Fənn · İnformasiya təhlükəsizliyi (master)
Kibertəhlükəsizlik arxitekturaları və müdafiə modelləri
Fənn haqqında
Kredit
6
İş yükü
135saat
Semestr
Yaz
Tədris ili
1
Fənnin təsviri
“Kibertəhlükəsizlik arxitekturaları və müdafiə modelləri” fənni informasiya sistemlərinin, şəbəkələrin və rəqəmsal resursların kibertəhdidlərdən qorunması üçün tətbiq olunan müasir təhlükəsizlik arxitekturalarını, müdafiə modellərini və təhlükəsizlik prinsiplərini öyrənir. Fənn çərçivəsində kibertəhlükəsizlik arxitekturasının əsas komponentləri, təhlükələrin və risklərin qiymətləndirilməsi, girişə nəzarət, identifikasiya və autentifikasiya, şəbəkə təhlükəsizliyi, məlumatların qorunması və təhlükəsizlik siyasətləri nəzərdən keçirilir. Fənnin əsas məqsədi tələbələrdə informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi, potensial kibertəhdidlərin müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün uyğun müdafiə mexanizmlərinin seçilməsi və tətbiqi üzrə nəzəri və praktiki biliklər formalaşdırmaqdır. Həmçinin Defense in Depth (dərinlikdə müdafiə), Zero Trust, CIA triadası, təhlükəsiz şəbəkə arxitekturası və insidentlərə cavab kimi müasir yanaşmalar öyrənilir. Fənnin sonunda tələbələr kibertəhlükəsizlik arxitekturalarını təhlil edə, təhlükəsizlik risklərini qiymətləndirə, müxtəlif müdafiə modellərini müqayisə edə və təşkilatların informasiya sistemləri üçün effektiv təhlükəsizlik həllərinin formalaşdırılması üzrə ilkin bacarıqlar əldə edirlər.
Fənn təlim nəticələri
CLO 1: Kibertəhlükəsizlik arxitekturalarının əsas prinsiplərini, komponentlərini və müdafiə modellərini izah etmək, təhlükəsizlik arxitekturasının informasiya sistemlərinin məxfiliyinin, bütövlüyünün və əlçatanlığının təmin edilməsində rolunu qiymətləndirmək.
CLO 2: İnformasiya sistemlərində təhlükəsizlik problemlərini müəyyənləşdirmək, təhdid modelləşdirməsi aparmaq, mümkün hücum ssenarilərini təhlil etmək və arxitektura səviyyəsində riskləri qiymətləndirmək.
CLO 3: Kibertəhlükəsizlik arxitekturaları ilə bağlı beynəlxalq standartları, çərçivələri və elmi ədəbiyyatı araşdırmaq, NIST, ISO/IEC və digər müvafiq yanaşmaları müqayisə etmək və onların tətbiq imkanlarını əsaslandırmaq.
CLO 4: Təhdid modelləşdirməsi, təhlükəsizlik yoxlaması, arxitektura təhlili və monitorinq vasitələrindən istifadə etməklə sistemlərin təhlükəsizlik vəziyyətini qiymətləndirmək və aşkar edilmiş zəiflikləri sənədləşdirmək.
CLO 5: Müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğun müdafiə arxitekturası hazırlamaq, Zero Trust, Defense in Depth, şəbəkə seqmentasiyası, IAM, şifrələmə və təhlükəsiz konfiqurasiya mexanizmlərini əsaslandırılmış şəkildə tətbiq etmək.
CLO 6: Real və ya simulyasiya edilmiş kibertəhlükəsizlik ssenarilərini təhlil etmək, alternativ müdafiə həllərini müqayisə etmək və nəticələri texniki hesabat, layihə və təqdimat formasında təqdim etmək.
CLO 7: Fərdi və komanda şəklində kibertəhlükəsizlik arxitekturasının layihələndirilməsi və qiymətləndirilməsi üzrə tapşırıqları yerinə yetirmək, peşə etikası, məxfilik və informasiya təhlükəsizliyi tələblərinə riayət etmək.