Fənn · Hərbi rabitə vasitələri mühəndisliyi
Azərbaycan dilində işgüzar və akademik kommunikasiyaCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 |
|---|---|---|---|---|---|---|
| CLO 1CLO-43712• FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 2CLO-29769• FTN2: İxtisas üzrə işgüzar üslubun leksik, qrammatik və sintaktik xüsusiyyətləri müəyyənləşdirilir və müxtəlif kommunikativ situasiyalarda düzgün tətbiq edilir. Peşəkar fəaliyyətə uyğun şifahi və yazılı kommunikasiya vasitələrindən, peşə etikası və etiket normalarından səmərəli istifadə bacarığı formalaşdırılır. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; ixtisası üzrə ən azı bir xarici dildə, xüsusilə ingilis dilində texniki və akademik ünsiyyət qurmaq, hərbi rabitə vasitələri mühəndisliyi sahəsinə aid elmi-texniki məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və peşə fəaliyyətində istifadə etmək bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 2
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyada Azərbaycan Respublikasının yeri və rolu haqqında sistemli biliklərə malik olur; milli dövlətimizin inkişaf istiqamətlərini, vətəndaş məsuliyyətini, etik davranış qaydalarını və mühəndislik fəaliyyətində sosial məsuliyyət prinsiplərini nəzərə almaq bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 3
İş yerində informasiya texnologiyalarından istifadə etmək; riyazi analiz, xətti cəbr, analitik həndəsə, fizika, tətbiqi fizika, kimya, elektrik dövrələri, proqramlaşdırma və mühəndis qrafikası üzrə bilikləri hərbi rabitə vasitələri mühəndisliyinə aid texniki məsələlərin həllində tətbiq etmək; hesablama, modelləşdirmə, alqoritmləşdirmə və texniki sənədlərin hazırlanması bacarıqlarına malik olur.
Bu fənndən töhfə yoxdur
PLO 4
Hərbi rabitə sistemlərinin, rəqəmli radiorabitə vasitələrinin, radioverici, radioqəbuledici, antena-fider qurğularının, elektrik qida sistemlərinin və televiziya texnikasının quruluşunu, iş prinsipini, texniki parametrlərini və tətbiq sahələrini izah etmək; rabitə vasitələrinin layihələndirilməsi, quraşdırılması, konstruksiya edilməsi, elektrik prinsipial sxemlərinin hazırlanması və elektron hesablamalarında iştirak etmək; rabitə vasitələrinin funksional imkanlarını, istismar xüsusiyyətlərini,effektivliyini, informasiya təhlükəsizliyini, maneəyədavamlılığını və etibarlılıq göstəricilərini qiymətləndirmək; müasir standartların tələbləri əsasında texniki sənədlər, sxemlər və istismar materialları ilə işləmək bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 5
Elektrodinamika, elektromaqnit dalğalarının yayılması, radiosiqnalların gücləndirilməsi, detektə olunması, çevrilməsi, rəqəmsal modulyasiyası, siqnalların rəqəmsal emalı və ötürülməsi prinsiplərini hərbi rabitə vasitələrinin təhlili, layihələndirilməsi və istismarında tətbiq etmək; radioverici, radioqəbuledici, antena-fider qurğuları, elektrik qida sistemləri, rəqəmli radiorabitə və televiziya texnikasının struktur sxemlərini, texniki parametrlərini, tezlik və siqnal xarakteristikalarını qiymətləndirmək; radiodalğaların yayılması, istiqamətləndirici sistemlər, ionosfer, troposfer və stratosfer mühitində rabitə proseslərini nəzərə almaq; rabitə sistemlərinin maneəyədavamlılığı, siqnal keyfiyyəti, etibarlılığı və təhlükəsizliyi üzrə mühəndis hesablamaları aparmaq bacarıqlarına malik olur.
Bu fənndən töhfə yoxdur
PLO 6
Hərbi rabitə vasitələrinin layihələndirilməsi, quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi, istismarı, texniki xidməti və diaqnostikası proseslərində iştirak etmək; elektrik qida qurğuları, antena-fider sistemləri, radioverici və radioqəbuledici qurğular, rəqəmli radio və televiziya avadanlıqları ilə işləmək; rabitə təhlükəsizliyi, rabitə intizamı, informasiya ötürülməsinin etibarlılığı, mülki müdafiə, ekoloji və texniki-istismar tələblərini nəzərə almaq; texniki sənədləri oxumaq və hazırlamaq, peşə fəaliyyətini planlaşdırmaq, komanda ilə işləmək, nasazlıqları müəyyən etmək, onların aradan qaldırılması üzrə mühəndis qərarları qəbul etmək və normativ-texniki sənədlərdən istifadə etmək bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur