Fənn · Mexatronika və robototexnika mühəndisliyi (magistratura)
Müasir robototexnika
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Müasir robototexnika” fənninin tədris olunmasında əsas məqsəd ixtisasın magistr tələbələrinə fənnlə bağlı ətraflı biliklər vermək, müasir robotların və robototexniki sistemlərin təsnifatı, strukturu, idarə olunması haqqında və onların əsas komponentlərinin seçilməsi, hesabı və inteqrasiyası üçün zəruri olan bilik və bacarıqları aşılamaqdır. Müasir cəmiyyətimizdə və texnologiyada mühüm rol oynayan robotlar və robototexniki sistemlər insana xas olan hərəkətləri həyata keçirə bilən, mexaniki baza strukturuna və elektron idarə sistemlərinə malik olan proqramlaşdırılan texniki qurğulardır. 7006028 – Mexatronika və robototexnika mühəndisliyi ixtisası üzrə magistr təhsili alan tələbələr həm mexanika, elektronika, proqramlaşdırma və həm də onları əhatə edən elm və texnologiya sahələri haqqında lazimi biliklər qazanmalı, qazandıqları bilik və bacarıqları yeni robotların sintezi prosesində tətbiq etməyi öyrənməlidirlər. Müasir dünyada robotlar və robototexniki sistemlər müxtəlif texnoloji proseslərdə, sənayedə və məişətdə geniş tətbiq olunduğundan, bu sahədə bilikli, bacarıqlı mütəxəssislərə böyük ehtiyac duyulur. Fənnin tədrisinin məqsədi respublikamızda bu sahədəki boşluqları doldurmaq, günün tələblərinə cavab verən dərin bilik və bacarığa malik mütəxəssislər hazırlamaqdır.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.