Fənn · Energetika mühəndisliyi

Külək mühərriklərinin dizaynı və aerodinamikasıSillabus

MS-05056 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0505
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a)30 saat mühazirə b)15 saat məşğələ
Auditoriyadan kənar saatlar
a)60 saat sərbəst iş b)75 saat məsləhət

Tədris metodları

  • mühazirə
  • seminar
  • interaktiv müzakirə
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: • FTN 1. Külək energetikasının əsas amilləri və anlayışlarını, külək enerjisindən istifadənin nəzəri əsaslarını və onun elmi-texniki inkişaf istiqamətlərini izah edə bilir;

  2. CLO 2: • FTN 2. Külək mühərriklərinin və külək nasosu qurğuları parametrlərini və əsas xarakteristikalarını təhlil edə bilir;

  3. CLO 3: • FTN 3. Külək mühərriklərinin konstruksiyaları və enerji təhlükəsizliyi məsələlərini qiymətləndirə bilir;

  4. CLO 4: • FTN 4. Külək qurğuları carxının dövrlər sayının tənzimlənməsi və qasır¬ğa¬dan qorunma qurğularını, külək və günəş enerjilərindən kombinələşdirilmiş şəkildə istifadə edilməsini. külək elektrik enerjisinin alınması və yığılıb saxlanılması üsullarını, enerji çevrilməsi prosesləri arasındakı qarşılıqlı əlaqəni izah edə bilir;

  5. CLO 5: • FTN 5. Külək mühərriklərinin konstruksiyalarının optimallaşdırılması və səmərəliliyin artırılması yollarını tətbiq etməyi bacarır;

  6. CLO 6: FTN 6. Elektroenergetikada enerji effektivliyinə nail olmaq üçün külək elektrik enerjisinin alınması və yı¬ğı¬lıb saxlanılması üsullarını tətbiq etməklə külək mühərriklərinin parametrlərinin modelləşdirilməsi və mühəndislik hesablamaları aparmaq bacarığı qazanır.

  7. CLO 7: FTN 7. Bərpa olunan enerji mənbələri kimi külək elektrik stansiyalarında istifadə olunan külək mühərriklərinin işçi proseslərini və tətbiq sahələrini müəyyənləşdirə bilir.

  8. CLO 8: FTN 8. İstilik energetikası və elektroenergetikada ekoloji problemləri və tullantıların azaldılması üsullarını dəyərləndirə bilir.

  9. CLO 9: FTN 9. Rəqəmsal idarəetmə və avtomatlaşdırma texnologiyalarının İstilik energetikası və elektroenergetikada rolunu başa düşür.

  10. CLO 10: FTN 10. Yeni texnologiyaların külək elektrik stansiyalarına inteqrasiyası imkanlarını qiymətləndirməyi bacarır.

  11. CLO 11: FTN 11. Enerji istehsalında dayanıqlılıq və etibarlılıq prinsiplərini tətbiq edə bilir.

  12. CLO 12: FTN 12. Müasir elmi-texniki tədqiqat metodlarını istilik energetikası və elektroenergetikaya tətbiq etmək bacarığına yiyələnir

Mövzu planı

  1. 1.
    1. Fənnin məqsədi, vəzifələri, tərkibi və məzmunu. İstilik energetikasının qısa inkişaf tarixi. Külək energetikasının əsas amilləri və anlayışlarıMühazirə

    Fənnin məqsəd və vəzifələri, fənnin digər fənnlərlə əlaqəsini aydınlaşdırmaq, eləcə də sahə ilə bağlı əsas tərif və anlayışlar haqqında məlumat verilir.

  2. 2.
    2. Külək enerjisindən istifadənin nəzəri əsas¬larıMühazirə

    Hava selinin (küləyin) sürətinin mahiyyəti, onun növləri, olcü cihazlari, orta illik külək diaqramının qurulması, küləyin orta sürətinin tapılması düsturları, küləyin nisbi tezliyi və sürəti arasındakı asılılıq, külək mühərriklərinin faydalı gücünün hesablanması öyrənilir.

  3. 3.
    3. Külək mühərriki çarxının layihələndirilməsi, sınağı və işlədilməsinin bəzi nəticələri. Pərlə¬rin hamarlığı və qurulma bucağının onun xarakteristikasına təsiriMühazirə

    Külək mühərriki çarxının layihələndirilməsi prinsipləri , sınağı və işlədilməsinin bəzi nəticələri öyrənilir, külək mühərriki pərlərinin hamarlığı və qurulma bucağının onun xarakteristikasına təsiri araşdırılır.

  4. 4.
    4. Külək mühərriki qurğusunun səmərəli işinin təşkili üçün təkərin aerodinamik hesabı. Külək qurğuları çarx və pərlərin ətalət momentlərinin təyiniMühazirə

    Külək mühərriki qurğusunun səmərəli işinin təşkili üçün təkərin aerodinamik hesabı, külək mühərriki pərinə düşən qüvvə və sürətin dəyişməsi, təkərin qarşısında və arxasında küləyin sürəti və təzyiqinin dəyişməsi, təkər pərlərinin elementlərinin bucaq sürətlərinin dəyişməsi qrafiki, pərin hücum bucağı, keyfiyyəti və keyfiyyətin əksi olan parametri, külək qurğularının çarx və pərlərin ətalət momentlərinin təyini öyrənilir.

  5. 5.
    5. Külək nasosu qurğularının konstruksiyaları, laysiyyətləriMühazirə

    Külək nasosu qurğularının konstruksiyaları, layihələndirilməsi və hesabı, o cümlədən külək nasosu qurğusunun külək mühərriki ilə birgə işləmə xüsusiyyətlərinin məzmunu öyrənilir.

  6. 6.
    6. Su ilə təchiz etmək və suvarmaq ücün külək na¬sos qurğularıMühazirə

    Su ilə təchiz etmək və suvarmaq ücün külək nasos qurğuların qurulması zamanı lazım olan ilkin göstəriciləri və bu göstəricilərin nasosun qurulmasında istifadə imkanları, su mənbəyinin debiti ilə külək nasosu qurğusunun gücü arasında uyğunluq yaratmaq məqsədilə istifadə düsturunun məzmunu, külək nasos qurğusunun sxemi öyrənilir.

  7. 7.
    7. Külək elektrik mühər¬riklərinin səciyyəvi konstruksiyaları, layihələndirilməsi və hesabının nəzəri əsaslarıMühazirə

    Külək enerjisinin elektrik enerjisinə çevrilməsiin ümumi mülahizələri, külək elektrik mühərriklərinin səciyyəvi konstruksiyaları, layihələndirilməsi və hesabının nəzəri əsasları öyrənilir.

  8. 8.
    8. Çarxın tarazlaşdırılması metodları. Elektrik ener¬ji¬¬sini stabil almaq ücün külək mühərriklərinin istifadə yollarıMühazirə

    Külək qurğusunun çarxının tarazlaşdırılması metodları, statiki və dinamiki tarazlaşdırmanın mahiyyəti, pərin mərkəzdənqaçma qüvvəsinin hesablanması, elektrik enerjisini stabil almaq ücün külək mühərriklərinin istifadə yollarının məzmunu öyrənilir.

  9. 9.
    9. Külək - günəş enerjilərinin, KES-lə su və istilik elektrik stansiyalarının birgə işinin təşkili və təhliliMühazirə

    Külək - günəş enerjilərinin KES-lə su və istilik elektrik stansiyalarının birgə işinin təşkili izah edilir, kənd evlərinin kombinə edilmiş isidilmə sxemləri öyrənilir.

  10. 10.
    10. Kənd təsərüffatında işlədilən müasir külək mühərriklərinin konstruksiyası və onlara olan texniki tələbatMühazirə

    Kənd təsərüffatında işlədilən müasir külək mühərriklərinin konstruksiyası və onlara olan texniki tələbatın məzmunu, TV-5 markalı külək mühərrikinin texniki xarakteristikaları və işləməsi öyrənilir.

  11. 11.
    11. Külək enerjisindən istilik enerjisinin alınması. Külək enerjisindən istifadənin ekoloji aspektləriMühazirə

    Külək enerjisindən istilik enerjisinin alınması yollarının mahiyyəti və eləcədə külək enerjisindən istifadənin ekoloji aspektlərinin məzmununu öyrənilir.

  12. 12.
    12. Külək qurğularının carxının dövrlər sayının tən-zimlənmə mexanizmlərinin konstruksiya¬lari və on¬larin hesabıMühazirə

    Külək qurğularının carxının dövrlər sayının tənzimlənmə mexanizmlərinin konstruksiyalari və onlarin hesablanma qaydaları, eyni zamanda qanadlı külək mühərriklərinin əsas hissələri öyrənilir.

  13. 13.
    13. Külək mühərriklərində təkərin dövrlər sayının dönən pərlərlə məhdud-laşdırılması.Yan kürək tənzimləyici vastəsi ilə tənzimlənməMühazirə

    Külək mühərriklərində təkərin dövrlər sayının dönən pərlərlə məhdudlaşdırılması öyrənilir, yan (böyür) kürək tənzimləyici vastəsi ilə tənzimlənmənin məzmunu araşdırılır.

  14. 14.
    14. Q.X.Sabinin və N. B. Krasovski metodu ilə tənzimlən¬mə sistemi və onun hesabı. Pərlərin döndərilməsi ilə dövrlər sayının tənzimlənməsi.Mühazirə

    Q.X.Sabinin və N. B. Krasovski metodu ilə tənzimlənmə sistemi və onun hhesablanma qaydaları, külək qurğuları pərlərinin döndərilməsi ilə dövrlər sayının tənzimlənməsi öyrənilir.

  15. 15.
    15. Külək mühərriki təkərinin amatik istiqamətləndirilməsi metodları. Külək mühərriki işinin tənzimlənmə məsələləri. Çarxın qasırğadan qovtorunma qurğularının konstruksiyalarıMühazirə

    Külək mühərriki təkərinin avtomatik istiqamətləndirilməsi metodları və onlardan istifadə imkanları, külək mühərriki işinin tənzimlənmə məsələləri və çarxın qasırğadan qorunma qurğularının konstruksiyaları öyrənilir.

  16. 16.
    1. Külək mühərriklərinin konstruksiyasıMəşğələ

    Kənd təsərüffatında işlədilən müasir külək mühərriklərinin konstruksiyası və onlara olan texniki tələbatın məzmunu, TV-5 markalı külək mühərrikinin texniki xarakteristikaları və işləməsi öyrənilir.

  17. 17.
    2. Külək qurğusu qülləsinin hündürlüyünün hesabıMəşğələ

    Külək qurğularının carxının dövrlər sayının tənzimlənmə mexanizmlərinin konstruksiyalari araşdırılır, onlarin hesablanma qaydaları göstərilir, külək qurğusu qülləsinin hündürlüyü hesablanır.

  18. 18.
    3. Külək mühərriki təkərinin aerodinamik hesabı.Məşğələ

    Külək mühərriki qurğusunun səmərəli işinin təşkili üçün təkərin aerodinamik hesabı aparılır,

  19. 19.
    4. Külək nasosu qurğusunun gücü və məhsul-dar¬lığı¬nın təyiniMəşğələ

    Külək nasos qurğuların qurulması zamanı lazım olan ilkin göstəriciləri və bu göstəricilərin nasosun qurulmasında istifadə imkanları öyrənilir, külək nasos qurğusunun sxemi qurulur, külək nasosu qurğusunun gücü və məhsul¬dar¬lığı¬ təyin olunur.

  20. 20.
    5. Külək qurğuları mexanizmlərinin möhkəm¬liyinin təyiniMəşğələ

    Külək qurğusunun çarxının tarazlaşdırılması metodları, statiki və dinamiki tarazlaşdırmanın mahiyyəti, pərin mərkəzdənqaçma qüvvəsinin hesablanması, öyrənilir, külək qurğuları mexanizmlərinin möhkəm¬liyi təyin olunur.

  21. 21.
    6. Külək mühərriki təkərinin tənzimlənməsinin hesabıMəşğələ

    Külək mühərriki qurğusunun səmərəli işinin təşkili üçün təkərin qarşısında və arxasında küləyin sürəti və təzyiqinin dəyişməsi araşdırılır, təkər pərlərinin elementlərinin bucaq sürətlərinin dəyişməsi qrafiki qurulur, pərin hücum bucağı, keyfiyyəti və keyfiyyətin əksi olan parametri, külək qurğularının çarx və pərlərin ətalət momentləri təyin olunur.

  22. 22.
    7. Konkret şərait ücün külək elektrik stansiya-larının istifadə olunmasının iqtisadi səmərə¬li-liyinin hesabı və istismarMəşğələ

    Külək enerjisindən istifadə olunması yollarının mahiyyəti araşdırılır, konkret şərait ücün külək elektrik stansiya-larının istifadə olunmasının iqtisadi səmərə¬li¬liyinin hesabı aparılır və istismar qaydaları öyrənilir.

  23. 23.
    1. Külək qurğularının tərtibat növləri və avadanlıq tərkibi. Külək qurğularının mühərrikləri və generatorlarının əsas iş rejimləriSərbəst iş

    Külək qurğularının tərtibat növləri və avadanlıq tərkibi göstərilir, külək qurğularının mühərrikləri və generatorlarının əsas iş rejimləri təhlil edilir.

  24. 24.
    2. Külək qurğularının güc avadanlıqlarının istismar xüsusiy-yətləri. Külək qurğularının energetik itkiləri və f.i.ə.Sərbəst iş

    Külək qurğularının güc avadanlıqlarının istismar xüsusiy-yətləri göstərilir, Külək qurğularının energetik itkiləri və f.i.ə. hesablanır.

  25. 25.
    3. Külək qurğularını tənzimləyici avadanlıqlarının xüsusiyyətləriSərbəst iş

    Külək qurğularının səmərəli işinin təşkili üçün tənzimləyici avadanlıqlarının xüsusiyyətləri araşdırılır.

  26. 26.
    4. Külək qurğularının mühərrik carxlarının hesabının xüsusiyyətləriSərbəst iş

    Külək qurğularının carxının dövrlər sayının tənzimlənmə mexanizmlərinin konstruksiyaları və onlarin hesablanma qaydaları öyrənilir

  27. 27.
    5. Külək qurğularının etibarlığı və məhsuldarlığıSərbəst iş

    Külək qurğularının səmərəli işinin təşkili üçün bu qurğuların etibarlığı araşdırılır və məhsuldarlığı təyin olunur.

Ədəbiyyat

  1. 1. Bəşirov M. M., Həsənov V. H., ”Bərpa olunan enerji mən¬bələri və qur¬guları” Bakı-2011.(yeni pəncərədə açılır)
  2. 2 .Həsənov V.H., Bəşirov M.M., Şahverdiyev A. N., Hüseynov A. Q.,”Bərpa olunan enerji qurguları nəzəriy¬yəsin¬dən labo¬ra-toriya praktimu” AzTU. 2010.(yeni pəncərədə açılır)
  3. 3. Əlizadə A.S., və başqaları “Külək mühərrikləri və onların kənd təsər¬rüfatında tətqiqi” . Bakı , Azərnəşr ,1962(yeni pəncərədə açılır)
  4. 4. Ализаде А.С. Есьман В.И. “Ветроэнергетические ресурсы Азе𬬬¬байджана.” Ваку, Азернешр, 1996.(yeni pəncərədə açılır)
  5. 5. Шефтер Я.И. “Использование энергии ветра”. Мoskva ,Эн. 1975.(yeni pəncərədə açılır)
  6. 6. Даффи, Джона.”Тепловые процессы с использованием со묬¬неч¬¬ной энерги”:перевод сaнглийского языка. Москва, «Мир», 1977.(yeni pəncərədə açılır)
  7. 7. Abdullayev K. M., Lətifov Y. İ., Abdullayeva G. K., “Enerji resursları, el¬¬¬ek¬¬¬trik enerjisi istehsalı və ətraf mühit.” 1-ci və 2-ci hissə. Bakı, Zaman, 2005.(yeni pəncərədə açılır)
  8. 8. Джанахмедов А. Х., Мурадвердийев А. Ш., Мехтийев А. М., Джан¬ахмедов Э. А. “Ветроэнергетические установки”. Баку. Чашыоглы, 2005.(yeni pəncərədə açılır)
  9. 9. Тажиев И. Т. “Энергия ветра-база электрифкации селского хоз¬яйства”. Госэнергоиздат. 1952.(yeni pəncərədə açılır)
  10. 10. İnternet saytları.(yeni pəncərədə açılır)

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5