Fənn · Energetika mühəndisliyi
Data analitika və süni intellektin tətbiqləri — Python (pandas), Jupyter, Power BI / Tableau (ixtisasa uyğun)Mövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Energetikada verilənlər analitikasına giriş
Mühazirə1Ənənəvi və rəqəmsal energetika sistemlərinin müqayisəsi, Ağıllı Şəbəkələrdə (Smart Grid) Böyük Verilənlərin (Big Data) rolu, SCADA, AMI və IoT sensorlarının informasiya axınları və data analitikasının mərhələləri öyrənilir.
Mənbəyə keç: Energetikada verilənlər analitikasına giriş (yeni pəncərədə açılır)2. Energetik məlumatların strukturu və hazırlanması
Mühazirə2Enerji sistemlərində zaman sıraları, verilənlər bazasının formatları, ölçmələrdəki küy, buraxılmış qiymətlər və anomaliyaların ilkin təmizlənməsi metodologiyası tədris olunur.
Mənbəyə keç: Energetik məlumatların strukturu və hazırlanması (yeni pəncərədə açılır)3. Python və Jupyter Notebook ilə energetik məlumatların analizi
Mühazirə3Data elmində Python mühiti, Jupyter ekosistemi, virtual mühitin qurulması, əsas operatorlar, funksiyalar və energetika məsələlərinin proqramlaşdırılması prinsipləri nəzərdən keçirilir.
Mənbəyə keç: Python və Jupyter Notebook ilə energetik məlumatların analizi (yeni pəncərədə açılır)4. Pandas kitabxanası ilə məlumatların emalı
Mühazirə4Çoxölçülü massivlər, Series və DataFrame strukturları (Pandas), zaman indeksləri ilə iş, qruplaşdırma, aqreqasiya və resamplinq (15 dəqiqəlik ölçmələrin saatlıq/günlük formata çevrilməsi) öyrənilir.
Mənbəyə keç: Pandas kitabxanası ilə məlumatların emalı (yeni pəncərədə açılır)5. Energetik verilənlərin statistik analizi və vizuallaşdırılması
Mühazirə5Mərkəzi meyl ölçüləri (orta qiymət, median), variasiya və dispersiya, korrelyasiya təhlili (Pirson), yük paylanmaları, Matplotlib və Seaborn kitabxanaları ilə qrafiki təhlilin nəzəriyyəsi araşdırılır.
Mənbəyə keç: Energetik verilənlərin statistik analizi və vizuallaşdırılması (yeni pəncərədə açılır)6. Enerji istehlakının zaman sıraları üzrə analizi
Mühazirə6Zaman sıralarının stasionarlığı, trend, mövsümlülük (sutkalıq, həftəlik, illik) və qalıq komponentlərinə parçalanması (decomposition), avtokorrelyasiya (ACF, PACF) prinsipləri öyrənilir.
Mənbəyə keç: Enerji istehlakının zaman sıraları üzrə analizi (yeni pəncərədə açılır)7. Energetik sistemlərdə məlumatların vizual analitikası
Mühazirə7Yük müddəti əyrilərinin (LDC) qurulması, baza, yarım-pik və pik generasiya zonalarının müəyyənləşdirilməsi, istilik xəritələri (Heatmap) və qutu diaqramları (Boxplot) vasitəsilə şəbəkə gərginliyinin təhlili aparılır.
Mənbəyə keç: Energetik sistemlərdə məlumatların vizual analitikası (yeni pəncərədə açılır)8. Power BI ilə energetik məlumatların analizi və Dashboard hazırlanması
Mühazirə8Power BI arxitekturası, Power Query ilə energetik verilənlərin transformasiyası, data modelləşdirmə (ulduz sxemi), DAX ölçü düsturları və interaktiv dispetçer panellərinin dizaynı tədris edilir.
Mənbəyə keç: Power BI ilə energetik məlumatların analizi və Dashboard hazırlanması (yeni pəncərədə açılır)9. Tableau ilə enerji məlumatlarının vizuallaşdırılması
Mühazirə9Tableau Desktop mühitində qrafiki analitika, coğrafi xəritələr üzərində bərpa olunan enerji stansiyalarının (SES və KES) yerləşdirilməsi, hesablanmış sahələr və vizual hekayə (Storytelling) metodları öyrənilir.
Mənbəyə keç: Tableau ilə enerji məlumatlarının vizuallaşdırılması (yeni pəncərədə açılır)10. Energetikada süni intellekt və maşın öyrənməsinə giriş
Mühazirə10Süni intellektin təsnifatı, nəzarətli və nəzarətsiz öyrənmə, maşın öyrənməsinin iş axını energetika tətbiqləri üzrə izah edilir.
Mənbəyə keç: Energetikada süni intellekt və maşın öyrənməsinə giriş (yeni pəncərədə açılır)11. Enerji tələbatının proqnozlaşdırılması
Mühazirə11Qısamüddətli və ortamüddətli yük proqnozlaşdırılması, xətti reqressiya, Ridge/Lasso, reqressiya ağacları (Random Forest, XGBoost) və hava şəraitinin yükə təsirinin modelləşdirilməsi araşdırılır.
Mənbəyə keç: Enerji tələbatının proqnozlaşdırılması (yeni pəncərədə açılır)12. Bərpa olunan enerji istehsalının proqnozlaşdırıl-masıqızması
Mühazirə12Günəş radiasiyası və külək sürətinin ehtimali modelləşdirilməsi (Veybull paylanması), hava proqnozları əsasında günəş və külək elektrik stansiyalarının generasiya gücünün intellektual proqnozu öyrənilir.
Mənbəyə keç: Bərpa olunan enerji istehsalının proqnozlaşdırıl-masıqızması (yeni pəncərədə açılır)13. Maşın öyrənməsi ilə enerji sistemlərinin optimallaşdırılması
Mühazirə13İstehlakçıların profilləşdirilməsi və seqmentasiyası üçün klasterləşdirmə alqoritmləri (K-Means, DBSCAN), qeyri-qanuni qoşulmaların (enerji oğurluğunun) və anomal cərəyanların aşkarlanması araşdırılır.
Mənbəyə keç: Maşın öyrənməsi ilə enerji sistemlərinin optimallaşdırılması (yeni pəncərədə açılır)14. Süni intellektlə enerji avadanlıqlarında nasazlıqların aşkarlanması
Mühazirə14Güc transformatorlarının, xətlərin və mühərriklərin vibro-diaqnostika, temperatur və qaz analizi (DGA) verilənləri əsasında təsnifat alqoritmləri ilə qəzadan əvvəlki vəziyyətlərin proqnostik təyini öyrənilir.
Mənbəyə keç: Süni intellektlə enerji avadanlıqlarında nasazlıqların aşkarlanması (yeni pəncərədə açılır)15. Energetikada AI və Data Analytics üzrə kompleks layihə
Mühazirə15Enerji menecmenti, yaşıl texnologiyalar və Smart Grid sistemlərində Data və AI arxitekturasının tam dövriyyəsi (End-to-End layihə), data etikası, kibertəhlükəsizlik və iqtisadi səmərəlilik yekunlaşdırılır.
Mənbəyə keç: Energetikada AI və Data Analytics üzrə kompleks layihə (yeni pəncərədə açılır)16. Python və Pandas ilə enerji istehlakı verilənlərinin ilkin analizi
Sərbəst iş1Energetika müəssisəsinin saatlıq elektrik istehlakı datasetinin strukturu, Pandas kitabxanası vasitəsilə indekslənməsi, data tiplərinin nizamlanması, buraxılmış qiymətlərin bərpası və ilkin deskriptiv statistikanın çıxarılması araşdırılır.
Mənbəyə keç: Python və Pandas ilə enerji istehlakı verilənlərinin ilkin analizi (yeni pəncərədə açılır)17. Power BI mühitində enerji istehlakı üzrə interaktiv idarəetmə panelinin (Dashboard) qurulması
Sərbəst iş2Müxtəlif istehlakçı qruplarının saatlıq, günlük və aylıq güc tələbatı göstəricilərinin Power BI mühitinə inteqrasiyası, DAX ölçü düsturları ilə pik və baza yüklərinin hesablanması, dinamik filtrlər və qrafik vizuallar araşdırılır.
Mənbəyə keç: Power BI mühitində enerji istehlakı üzrə interaktiv idarəetmə panelinin (Dashboard) qurulması (yeni pəncərədə açılır)18. Tableau mühitində elektrik stansiyalarının və şəbəkə infrastrukturunun geovizuallaşdırıl-ması
Sərbəst iş3Regional enerji sistemindəki elektrik stansiyalarının (İES, SES, KES, GES) coğrafi koordinatları, qoyuluş gücləri, ötürücü xətlərin yüklənməsi və regional generasiya payının Tableau xəritələrində təbəqəli vizual təhlili yerinə yetirilir.
Mənbəyə keç: Tableau mühitində elektrik stansiyalarının və şəbəkə infrastrukturunun geovizuallaşdırıl-ması (yeni pəncərədə açılır)19. Günəş və külək elektrik stansiyalarının hasilat gücünün maşın öyrənməsi ilə proqnozlaşdırıl-mas
Sərbəst iş4Meteoroloji stansiyanın arxiv məlumatları (günəş radiasiyası, səth temperaturu, küləyin sürəti və istiqaməti) əsasında Scikit-Learn kitabxanasında xətti və qeyri-xətti reqressiya modellərinin qurulması və generasiya proqnozu öyrənilir.
Mənbəyə keç: Günəş və külək elektrik stansiyalarının hasilat gücünün maşın öyrənməsi ilə proqnozlaşdırıl-mas (yeni pəncərədə açılır)20. Energetika sistemlərində süni intellekt tətbiqi üzrə analitik texniki layihə
Sərbəst iş5Enerji səmərəliliyi, itkilərin azaldılması, Smart Grid və ya aktiv istehlakçıların (Prosumer) idarə edilməsində tətbiq olunan süni intellekt arxitekturaları, alqoritmlər və onların texnoloji-iqtisadi əsaslandırılması araşdırılır.
Mənbəyə keç: Energetika sistemlərində süni intellekt tətbiqi üzrə analitik texniki layihə (yeni pəncərədə açılır)21. Ağıllı sayğacların saatlıq göstəricilərinin təmizlənməsi və statistik analizi
Sərbəst iş6Ağıllı elektrik sayğaclarından (AMI) daxil olan böyük həcmli zaman sıralarında rabitə xətalarından yaranan boşluqların, küyün və təkrarlanmaların statistik süzgəcdən keçirilməsi, interpolyasiya və ekstrapolyasiya metodları araşdırılır.
Mənbəyə keç: Ağıllı sayğacların saatlıq göstəricilərinin təmizlənməsi və statistik analizi (yeni pəncərədə açılır)22. Power BI ilə bərpa olunan enerji qurğularının monitorinq panelinin hazırlanması
Sərbəst iş7Külək və günəş parklarının texniki hazırlıq əmsalı (Availability factor), gücdən istifadə əmsalı (Capacity factor), boşdayanma saatları və hasilat itkilərinin qrafiki monitorinqi üçün ixtisaslaşmış sənaye paneli tərtib olunur.
Mənbəyə keç: Power BI ilə bərpa olunan enerji qurğularının monitorinq panelinin hazırlanması (yeni pəncərədə açılır)23. Elektrik yüklənməsinin sutkalıq və mövsümi zaman sıraları (Time Series) üzrə analizi
Sərbəst iş8Elektrik şəbəkəsinin illik saatlıq istehlak verilənlərinin trend, mövsümlülük (sutkalıq, həftəlik, illik) və təsadüfi qalıq komponentlərinə parçalanması, avtokorrelyasiya təhlili öyrənilir.
Mənbəyə keç: Elektrik yüklənməsinin sutkalıq və mövsümi zaman sıraları (Time Series) üzrə analizi (yeni pəncərədə açılır)24. Maşın öyrənməsi ilə enerji istehlakçılarının profillərə ayrılması və klasterləşdirilməsi
Sərbəst iş9Çoxsaylı abonentlərin gün ərzində elektrik istifadə xüsusiyyətlərinin K-Means və ya iyerarxik klasterləşdirmə alqoritmləri ilə qruplaşdırılması, tipik yük profillərinin formalaşdırılması və anomal istehlakın aşkarlanması araşdırılır.
Mənbəyə keç: Maşın öyrənməsi ilə enerji istehlakçılarının profillərə ayrılması və klasterləşdirilməsi (yeni pəncərədə açılır)25. Enerji avadanlıqlarında normadan kənar rejimlərin və nasazlıqların intellektual aşkarlanması
Sərbəst iş10Şəbəkə avadanlıqlarının (güc transformatorları, kabellər, mühərriklər) sensorlarından alınan cərəyan, gərginlik, temperatur və qaz analizi (DGA) verilənlərində anomaliyaların təsnifat modelləri ilə qabaqcadan aşkarlanması öyrənilir.
Mənbəyə keç: Enerji avadanlıqlarında normadan kənar rejimlərin və nasazlıqların intellektual aşkarlanması (yeni pəncərədə açılır)