Fənn · İnformasiya təhlükəsizliyi (master)

Tədqiqat analtikası

MM-00036 kreditPayız semestriMəcburi2

Fənn haqqında

Kredit

6

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

2

Fənnin təsviri

Fənn elmi və tətbiqi tədqiqatlar zamanı əldə olunan məlumatların sistemləşdirilməsi, təhlili və nəticələrin elmi əsaslarla qiymətləndirilməsi metodlarını əhatə edir. Fənn çərçivəsində məlumatların toplanması və hazırlanması, məlumatların təsviri və statistik təhlili, dəyişənlər arasındakı əlaqələrin müəyyənləşdirilməsi, müqayisəli analiz və nəticələrin vizuallaşdırılması üsulları öyrənilir. Həmçinin tədqiqat nəticələrinin şərh edilməsi, məlumatların etibarlılığının qiymətləndirilməsi, statistik göstəricilərdən istifadə və analitik nəticələrin elmi şəkildə təqdim edilməsi məsələləri nəzərdən keçirilir. Fənn tələbələrdə tədqiqat məlumatlarını düzgün təhlil etmək, analitik metodları məqsədəuyğun seçmək, əldə olunan nəticələri əsaslandırmaq və tədqiqat problemlərinin həllində məlumatlara əsaslanan qərarlar qəbul etmək üzrə nəzəri və praktiki bacarıqlar formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Tədqiqat analitikasının əsas anlayışlarını, prinsiplərini və mərhələlərini izah edir.

  2. CLO 2: Tədqiqat probleminə uyğun məlumat toplama, seçmə və analitik metodları tətbiq edir.

  3. CLO 3: Toplanmış məlumatları statistik və analitik üsullardan istifadə etməklə təhlil edir və göstəricilər arasındakı əlaqələri müəyyən edir.

  4. CLO 4: Analitik nəticələri şərh edir, uyğun vizuallaşdırmalar qurur və əsaslandırılmış analitik hesabat hazırlayır.

  5. CLO 5: Müəyyən edilmiş tədqiqat problemi üzrə fərdi və ya komanda şəklində analitik layihə hazırlayır və təqdim edir.