Fənn · İnformasiya təhlükəsizliyi (master)

Bulud və SDN/NFV əsaslı şəbəkə təhlükəsizliyi

MS-14096 kreditPayız semestriSeçmə2

Fənn haqqında

Kredit

6

İş yükü

135saat

Semestr

Payız

Tədris ili

2

Fənnin təsviri

Fənn bulud hesablama mühitlərində və proqram təminatı ilə idarə olunan şəbəkələrdə (SDN), eləcə də şəbəkə funksiyalarının virtuallaşdırılması (NFV) əsaslı infrastrukturlarda təhlükəsizliyin təmin olunmasının nəzəri və praktiki əsaslarını əhatə edir. Fənn çərçivəsində bulud arxitekturaları, virtual şəbəkələr, SDN və NFV texnologiyalarının iş prinsipləri, onların təhlükəsizlik arxitekturası və mümkün hücum səthləri öyrənilir. Həmçinin virtual maşınların və konteynerlərin təhlükəsizliyi, şəbəkə seqmentasiyası, girişə nəzarət, identifikasiya və autentifikasiya, məlumatların şifrələnməsi, təhlükəsizlik siyasətlərinin mərkəzləşdirilmiş idarə olunması və bulud mühitlərində təhlükəsizlik monitorinqi məsələləri nəzərdən keçirilir. Fənn tələbələrdə bulud, SDN və NFV əsaslı şəbəkələrdə təhlükələri müəyyənləşdirmək, təhlükəsizlik risklərini qiymətləndirmək və müasir müdafiə mexanizmlərindən istifadə etməklə təhlükəsiz və dayanıqlı şəbəkə infrastrukturu qurmaq üzrə bilik və praktiki bacarıqlar formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Bulud texnologiyasının əsas anlayışlarını, prinsiplərini və mərhələlərini izah edir.

  2. CLO 2: Tədqiqat probleminə uyğun məlumat toplama, tədbiq və analitik metodları tətbiq edir.

  3. CLO 3: Toplanmış məlumatları analitik üsullardan istifadə etməklə təhlil edir və prinsiplər arasındakı əlaqələri müəyyən edir.

  4. CLO 4: Nəticələri şərh edir, bulud texnologiyalarının üstün və mənfi cəhətlərini analiz edir

  5. CLO 5: Müəyyən edilmiş tədqiqat problemi üzrə fərdi və ya komanda şəklində layihə hazırlayır və təqdim edir.