Ümumi məlumat
- Fənn kodu
- MM-0106
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- 30 saat-seminar
- Auditoriyadan kənar saatlar
- 150 saat-sərbəst iş
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- problem-based learning
- case study
- komanda işi
- təqdimatlar
- layihə əsaslı öyrənmə
Fənn təlim nəticələri (CLO)
CLO 1: Python proqramlaşdırma mühitinin əsas alqoritmik strukturlarını (dəyişənlər, şərt blokları, kolleksiyalar, dövrlər, funksiyalar) izah edir və nəqliyyat mühəndisliyi məsələlərinə tətbiq edir
CLO 2: Pandas kitabxanasından istifadə edərək nəqliyyat məlumatlarını yükləyir, strukturlaşdırır və natamam/səhv qeydlərdən təmizləyir
CLO 3: Qruplaşdırma, aqreqasiya, çarpaz cədvəl və zaman sırası metodlarından istifadə edərək nəqliyyat göstəricilərini analiz edir
CLO 4: Vizuallaşdırma vasitələrindən (matplotlib, seaborn) istifadə edərək nəqliyyat məlumatlarındakı tendensiya və anomaliyaları şərh edir
Mövzu planı
- 1.Sürət-məsafə-zaman, avtomobilin orta yanacaq sərfi və gediş haqqı tariflərinin hesablanması üçün sadə kalkulyator.Məşğələ
- 2.Radar sürət sensoru qeydlərinin yoxlanması: Sürət həddini aşma dərəcəsinə görə cərimə məbləğinin və ya xəbərdarlıq statusunun təyini.Məşğələ
- 3.Dayanacaq adları ardıcıllığı, avtobus xətti məlumat bazası (xətt nömrəsi, başlanğıc/son dayanacaq, interval) lüğətinin qurulması.Məşğələ
- 4.Dayanacaq adları ardıcıllığı, avtobus xətti məlumat bazası (xətt nömrəsi, başlanğıc/son dayanacaq, interval) lüğətinin qurulması.Məşğələ
- 5.Şəhər ictimai nəqliyyatının günlük sərnişindaşıma cədvəlinin oxunması, sətir/sütun sayının və data tiplərinin yoxlanması.Məşğələ
- 6.Pik saatlarda (məsələn, 08:00–10:00) hərəkət edən və ya sərnişin sayı normadan çox olan reyslərin cədvəldən seçilib ayrılmasıMəşğələ
- 7.Natamam GPS telemetriya loqlarının təmizlənməsi: Koordinatı itmiş, mənfi sürət qeyd edən və ya eyni saniyədə təkrarlanan sətirlərin kənarlaşdırılması.Məşğələ
- 8.Daşıyıcı şirkətlər və marşrut xətləri üzrə ümumi sərnişin axınının, orta gediş vaxtının və gündəlik gəlirlərin xülasə cədvəlinin çıxarılması.Məşğələ
- 9.Həftənin günləri və günün saatları kəsişməsində sərnişin sıxlığını göstərən ikiölçülü matris cədvəlinin qurulması.Məşğələ
- 10.Yol kəsişməsindəki nəqliyyat sensoru qeydlərindən səhər və axşam pik saatlarının (AM/PM Peak) riyazi analizi və təyiniMəşğələ
- 11.Gün ərzində nəqliyyat sıxlığının dəyişmə trendi; müxtəlif marşrutların dövrə vaxtlarının boxplot ilə müqayisəsi və gecikmə anomaliyalarının göstərilməsi.Məşğələ
- 12.Hava şəraiti (yağış dərəcəsi, duman), günün saatı və qəza/gecikmə sıxlığı arasındakı çoxölçülü əlaqələrin vahid analitik panel kimi vizuallaşdırılması..Məşğələ
- 13.Avtobusların faktiki GPS koordinat/vaxt loqları ilə planlaşdırılmış hərəkət cədvəlinin xətt ID-sinə görə birləşdirilərək gecikmələrin (delay) hesablanmasıMəşğələ
- 14.Şəhər üzrə yol-nəqliyyat hadisələrinin (qəza ocaqları) və ya taksi minib-düşmə nöqtələrinin koordinat əsaslı interaktiv istilik xəritəsinin qurulması.Məşğələ
- 15.Avtobus dayanacaqlarının 300m və 500m piyada əlçatanlıq bufer zonalarının qurulması və məhəllə poliqonları ilə kəsişdirilərək xidmət əhatəsinin qiymətləndirilməsiMəşğələ
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |