Ümumi məlumat
- Fənn kodu
- MS-2001
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- Mühazirə:30 Seminar:15 Laboratoriya: 0
- Auditoriyadan kənar saatlar
- TSİ: 81 MRTSİ:54
Fənn haqqında
“Texnoloji proseslərin kompüter layihələndirilməsi” fənni magistratura səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş, müasir sənayedə rəqəmsal mühəndislik həllərinin tətbiqini öyrədən yüksək ixtisas fənnidir. Kurs çərçivəsində CAD/CAM/CAE və xüsusilə CAPP (kompüter dəstəkli texnoloji hazırlıq) sistemlərinin imkanları, emal marşrutlarının rəqəmsal ifadəsi, texnoloji verilənlər bazasının idarə edilməsi və proseslərin riyazi optimallaşdırılması prinsipləri dərindən tədris olunur. Fənn RPİ (CNC) dəzgahlarında emal texnologiyalarına, maşınqayırma texnologiyasının əsaslarına və kiberfiziki sistemlərə söykənərək, istehsalat tapşırıqlarının rəqəmsal mühitdə modelləşdirilməsi üzrə kompleks yanaşma aşılayır. Fənnin əsas məqsədi magistrantlara müasir kompüter proqramları vasitəsilə texnoloji hazırlıq məsələlərini səmərəli həll etmək, real istehsalat nümunələri əsasında optimal marşrutlar qurmaq və elmi-metodoloji əsaslandırma bacarıqları qazandırmaqdır. Yekunda bu kurs, tələbələri rəqəmsal texnologiyaları ağıllı istehsalat proseslərinə uğurla inteqrasiya edə bilən yüksəkixtisaslı mühəndis-tədqiqatçı kimi formalaşdırır.
Tədris metodları
- mühazirə
- seminar
- interaktiv müzakirə
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- 1. N.D. Yusubov, F.Q. Əmirov, M.K. Səmədov, H.M. Abbasova. “Maşınqayırmada texnoloji proseslərin kompyuter layihələndirilməsi (Maşınqayırmada texniki sistemlərin kompyuter idarə olunması)”. – Bakı: AzTU, 2015 – 147 s.
- 2. Yusubov N.D., Məmmədov A.M. Maşınqayırma tex¬noloji proseslərinin layihələndiril-məsi (Rəqəmli proqramla idarəolunan dəzgahlarda texnoloji əməliyyatların layihələn-dirilməsi). Dərs vəsaiti – Bakı: AzTU, 2005, 156 s.
- 3. Yusubov N.D. “Maşınqayırmada texnoloji proseslərin kompüter layihələndirilməsi (Elektron kataloqlardan kəsən alətlərin avtomatlaşdırılmış seçilməsi)”. – Bakı: AzTU, 2012 – 53 s.
- 4. Abouel Nasr E., Kamrani A. K. Computer-Based Design and Manufacturing. New York: Springer, 2006. – 253 p. URL: https://industri.fatek.unpatti.ac.id/.../253-Computer-Based-Design-and-Manufacturing-Emad-Abouel-Nasr-Ali-K.-Kamrani-Edisi-1-2006.pdf
- 5. Муленко В. В. Компьютерные технологии автоматизированного проектирования: учебное пособие. Москва: РГУ нефти и газа им. И. М. Губкина, 2012.–146 с. URL: https://www.gubkin.ru/.../osnovi_avtom_proekt.pdf
- 6. А.В.Петухов, Д.В. Мельников, В.М. Быстренков «Системы автоматизированного проектирования техно¬логических процессов» Учебное пособие, Гомел-2011.-144с.
- 7. Е. И. Яблочников, Ю. Н. Фомина, А. А. Саломатина. Компьютерные технологии в жизненном цикле изделия: учебное пособие. Санкт-Петербург: СПбГУ ИТМО, 2010. – 188 с. URL: https://books.ifmo.ru/file/pdf/678.pdf
- 8. Технология изготовления деталей на станках с ЧПУ. Производственное оборудование и основы программирования операций: учеб. пособие /А.Б. Чуваков; НГТУ им. Р.Е. Алексеева. Нижний Новгород, 2011. – 149 с.
- 9. Levin O., Discrete Mathematics: An Open Introduction, 4th ed. – [s.l.]: Open Textbooks / University of Minnesota, 2020. – ~500 s. URL: https://discrete.openmathbooks.org/pdfs/dmoi4.pdf
- 10. Гузеев В.И., Батуев В.А., Сурков И.В. Режимы резания для токарных и сверлильно-фрезерно-расточ¬ных станков с числовым програмным управлением: Справочник. 2-е изд./ Под ред. В.И. Гузеева. М.: Машиностроение, 2007. 368 с.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |