Fənn · İnformasiya təhlükəsizliyi (master)

Zərərli proqramların analiziSillabus

MS-14026 kreditYaz semestriMəcburi1

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1402
Kredit
6
Tələbənin iş yükü
135
Semestr
Yaz semestri
Akademik il
1
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
Mühazirə: 30 Seminar: 15
Auditoriyadan kənar saatlar
TSİ: 80 MRTSİ: 55

Fənn haqqında

Bu praktiki fənn zərərli proqram təminatının aşkarlanması, təhlili və davranış xüsusiyyətlərinin müəyyənləşdirilməsi üzrə nəzəri biliklərin praktiki tətbiqinə yönəlmişdir. Fənn çərçivəsində viruslar, troyanlar, ransomware, spyware və digər zərərli proqram növlərinin xüsusiyyətləri, yayılma mexanizmləri və sistemlərə təsirləri araşdırılır. Statik və dinamik analiz metodları, faylların strukturunun yoxlanılması, indikatorların müəyyən edilməsi, proseslərin, şəbəkə əlaqələrinin və sistem dəyişikliklərinin monitorinqi öyrənilir. Həmçinin izolyasiya olunmuş laboratoriya mühitində zərərli proqram nümunələrinin təhlükəsiz təhlili, davranış nəticələrinin sənədləşdirilməsi, IoC indikatorlarının müəyyənləşdirilməsi və aşkarlanmış təhdidlərə qarşı müdafiə tədbirlərinin hazırlanması üzrə praktiki bacarıqlar formalaşdırılır. Praktiki işlər zamanı kibertəhlükəsizlik etikası və laboratoriya təhlükəsizliyi qaydalarına riayət olunmasına xüsusi diqqət yetirilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • təqdimatlar
  • layihə əsaslı öyrənmə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Zərərli proqramların əsas anlayışlarını, təsnifatını (trojan, ransomware, spyware, worm və s.), yayılma yollarını və hücum məqsədlərini fərqləndirə və izah edə bilir

  2. CLO 2: Zərərli faylların ilkin triage qiymətləndirilməsini aparır, statik analiz vasitələri ilə (hash, file type, strings, metadata, IOC çıxarışı) ilkin nəticələr əldə edə bilir;

  3. CLO 3: Explain the legal requirements for protecting personal data, state secrets, confidential information, and professional, commercial, investigative, and judicial secrets, as well as the liability measures applicable to violations of relevant legislation.

  4. CLO 4: Təhlükəsiz analiz mühiti (VM arxitekturası, izolasiya, snapshot strategiyası, log toplama planı) qura bilir və dinamik analiz prosesini (sandbox, Procmon, Wireshark və s.) təhlükəsiz şəkildə icra edə bilir;

  5. CLO 5: Davranış (behavior) analizi əsasında zərərli proqramın funksional imkanlarını (persistency, C2, lateral movement, data exfiltration və s.) müəyyənləşdirir, IOC-ləri və TTP-ləri çıxarır və MITRE ATT&CK kimi çərçivələrlə xəritələyə bilir;

  6. CLO 6: Analiz nəticələrini peşəkar formatda hesabatlaşdırır: tapıntıları əsaslandırır, risk/təsir qiymətləndirir, tövsiyə olunan müdafiə tədbirlərini və reaksiya addımlarını təqdim edir; komanda şəklində işləmə və etik-hüquqi çərçivəyə uyğun davranış bacarığına malikdir. Yuxarıda qeyd edilən təlim nəticələrinə nail olmaq üçün tələbənin öyrənməli olduqları və əldə edəcəyi bacarıqlara dair aşağıdakı məqsədlər müəyyən edilmişdir:

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

  1. M. Sikorski, A. Honig, Practical Malware Analysis, First Edition. 2012, 802 p
  2. K. A. Monnappa, Learning Malware Analysis, 2018, 501 p.
  3. Costa-Gazcón, Valentina. Practical Threat Intelligence and Data-Driven Threat Hunting, Second Edition: Elevate Your Cybersecurity Efforts, Enhance Detection, and Defend with ATT&CK™ & Open Tools. Birmingham–Mumbai: Packt Publishing, 2024.
  4. Thompson, Eric C. Cybersecurity incident response: How to contain, eradicate, and recover from incidents. Apress, 2018.
  5. Malware Bazaar(yeni pəncərədə açılır)

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6