Fənn · Mexatronika və robototexnika mühəndisliyi (magistratura)
“Əşyaların İnterneti (IoT) və kiber-fiziki sistemlər”
Fənn haqqında
Kredit
6
İş yükü
375saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Əşyaların İnterneti (IoT) və kiber-fiziki sistemlər” fənninin məqsədi – “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası üzrə magistratura pilləsində təhsil alan tələbələrə IoT və kiber-fiziki sistemlərin nəzəri əsaslarını və praktik tətbiqlərini mənimsətmək, onların ağıllı sistemlərin layihələndirilməsi, inteqrasiyası və idarə olunması sahəsində peşəkar bacarıqlara yiyələnməsini təmin etməkdir. Fənn çərçivəsində tələbələrə sensor şəbəkələri, real vaxt məlumat mübadiləsi, bulud və edge hesablama yanaşmaları, kiber-fiziki sistemlərin arxitekturası və təhlükəsizlik prinsipləri üzrə sistemli biliklərin verilməsi nəzərdə tutulur. Tələbələr IoT platformalarının qurulması, fiziki obyektlərin rəqəmsal mühitə inteqrasiyası, məlumatların toplanması və analiz edilməsi, eləcə də sənaye, şəhər infrastrukturu və robot sistemlərində tətbiq olunan kiber-fiziki həllərin işlənməsi üzrə praktik bacarıqlar əldə edəcəklər.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.