Fənn · İnformasiya təhlükəsizliyi (master)

Kriptoqrafiyanın riyazi əsasları

MS-14166 kreditYaz semestriSeçmə1

Fənn haqqında

Kredit

6

İş yükü

135saat

Semestr

Yaz

Tədris ili

1

Fənnin təsviri

Fənn kriptoqrafik alqoritmlərin və protokolların nəzəri əsaslarını təşkil edən riyazi anlayışların və metodların öyrənilməsini nəzərdə tutur. Fənn çərçivəsində ədədlər nəzəriyyəsi, bölünmə və qalıqlar, modul hesabı, sadə ədədlər, Evklid alqoritmi, modular tərs elementlər, qrup, halqa və sonlu sahə anlayışları, eləcə də diskret loqarifm və ədədlərin faktorizasiyası problemləri öyrənilir. Həmçinin kombinatorika, ehtimal nəzəriyyəsi, riyazi məntiq, binar əməliyyatlar və sonlu sahələr üzərində hesablamaların kriptoqrafik sistemlərdə tətbiqi nəzərdən keçirilir. Fənn tələbələrdə simmetrik və asimmetrik kriptoqrafik alqoritmlərin riyazi prinsiplərini anlamaq, kriptoqrafik məsələləri riyazi üsullarla həll etmək və müasir kriptoqrafik sistemlərin təhlükəsizliyinin əsasını təşkil edən riyazi mexanizmləri təhlil etmək üzrə bilik və praktiki bacarıqlar formalaşdırır.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.