Fənn · Logistika və nəqliyyat texnologiyaları
Nəqliyyatda data analitika və süni intellektin tətbiqləriMövzu planı
MM-01066 kreditPayız semestriMəcburi2025-2026
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
15 mövzu
1. Sürət-məsafə-zaman, avtomobilin orta yanacaq sərfi və gediş haqqı tariflərinin hesablanması üçün sadə kalkulyator.
Məşğələ2. Radar sürət sensoru qeydlərinin yoxlanması: Sürət həddini aşma dərəcəsinə görə cərimə məbləğinin və ya xəbərdarlıq statusunun təyini.
Məşğələ3. Dayanacaq adları ardıcıllığı, avtobus xətti məlumat bazası (xətt nömrəsi, başlanğıc/son dayanacaq, interval) lüğətinin qurulması.
Məşğələ4. Dayanacaq adları ardıcıllığı, avtobus xətti məlumat bazası (xətt nömrəsi, başlanğıc/son dayanacaq, interval) lüğətinin qurulması.
Məşğələ5. Şəhər ictimai nəqliyyatının günlük sərnişindaşıma cədvəlinin oxunması, sətir/sütun sayının və data tiplərinin yoxlanması.
Məşğələ6. Pik saatlarda (məsələn, 08:00–10:00) hərəkət edən və ya sərnişin sayı normadan çox olan reyslərin cədvəldən seçilib ayrılması
Məşğələ7. Natamam GPS telemetriya loqlarının təmizlənməsi: Koordinatı itmiş, mənfi sürət qeyd edən və ya eyni saniyədə təkrarlanan sətirlərin kənarlaşdırılması.
Məşğələ8. Daşıyıcı şirkətlər və marşrut xətləri üzrə ümumi sərnişin axınının, orta gediş vaxtının və gündəlik gəlirlərin xülasə cədvəlinin çıxarılması.
Məşğələ9. Həftənin günləri və günün saatları kəsişməsində sərnişin sıxlığını göstərən ikiölçülü matris cədvəlinin qurulması.
Məşğələ10. Yol kəsişməsindəki nəqliyyat sensoru qeydlərindən səhər və axşam pik saatlarının (AM/PM Peak) riyazi analizi və təyini
Məşğələ11. Gün ərzində nəqliyyat sıxlığının dəyişmə trendi; müxtəlif marşrutların dövrə vaxtlarının boxplot ilə müqayisəsi və gecikmə anomaliyalarının göstərilməsi.
Məşğələ12. Hava şəraiti (yağış dərəcəsi, duman), günün saatı və qəza/gecikmə sıxlığı arasındakı çoxölçülü əlaqələrin vahid analitik panel kimi vizuallaşdırılması..
Məşğələ13. Avtobusların faktiki GPS koordinat/vaxt loqları ilə planlaşdırılmış hərəkət cədvəlinin xətt ID-sinə görə birləşdirilərək gecikmələrin (delay) hesablanması
Məşğələ14. Şəhər üzrə yol-nəqliyyat hadisələrinin (qəza ocaqları) və ya taksi minib-düşmə nöqtələrinin koordinat əsaslı interaktiv istilik xəritəsinin qurulması.
Məşğələ15. Avtobus dayanacaqlarının 300m və 500m piyada əlçatanlıq bufer zonalarının qurulması və məhəllə poliqonları ilə kəsişdirilərək xidmət əhatəsinin qiymətləndirilməsi
Məşğələ