Fənn haqqında
Kredit
6
İş yükü
135saat
Semestr
Payız
Tədris ili
2
Fənnin təsviri
Fənn tətbiqlər və xidmətlər arasında məlumat mübadiləsini təmin edən API-lərin təhlükəsizliyinin nəzəri və praktiki əsaslarını əhatə edir. Fənn çərçivəsində API arxitekturası və iş prinsipləri, REST və digər API modelləri, autentifikasiya və avtorizasiya mexanizmləri, girişə nəzarət, məlumatların şifrələnməsi və təhlükəsiz ötürülməsi öyrənilir. Həmçinin API-lərdə geniş yayılmış təhlükəsizlik zəiflikləri, icazəsiz giriş, məlumat sızması, parametr manipulyasiyası, injection hücumları, API açarlarının və tokenlərin təhlükəsiz idarə edilməsi, rate limiting və digər müdafiə mexanizmləri nəzərdən keçirilir. Fənn tələbələrdə API təhlükəsizlik risklərini müəyyənləşdirmək və qiymətləndirmək, təhlükəsiz autentifikasiya və avtorizasiya mexanizmləri tətbiq etmək, API-ləri təhlükəsizlik baxımından test etmək və müasir veb xidmətlərdə təhlükəsiz məlumat mübadiləsini təmin etmək üzrə nəzəri və praktiki bacarıqlar formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: API anlayışını, növlərini, arxitekturasını və müasir tətbiqlərdə rolunu izah edir.
CLO 2: REST, GraphQL və HTTP əsaslı API-lərin iş prinsiplərini təhlil edir.
CLO 3: API-lərdə autentifikasiya, avtorizasiya və girişə nəzarət mexanizmlərini tətbiq edir.
CLO 4: OAuth 2.0, OpenID Connect və JWT texnologiyalarının təhlükəsizlik xüsusiyyətlərini qiymətləndirir.
CLO 5: OWASP API Security Top 10 çərçivəsində müəyyən edilən əsas təhlükəsizlik risklərini tanıyır və təhlil edir.
CLO 6: API-lərdə obyekt səviyyəsində avtorizasiya, autentifikasiya və məlumatların ifşası ilə bağlı zəiflikləri müəyyən edir.
CLO 7: API sorğularında məlumatların yoxlanılması, sürət məhdudlaşdırılması və təhlükəsiz xəta idarəetməsi mexanizmlərini tətbiq edir.
CLO 8: API təhlükəsizliyinin yoxlanılması üçün uyğun test alətlərindən və metodlarından istifadə edir.
CLO 9: API-lərin monitorinqi, loqlanması və təhlükəsizlik hadisələrinin aşkarlanması üsullarını izah edir.
CLO 10: API təhlükəsizliyi üzrə praktiki layihə hazırlayır, nəticələri sənədləşdirir və təqdim edir.