Fənn · Energetika mühəndisliyi
Enerji menecmenti sistemiMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Giriş. Energetika və Enerji Menecmentin Əsasları
Mühazirə1Enerji resurslarının təsnifatı, enerji idarəetməsinin əsas anlayışları və təşkilatlarda enerji səmərəliliyinin rolu əhatə olunur.
Mənbəyə keç: Giriş. Energetika və Enerji Menecmentin Əsasları (yeni pəncərədə açılır)2. Enerji Menecmenti, İnteqrasiya edilmiş Menecment və Davamlı İnkişaf
Mühazirə2Ekoloji, sosial və iqtisadi dayanıqlılıq çərçivəsində enerji menecmentinin digər idarəetmə sistemləri (ISO 14001, ISO 9001) ilə inteqrasiyası öyrədilir.
Mənbəyə keç: Enerji Menecmenti, İnteqrasiya edilmiş Menecment və Davamlı İnkişaf (yeni pəncərədə açılır)3. Energetika Sistemlərinin Əsasları
Mühazirə3Müasir enerji sistemlərinin iş prinsipi, infrastruktur komponentləri və şəbəkə idarəetmə mexanizmləri nəzərdən keçirilir.
Mənbəyə keç: Energetika Sistemlərinin Əsasları (yeni pəncərədə açılır)4. Enerjinin Fiziki Əsasları
Mühazirə4Enerji saxlanması qanunu, termodinamikanın birinci və ikinci qanunları, istilik və iş mexanizmləri izah edilir.
Mənbəyə keç: Enerjinin Fiziki Əsasları (yeni pəncərədə açılır)5. Enerji Resurslarının Catismamazligi və Qlobal İqlim Dəyişikliyi
Mühazirə5Fosil yanacaqların azalması, istixana qazı emissiyaları, qlobal istiləşmə və beynəlxalq iqlim sazişləri müzakirə olunur.
Mənbəyə keç: Enerji Resurslarının Catismamazligi və Qlobal İqlim Dəyişikliyi (yeni pəncərədə açılır)6. Enerji Resurslarının Texniki, Ekoloji və İqtisadi Xüsusiyyətləri
Mühazirə6Bərpaolunan və ənənəvi mənbələrin müqayisəli təhlili, xərclər, emissiya səviyyələri və effektivlik meyarları təhlil edilir.
Mənbəyə keç: Enerji Resurslarının Texniki, Ekoloji və İqtisadi Xüsusiyyətləri (yeni pəncərədə açılır)7. Yaşıl Enerji Texnologiyaları və İnkişaf Edən Enerji Bazarları
Mühazirə7Bərpaolunan enerji texnologiyalarındakı son yeniliklər, bazar tendensiyaları və investisiya imkanları nəzərdən keçirilir.
Mənbəyə keç: Yaşıl Enerji Texnologiyaları və İnkişaf Edən Enerji Bazarları (yeni pəncərədə açılır)8. Enerji Menecmentində İnformasiya və Kommunikasiya Texnologiyaları
Mühazirə8Enerji monitorinqi, avtomatlaşdırma, rəqəmsal uzaqdan idarəetmə sistemləri və proqram təminatlarının rolu öyrədilir.
Mənbəyə keç: Enerji Menecmentində İnformasiya və Kommunikasiya Texnologiyaları (yeni pəncərədə açılır)9. Korperativ Menecmenti və ISO 50001
Mühazirə9Korporativ idarəetmə strategiyaları ilə enerji menecmenti sisteminin uyğunlaşdırılması və rəqabət üstünlükləri müzakirə olunur.
Mənbəyə keç: Korperativ Menecmenti və ISO 50001 (yeni pəncərədə açılır)10. ISO 50001: Təşkilatın Konteksti və Enerji Menecment Sistemi – Maddə 4
Mühazirə10ISO 50001 standartının 4-cü maddəsinə uyğun olaraq təşkilatın kontekstinin müəyyən edilməsi və EnMS sərhədlərinin təyini izah olunur.
Mənbəyə keç: ISO 50001: Təşkilatın Konteksti və Enerji Menecment Sistemi – Maddə 4 (yeni pəncərədə açılır)11. ISO 50001: Liderlik və Enerji Siyasəti – Maddə 5
Mühazirə11Standartın 5-ci maddəsinə əsasən, ali rəhbərliyin məsuliyyəti, enerji siyasətinin hazırlanması və işçilərə çatdırılması işıqlandırılır.
Mənbəyə keç: ISO 50001: Liderlik və Enerji Siyasəti – Maddə 5 (yeni pəncərədə açılır)12. ISO 50001: Enerji Planlaşdırması və Enerji Təhlili – Maddə 6
Mühazirə12Maddə 6 çərçivəsində enerji istehlakının təhlili, əsas enerji istifadəçilərinin (SEUs) müəyyənləşdirilməsi və fəaliyyət planları qurulur.
Mənbəyə keç: ISO 50001: Enerji Planlaşdırması və Enerji Təhlili – Maddə 6 (yeni pəncərədə açılır)13. ISO 50001: Dəstək və Resursların İdarə Edilməsi – Maddə 7
Mühazirə13Maddə 7 üzrə zəruri resursların təminatı, kadrların təlimatlandırılması, daxili və xarici kommunikasiyanın təşkili nəzərdən keçirilir.
Mənbəyə keç: ISO 50001: Dəstək və Resursların İdarə Edilməsi – Maddə 7 (yeni pəncərədə açılır)14. ISO 50001: Əməliyyatlar və Enerji Səmərəliliyinin İdarə Edilməsi – Maddə 8
Mühazirə14Maddə 8-ə əsasən, enerji səmərəliliyinə təsir edən proseslərin idarə olunması, layihələndirmə və enerji səmərəli məhsul/xidmət satınalmaları tənzimlənir.
Mənbəyə keç: ISO 50001: Əməliyyatlar və Enerji Səmərəliliyinin İdarə Edilməsi – Maddə 8 (yeni pəncərədə açılır)15. ISO 50001: Nəticələrin Qiymətləndirilməsi və Davamlı İrəliləyiş – Maddələr 9–10
Mühazirə15Maddə 9 və 10 əsasında enerji performansının qiymətləndirilməsi, uyğunsuzluqların aradan qaldırılması və davamlı təkmilləşmə mexanizmləri qurulur.
Mənbəyə keç: ISO 50001: Nəticələrin Qiymətləndirilməsi və Davamlı İrəliləyiş – Maddələr 9–10 (yeni pəncərədə açılır)16. Enerji Menecmenti, İnteqrasiya edilmiş Menecment və Davamlı İnkişaf
Məşğələ1Bu məşğələdə iştirakçılar real müəssisə ssenariləri üzərində ISO 50001, ISO 14001 və ISO 9001 idarəetmə sistemlərinin praktiki inteqrasiya xəritəsini tərtib edəcəklər. Tələbələr davamlı inkişaf göstəricilərini rəhbər tutaraq mövcud biznes proseslərinə enerji səmərəliliyi addımlarını tətbiq etmək bacarıqlarını sınaqdan keçirəcəklər.
Mənbəyə keç: Enerji Menecmenti, İnteqrasiya edilmiş Menecment və Davamlı İnkişaf (yeni pəncərədə açılır)17. Energetika Sistemlərinin Əsasları
Məşğələ2Real avadanlıq və şəbəkə modelləri üzərində yük paylanması, enerji itkilərinin müəyyən edilməsi və optimallaşdırılması tapşırıqları icra olunacaqdır.
Mənbəyə keç: Energetika Sistemlərinin Əsasları (yeni pəncərədə açılır)18. Enerji Resurslarının Texniki, Ekoloji və İqtisadi Xüsusiyyətləri
Məşğələ3İştirakçılar müxtəlif ənənəvi və bərpaolunan enerji mənbələrinin xərc, emissiya və effektivlik göstəricilərini müqayisəli real layiheler üzərində hesablayacaqlar. Toplanan verillənlər əsasında konkret sənaye obyekti üçün texniki-iqtisadi və ekoloji qiymətləndirmə hesabatı hazırlanacaqdır.
Mənbəyə keç: Enerji Resurslarının Texniki, Ekoloji və İqtisadi Xüsusiyyətləri (yeni pəncərədə açılır)19. Yaşıl Enerji Texnologiyaları və İnkişaf Edən Enerji Bazarları
Məşğələ4Məşğələdə yasil enerji qurgularinin layihələndirilməsi, güc hesablamaları və onların mövcud enerji şəbəkəsinə inteqrasiyası ve modelləşdirilmesi yanasmalarini oyrenecekdir İştirakçılar, həmçinin yaşıl enerji sertifikatları və karbon bazarı mexanizmləri üzrə praktik bilikler elde edecekdir
Mənbəyə keç: Yaşıl Enerji Texnologiyaları və İnkişaf Edən Enerji Bazarları (yeni pəncərədə açılır)20. Enerji Menecmentində İnformasiya və Kommunikasiya Texnologiyaları
Məşğələ5İştirakçılar SCADA, IoT sensorları və rəqəmsal enerji monitorinq sistemlerinin qurulmasi prinsiplerini tetbiq ederek real topologiya qurur ve bundan istifadə edərək real zaman rejimində enerji istehlakı məlumatlarını toplayıb nece analiz edəcəklərini muzakire edirler. Təlim zamanı avtomatlaşdırılmış idarəetmə sistemlərində anomaliyaların aşkarlanması və optimal enerji istifadəsi ssenariləri tətbiq olunacaqdır.
Mənbəyə keç: Enerji Menecmentində İnformasiya və Kommunikasiya Texnologiyaları (yeni pəncərədə açılır)21. ISO 50001
Məşğələ6Bu məşğələ dərsi ISO 50001 standartının Maddə 4–10 çərçivəsində təşkilatın kontekstinin təhlili, rəhbərlik rolunun müəyyənləşdirilməsi və enerji siyasətinin hazırlanması kimi təməl addımların praktiki tətbiqinə yönəlmişdir. İştirakçılar enerji planlaşdırması, baza xəttinin təyini, resursların idarə olunması və gündəlik əməliyyatların səmərəli tənzimlənməsi üzrə real ssenarilər üzərində işləyəcəklər. Dərs zamanı monitorinq, ölçmə, daxili audit və davamlı təkmilləşmə mexanizmlərinin qurulması vasitəsilə Enerji Menecment Sisteminin tam dövrəsi praktiki olaraq mənimsəniləcəkdir.
Mənbəyə keç: ISO 50001 (yeni pəncərədə açılır)22. Enerji Effektivliyi dəyərləndirilməsi artırılması üçün texnoloji həllərin hazırlanması
Sərbəst iş1Qaz mühitində elektron və ionların elektrik sahəsinin təsiri altında hərəkəti, yüklü hissəciklərin yürüklüyü, orta sərbəst yol və diffuziya hadisələri araşdırılır. Hissəciklərin hərəkətinin qaz boşalmasının yaranmasına təsiri təhlil edilir.
Mənbəyə keç: Enerji Effektivliyi dəyərləndirilməsi artırılması üçün texnoloji həllərin hazırlanması (yeni pəncərədə açılır)23. Enerji Menecment uzre Online telimler My Energy University Coursera Udemy
Sərbəst iş2Tələbə sərbəst şəkildə özü öyrənmə bacarığının yaradılması. Mövzuları mənbədən öyrənərək həm global təcrübə əldə etməsi və eyni zamanda bu sahədə öz kommunikasiya bacarıqlarını artırılması hədəf götürülmüşdür.