Ümumi məlumat
- Fənn kodu
- 7006025.7
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- Mühazirə:30 Seminar:15 Laboratoriya:
- Auditoriyadan kənar saatlar
- TSİ:90 MRTSİ:45
Fənn haqqında
“Avtomat xətlərin layihələndirilməsi” fənni “Maşın mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş, müasir maşınqayırma istehsalatının avtomatlaşdırılması prinsiplərini öyrədən yüksək səviyyəli mühəndislik fənnidir. Fənnin məzmunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq təhsil proqramı çərçivə sənədinə tam uyğun olaraq işlənib hazırlanmışdır. Kursun əsas hədəfi tələbələrə maşın istehsalında yüksək məhsuldarlığı təmin edən avtomat xətlərin, maşın sistemlərinin və komplekslərinin strukturunu, təsnifatını və idarə olunma mexanizmlərini dərindən mənimsətməkdir. Tədris proqramı çərçivəsində avtomat xətlərin layihələndirilməsi və komponovkası (yerləşdirmə sxemləri), onlara təsir edən amillər, avadanlıqların seçilməsi, məhsuldarlığın analitik hesablanması və texnoloji proseslərin mərhələli layihələndirilməsi mövzuları əhatə olunur. Fənn; maşınqayırma texnologiyası, istehsal sahələrinin və tərtibatların layihələndirilməsi kimi fundamental fənlərlə sıx inteqrasiyadadır. Bloom taksonomiyasına və təlim nəticələrinə (FTN) əsaslanan bu kurs mühəndislik suallarını formalaşdırmağı, toplanmış məlumatları statistik üsullarla işləməyi və mütərəqqi texnoloji marşrutlar seçməyi öyrədir. Fənni uğurla başa vuran magistrantlar istehsal obyektlərinin konstruktiv analizini aparmaqla yanaşı, layihələndirmə və elmi-tədqiqat işlərinin nəticələrini müasir informasiya texnologiyalarından (MS Excel və s.) istifadə edərək elmi məqalə, hesabat və dissertasiya şəklində hazırlamaq, həmçinin layihələri müstəqil və ya qrup halında akademik auditoriyaya təqdim etmək rəqabətədavamlılığına yiyələnirlər.
Tədris metodları
- mühazirə
- seminar
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- Ağayev N.M., Mirzəyev A.M., Qasımov A.S. Mexaniki-yığma sexlərinin layihələdirilməsi. Bakı, 1998, 178 s.
- Автоматизация процессов машиностроения. Под редакцией А.И.Дащенко. М., Высшая школа, 1991, 479 с.
- Волчкевич Л.И. Автоматизация производственных процессов М.,Машиностроение, 2007, 380 с.
- Дащенко А.И., Белоусов А.П. Проектирование автоматических линий.М., Высшая школа, 1983, 325 с.
- Капустин Н.М. Автоматизация производственных процессов в машиностроении. М., Машиностроение, Высшая школа, 2004,415 с.
- Mirzəyev A.M. Avtomatik xətlərin layihələdirilməsi. Ali texniki məktəblər üçün dərs vəsaiti. Bakı, 2019, 114 s.
- Металлорежущие станки. Под ред. Проф. В.К.Тепинкичиева. М.Машиностроение, 1973, 471с.
- Mövla-zadə V.Z. Maşınqayırma texnologiyası. II hissə. Maşınqayırma texnoloji proseslə- rinin layihələndirilməsi. Ali texniki məktəblər üçün dərslik. Bakı, AzTU, 2008, 421 s.
- https://ds-robotics.ru/articles/robotizirovannye(yeni pəncərədə açılır)
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |