Fənn · Mexatronika və robototexnika mühəndisliyi (magistratura)
“Texnoloji proseslərin dinamikası və idarə edilməsi”
Fənn haqqında
Kredit
6
İş yükü
45saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Texnoloji proseslərin dinamikası və idarə edilməsi” fənninin məqsədi – “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası üzrə magistratura pilləsində təhsil alan tələbələrdə texnoloji proseslərin dinamik davranışının analizi, modelləşdirilməsi və idarəetmə prinsipləri üzrə fundamental nəzəri biliklərin və praktiki bacarıqların formalaşdırılmasıdır. Fənn çərçivəsində tələbələr texnoloji obyektlərin fiziki və riyazi modellərinin qurulması, keçid proseslərinin analizi, dayanıqlıq və tənzimləmə keyfiyyətinin qiymətləndirilməsi, eləcə də müasir idarəetmə metodlarının tətbiqi ilə real sənaye proseslərinin effektiv idarə olunması üzrə sistemli bilik əldə edirlər. Fənnin əsas məqsədlərindən biri texnoloji proseslərin parametrlərinin optimallaşdırılması, enerji və resurs səmərəliliyinin artırılması, avtomatik idarəetmə sistemlərinin layihələndirilməsi və analizinə dair mühəndis yanaşmasının formalaşdırılmasıdır.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.