Ümumi məlumat
- Fənn kodu
- MS-1423
- Kredit
- 6
- Tələbənin iş yükü
- 135
- Semestr
- Payız semestri
- Akademik il
- 2
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- Mühazirə — 30 saat; laboratoriya/praktik məşğələ — 15 saat
- Auditoriyadan kənar saatlar
- Sərbəst iş — 60 saat
Fənn haqqında
Fənn proqram təminatının hazırlanması və çatdırılması proseslərinə təhlükəsizlik prinsiplərinin inteqrasiyasını, DevSecOps yanaşmasının əsaslarını və CI/CD boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsini əhatə edir. Fənn çərçivəsində DevOps və DevSecOps metodologiyaları, davamlı inteqrasiya və davamlı çatdırılma (CI/CD) prosesləri, təhlükəsizlik avtomatlaşdırılması, kod və asılılıqların təhlükəsizlik baxımından yoxlanılması, statik və dinamik tətbiq təhlükəsizliyi testləri (SAST/DAST), konteyner və proqram təminatı təchizat zəncirinin təhlükəsizliyi öyrənilir. Həmçinin məxfi məlumatların və açarların qorunması, girişə nəzarət, təhlükəsiz konfiqurasiya, zəifliklərin aşkarlanması və idarə edilməsi, təhlükəsizlik monitorinqi və təhlükəsiz proqram təminatının buraxılış prosesləri nəzərdən keçirilir. Fənn tələbələrdə təhlükəsizliyi proqram təminatının həyat dövrünün bütün mərhələlərinə inteqrasiya etmək, CI/CD mühitlərində təhlükəsizlik risklərini müəyyənləşdirmək, avtomatlaşdırılmış təhlükəsizlik yoxlamaları tətbiq etmək və etibarlı proqram təminatının təhlükəsiz şəkildə hazırlanması və çatdırılması üzrə nəzəri və praktiki bacarıqlar formalaşdırır.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- komanda işi
- təqdimatlar
- problem-based learning
Fənn təlim nəticələri (CLO)
CLO 1: DevOps və DevSecOps yanaşmalarının əsas prinsiplərini izah edir və proqram təminatının həyat dövrünün müxtəlif mərhələlərində təhlükəsizlik tələblərini müəyyənləşdirir.
CLO 2: CI/CD boru xətlərinin arxitekturasını, mərhələlərini və avtomatlaşdırma mexanizmlərini izah edir, Git əsaslı versiyalara nəzarət sistemlərindən istifadə edir.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |