Bakalavr proqramı
Proseslərin avtomatlaşdırılması mühəndisliyi (magistratura)Təlim məqsədləri
Proqram təlim məqsədləri
Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.
PLO 1PLO-90818
PTNÜ 1. Mürəkkəb və qeyri-müəyyən mühəndislik məsələlərini müstəqil şəkildə analiz etmək və optimal həll yollarını işləyib hazırlamaq bacarığına malik olur.
PLO 2PLO-79396
PTNÜ 2. Peşəkar fəaliyyətdə və elmi-tədqiqat prosesində tətbiq edilən metod və texnologiyaları seçmək, planlaşdırmaq və onların nəticələrini qiymətləndirmək bacarığına yiyələnir.
PLO 3PLO-81238
PTNÜ 3. Məhdud resurslar və qeyri-müəyyən informasiya şəraitində texniki və təşkilati problemləri müəyyənləşdirmək və onları effektiv şəkildə həll etmək bacarığını nümayiş etdirir.
PLO 4PLO-78408
PTNÜ 4. Mühəndislik fəaliyyətində istifadə olunan qabaqcıl texnologiya və metodları tətbiq etməklə gözlənilən nəticələri proqnozlaşdırmaq və texniki əsaslandırmalar aparmaq bacarığına malik olur.
PLO 5PLO-26883
PTNÜ 5. Öz peşəkar fəaliyyətini və qərarlarını tənqidi şəkildə qiymətləndirmək və təkmilləşdirməyə yönəlik yanaşmalar tətbiq etmək səriştəsinə yiyələnir.
PLO 6PLO-83494
PTNÜ 6. Azərbaycan və bir xarici dildə texniki məsələləri aydın və əsaslandırılmış şəkildə şifahi və yazılı formada təqdim etmək, həmçinin peşəkar və qeyri-peşəkar auditoriyalarla effektiv ünsiyyət qurmaq bacarığına malik olur.
PLO 7PLO-35330
PTNÜ 7. Fərdi və qrup şəklində fəaliyyət göstərərək öz bilik və bacarıqlarını başqalarına ötürmək və komanda işində fəal iştirak etmək səriştəsini nümayiş etdirir.
PLO 8PLO-60946
PTNÜ 8. Etik davranış prinsiplərinə əməl etməklə şəxsi və ictimai məsuliyyətlərini dərk edəcək, sosial və ekoloji baxımdan əsaslandırılmış qərarlar qəbul edir.
PLO 9PLO-56563
PTNÜ 9. Davamlı öyrənmə və peşəkar inkişaf istiqamətində özünüqiymətləndirmə aparmaq, biliklərini yeniləmək və müstəqil öyrənmə strategiyalarından istifadə etmək bacarığına malik olur.
PLO 10PLO-42820
Dəmir yolu nəqliyyatında avtomatika, telemexanika və rabitə ixtisaslaşması üzrə PTN 1. Dəmir yolu nəqliyyatının rabitə sistemlərini (optik, radio, GSM-R və s.) layihələndirmək, sazlamaq və istismar etmək qabiliyyətinə yiyələnir. PTN 2. Qatarların hərəkətinin təhlükəsizliyini təmin edən siqnalizasiya və bloklama sistemlərini tətbiq etmək və texniki nasazlıqları diaqnostika etmək bacarığına yiyələnir. PTN 3. Mikroprosessor əsaslı idarəetmə qurğularını proqramlaşdırmaq və real vaxt rejimində işləyən sistemlərdə tətbiq etmək qabiliyyəti əldə edir. PTN 4. SCADA, teleidarə, teleölçmə və telenəzarət sistemlərini qurmaq və monitorinq aparmaq bacarığı qazanır. PTN 5. Sənaye rabitə protokolları (Modbus, CAN, Ethernet və s.) ilə işləmək və sahə cihazlarını inteqrasiya etmək bacarığına yiyələnir. PTN 6. Dəmir yolu nəqliyyatında istifadə olunan avtomatlaşdırılmış idarəetmə sistemlərinin texniki auditini və texniki xidmətini həyata keçirmək qabiliyyətinə malik olur. PTN 7. İşarəvermə və xəbərdarlıq sistemlərini layihələndirmək və onların təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək qabiliyyəti əldə edir. PTN 8. Dəmir yolu nəqliyyatında avtomatik keçid sistemləri, lokomotiv işarəvermə və dispetçer mərkəzləşməsi kimi alt sistemləri təhlil etmək və sazlama aparmaq bacarığına yiyələnir. PTN 9. Dəmir yolu infrastrukturunun təhlükəsizlik və istismar tələblərinə uyğun texniki həllər təklif etmək və tətbiq etmək qabiliyyəti əldə edir.
PLO 11PLO-22383
Energetika sistemlərinin avtomatik idarəedilməsi ixtisaslaşması üzrə PTN 1. Energetika sistemlərində elektrik enerjisinin keyfiyyət göstəricilərinin ölçülməsi, hesablanması və elektrik enerjisinin keyfiyyətinin idarə olunması üzrə praktik vərdişlərə yiyələnir. PTN 2. Energetika sistemlərinin avtomatlaşdırılması sahəsində informasiya texnologiyalarının müasir tələblərinə bələd olmaq, onun əsasında mövcud nəzəriyyəni təkmilləşdirmək və inkişaf etdirmək qabiliyyətinə yiyələnir. PTN 3. Qəza zonalarını lokallaşdırmaq, gərginlik, tezlik və güc sabitliyini bərpa etmək, enerji təchizatının davamlığını təmin etmək, sistem resurslarını optimallaşdırmaq və zərərləri azaltmaq bacarığına yiyələnir. PTN 4. İntellektual elektrik şəbəkələrində aktiv-adaptiv elementlərin istifadəsində qabaqcıl təcrübəni öyrənərək onların Azərbaycanda tətbiq olunma imkanlarını qiymətləndirmək bacarığı qazanır. PTN 5. Dispetçer idarəetməsinin müasir yanaşmalarını, SCADA və EMS sistemlərinin quruluşunu, ağıllı idarəetmə texnologiyalarını, idarəetmənin modelləşdirilməsini (MATLAB və ya Power-Factory simulyasiyası) öyrənir. PTN 6. Enerji balansları hesablamaları aparmaq, enerji sistemlərini modelləşdirmək, Simulink tətbiqləri qurmaq, gərginlik və tezlik sabitliyini qiymətləndirmək bacarığına yiyələnir. PTN 7. Elektrik enerjisinin ötürülməsi və onun paylanmasının ümumi xarakteristikasını, aktiv və reaktiv gücün optimal paylanması zamanı əldə edilən səmərəni təyin etmək bacarığı qazanır. PTN 8. Reaktiv gücün kompensasiya qurğularının optimal idarəolunması məsələlərini həll etməyi bacarır. PTN 9. Energetika qurğularının sistem analizini aparmaq, qərar qəbul etmə üsulları və prosedurlarını təhlil etmək, texnoloji prosesləri modelləşdirmək qabiliyyəti əldə edir.
PLO 12PLO-20737
Gəmilərin avtomatik idarəetmə sistemləri ixtisaslaşması üzrə PTN 1. Avtomatik tənzimləmə və idarəetmə sistemlərini (PID, fuzzy, adaptiv və s.) gəmi sistemlərinə tətbiq etmək və sazlama aparmaq bacarığına malik olur. PTN 2. Gəmi üzərində istifadə olunan sensorlar, aktuatorlar və sahə cihazları ilə işləmək və onların kalibrlənməsini həyata keçirmək qabiliyyəti əldə edir. PTN 3. Mikroprosessor əsaslı idarəetmə qurğularını proqramlaşdırmaq və real vaxt rejimində işləyən sistemlərdə tətbiq etmək bacarıqları qazanır. PTN 4. Gəmi sistemlərində istifadə olunan SCADA, PLC və HMI interfeyslərini layihələndirmək və istismar etmək bacarığı əldə edir. PTN 5. Gəmi rabitə sistemlərini (VHF, AIS, radar, GPS və s.) quraşdırmaq, sazlamaq və texniki xidmət göstərmək vərdişləri əldə edir. PTN 6. Avtomatik yanacaq, soyutma, havalandırma və enerji sistemlərinin idarəetmə sxemlərini təhlil etmək və optimallaşdırmaq qabiliyyəti əldə edir. PTN 7. Gəmi sistemlərinin simulyasiyası və testini aparmaq üçün proqram təminatlarından istifadə etmək bacarığı qazanır. PTN 8. Texniki nasazlıqları diaqnostika etmək və təmir proseslərini planlaşdırmaq qabiliyyəti əldə edir. PTN 9. Gəmi sistemlərinin təhlükəsizlik və etibarlılıq tələblərinə uyğunluğunu təmin etmək və beynəlxalq normativlərə əsasən texniki sənədlər hazırlamaq bacarığı qazanır.
PLO 13PLO-79882
Texniki sistemlərdə idarəetmə ixtisaslaşması üzrə PTN 1. Müxtəlif texniki sistemlərin və qurğuların elektrotexniki və elektron-sxemotexniki bazalarını, onların fiziki prinsiplərini, funksional, struktur və prinsipial sxemlərini işləmək bacarığı qazanır. PTN 2. İntellektual ölçmə və idarəetmə sistemlərində süni intellekt və qeyri-səlis məntiqə əsaslanan modelləri layihələndirmək və tətbiq etmək bacarığı əldə edir. PTN 3. Sensor və aktuator əsaslı idarəetmə sistemlərində siqnal emalı və qərarvermə alqoritmlərini müqayisəli şəkildə təhlil etmək bacarığına yiyələnir. PTN 4. Real vaxt rejimində çalışan sistemlər üçün çoxsensorlu inteqrasiya üsullarını işləyib hazırlamaq və onların performansını qiymətləndirmək bacarığına malik olur. PTN 5. İdarəetmə sistemlərinin simulyasiyası üçün diferensial tənliklərə əsaslanan modellər qurmaq və onları optimallaşdırmaq bacarığına sahib olur. PTN 6. Müasir kontrollerlərin və idarəetmə arxitekturalarının funksional imkanlarını müxtəlif tətbiqlər üzrə təhlil və tətbiq edə bilmək bacarığına yiyələnir. PTN 7. Smart texnologiyaları tətbiq etməklə dinamik proseslərin intellektual monitorinqini həyata keçirmək və nəticələri analiz edə bilmək qabiliyyətinə sahib olur. PTN 8. İdarəetmə sistemlərində təlim və identifikasiya metodlarını qarşılaşdıraraq uyğun model seçmək və təkmilləşdirmək bacarığına yiyələnir. PTN 9. Ağıllı sistemlərdə tətbiq olunan informasiya mübadilə protokollarını tətbiq etmək və texnoloji uyğunluğunu qiymətləndirmək qabiliyyəti əldə edir.
PLO 14PLO-42148
Texnoloji proseslərin avtomatlaşdırılması və idarəedilməsi (sahələr üzrə) ixtisaslaşması üzrə PTN 1. İstehsal müəssisələrində insan həyatının təhlükəsizliyi və ekoloji təmizliyi, məmulun tələb olunan keyfiyyəti və icra müddəti tələblərinin ödənilməsi ilə işlərin yerinə yetirilməsi üzrə optimal qərarları müəyyənləşdirmək bilik, bacarıq və səriştələrinə malik olur. PTN 2. Həm klassik protokolların strukturunu və tətbiqlərini, həm də müasir sənaye texnologiyalarını öyrənərək texniki sistemlərin daha ağıllı, çevik və etibarlı idarə olunmasına yönəlik praktiki biliklər əldə edir. PTN 3. Sənaye 4.0 və IoT inteqrasiyası sayəsində şəbəkə və şin texnologiyalarını, bulud əsaslı idarəetmə, maşın öyrənməsi ilə təkmilləşdirilmiş analitika və prediktiv texniki xidmət kimi qabaqcıl texnologiyaları tətbiq etmək qabiliyyətinə yiyələnir. PTN 4. Edge computing və fog computing yanaşmaları ilə hesablama gücünü şəbəkənin mərkəzindən kənara – avadanlıqlara yaxın nöqtələrə gətirərək gecikməni minimuma endirmək və lokal sürətli qərarverməni təmin etmək bacarığına yiyələnir. PTN 5. Kiber-fiziki sistemlərdə şəbəkələrin kiber təhlükəsizliyi, Time-Sensitive Networking texnologiyalarının tətbiqi ilə real vaxt sinxronizasiyasının təmin edilməsi və rəqəmsal əkiz modelləri vasitəsilə proseslərin simulyasiya və optimallaşdırılmasını həyata keçirməkqabiliyyəti əldə edir. PTN 6. Sistem stabilliyini qiymətləndirərək idarəetmənin optimallaşdırılması üçün qərar vermək bacarığı qazanır. PTN 7. Sensor məlumatları əsasında anomaliyanı müəyyənləşdirmək, süni intellekt modelləri ilə nasazlıq proqnozu vermək, texniki xidmət planlarını optimallaşdırmağı öyrənir. PTN 8. SCADA sistemində HMI interfeysi yaratmaq və prosesə uyğun vizual dizayn hazırlamaq bacarığı əldə edir. PTN 9. MATLAB, Python kimi proqram mühitlərində praktiki tətbiqləri həyata keçirmək, intellektual və çevik idarəetmə sistemləri qurmaq qabiliyyətinə yiyələnir.