

    MM-nin mühafizə qurğularının təyinatı və təsnifatı. Sığınacaqlar, onların təyinatı, təsnifatı, əsas və yardımçı təyinatlı otaqları, mühəndis-texniki avadanlıqları,iş rejimi.

  8. 8.
    Mülki müdafiənin mühafizə qurğuları 2Mühazirə

    Radiasiya əleyhinə daldanacaqlar (radiasiya daldanacaqları), onların təyinatı, təsnifatı, əsas və yardımçı otaqları, mühəndis-texniki avadanlıqları. Sadə daldanacaqlar, növləri və quruluşları. Mühafizə qurğularının sülh dövründə saxlanılma və istifadəsi.

  9. 9.
    Fərdi mühafizə vəsaitləriMühazirə

    Fərdi mühafizə vəsaitləri, onların təsnifatı. Tənəffüs üzvlərinin FMV, onların təsnifatı və təyinatları. Dərinin fərdi mühafizə vasitələri, onların təsnifatı və təyinatları. Gözlərin fərdi mühafizə vasitələri. Tibbi fərdi mühafizə vasitələri və onların təyinatı.

  10. 10.
    FH-da əhalinin köçürülməsi Mühazirə

    Fövqəladə hallarda əhalinin köçürülməsi. Köçürmənin mahiyyəti və üsulları. Köçürmə orqanları, onların tərkibi və vəzifələri. Köçürmənin təminatı və həyata keçirilməsi.

  11. 11.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı 1Mühazirə

    Sənaye obyektlərinin işinin dayanıqlığının mahiyyəti, məzmunu.(

  12. 12.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı 2Mühazirə

    Obyektin dayanıqlığına təsir edən amillər. Sənaye obyektlərinin dayanıqlığının tədqiqatının aparılması. Mülki müdafiənin mühəndis-texniki tədbirləri.

  13. 13.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı 3Mühazirə

    Sənaye obyektlərinin işinin dayanıqlığının nüvə partla-yışının zərbə dalğasının,işıq şüalanmasının təsirinə görə qiymətləndirilməsi metodikası. Obyektlərin işinin dayanıqlığının yüksədilməsi üçün görülən əsas tədbirlər.

  14. 14.
    Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 1Mühazirə

    FH-da keçirilən xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsəd,mahiyyət və tapşırıqları. X və DTİ təşkili və yerinə yetirilməsi. X və DTİ-nin keçirilməsi üçün cəlb olunan qüvvə və vəsaitlər.

  15. 15.
    Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 2Mühazirə

    FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığı. Xüsusi təmizləmənin təşkili və həyata keçirilməsi. FH-da obyektlər və MM dəstələrinin fəaliyyətinin idarə olunması.

  16. 16.
    1. Fövqəladə hallar və onların xarakteristikasıMəşğələ

    Nüvə partlayışı,AES qəzası nəticəsində yaranan radiasiya şəraitlərinin proqnoz və kəşfiyyat məlumatları əsasında aşkarı və xəritəyə çəkilməsi. Radiasiya şəraitinin qiymətləndirilməsi. Məsələ həlli. KTM çıxımı və kimyəvi silahın tətbiqi nəticəsində yaranan kimyəvi şəraitin qiymətləndirilməsi. Məsələ həlli.

  17. 17.
    2. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.Məşğələ

    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.Radiasiya nəzarəti (dozimetrik), radiasiya və kimyəvi kəşfiyyat cihazlarının istifadəsi. DP-5V (DP-5B), İMD-1, DP-22V (İD-1, İD-11), VPXR cihazlarının təyinatı,dəsti, quruluşu, işə hazırlaması və istifadəsi.

  18. 18.
    3. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.Məşğələ

    Mühəndis şəraitinin aşkarı və qiymətləndirilməsi. Dağılma və yanğın zonalarının sərhədlərinin təyin edilməsi. Məsələ həlli.

  19. 19.
    4. Fərdi mühafizə vəsaitləriMəşğələ

    Əleyhqazdan istifadə qaydaları. R-2 respiratorunun seçilməsi, istifadə edilməsi. L-1 yüngül mü-hafizə kostyumunun (yaxud OZK ümumqoşun mühafizə kom-plektinin) istifadə edilməsi.Pambıq-tənzif sarğının hazırlanması, istifadəsi

  20. 20.
    5. Mülki müdafiənin mühafizə qurğuları. Məşğələ

    MM-nin mühafizə qurğuları. Sənaye obyektlərinin fəhlə və qulluqçularının mühəndis mühafizəsinin qiymətləndirilməsi. Mühafizə qurğularının istifadəsi. Mühafizə qurğularının əhalinin qəbuluna hazırlanması. Mühafizə qurğularında əhalinin yerləş-dirilməsi. Mühafizə qurğularında əhalinin davranış qaydaları.

  21. 21.
    6. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı Məşğələ

    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı. Sənaye obyekt-lərinin işinin dayanıqlığının nüvə partlayışının zərbə dalğası-nın, işıq şüalanmasının, radiasiya şəraitinin, yanacaq-hava qarışığı partlayışının və KTM kimyəvi zəhərlənmə şəraitinin təsirinə görə qiymətləndirilməsinə aid məsələlərin həlli.

  22. 22.
    7. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 1Məşğələ

    Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırıl-ması. Xüsusi təmizləmənin keçirilməsi. Qismi xüsusi təmizləmənin – dezaktivizasiyanın, deqazasiyanın və dezinfeksiyanın keçirilməsi.

  23. 23.
    8. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 2Məşğələ

    Tam və qismi sanitar təmizləmənin keçirilməsi. İPP-8 (İPP-9, İPP-10) kimyaya qarşı fərdi paket, onun təyinatı, dəsti və istifadə qaydası. Xüsusi təmizəmədə təhlükəsizlik tədbirləri.

  24. 24.
    1. Dozimetrik cihazlar. Sərbəst iş
  25. 25.
    2. Fərdi mühafizə vasitələri. Sərbəst iş
  26. 26.
    3. Radiasiya təhlükəli obyektlərdə qəzalar. Sərbəst iş
  27. 27.
    4. Mühafizə qurğuları və onların istifadəsi. Sərbəst iş
  28. 28.
    5. Zəlzələlər. Sərbəst iş
  29. 29.
    6. Fövqəladə hallarda əhalinin köçürülməsi. Sərbəst iş
  30. 30.
    7. Qasırğa, fırtına, tufan, çovğun, burağan. Sərbəst iş
  31. 31.
    8. FH-da sənaye obyektlərin işinin dayanıqlığı. Sərbəst iş
  32. 32.
    9. Fərdi dozimetrlər komplekti. Sərbəst iş
  33. 33.
    10. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıSərbəst iş

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5