Fənn · Energetika mühəndisliyi

Enerji sistemlərinin modelləşdirilməsi və simulyasiyasıMövzu planı

MM-05056 kreditPayız semestriMəcburi

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

25 mövzu
  1. 1. 1. Enerji sistemlərinin modelləşdirilməsinin əsasları və simulyasiya mühitinin qurulması

    Məşğələ

    Enerji sistemlərinin modelləşdirilməsinin məqsədi, əsas prinsipləri və simulyasiya yanaşmaları izah edilir. Simulyasiya proqramının iş mühiti, layihənin yaradılması və ilkin parametrlərin təyin edilməsi öyrənilir.

    Mənbəyə keç: 1. Enerji sistemlərinin modelləşdirilməsinin əsasları və simulyasiya mühitinin qurulması (yeni pəncərədə açılır)
  2. 2. 2. Elektrik şəbəkəsinin birxətli sxeminin yaradılması və əsas parametrlərin daxil edilməsi

    Məşğələ

    Elektrik şəbəkəsinin birxətli sxeminin qurulması, generator, transformator, xətt, yük və şinlərin modelə əlavə edilməsi, onların nominal və elektrik parametrlərinin daxil edilməsi həyata keçirilir.

    Mənbəyə keç: 2. Elektrik şəbəkəsinin birxətli sxeminin yaradılması və əsas parametrlərin daxil edilməsi (yeni pəncərədə açılır)
  3. 3. 3. Generator, transformator və elektrik veriliş xəttinin riyazi modellərinin qurulması

    Məşğələ

    Generator, transformator və elektrik veriliş xətlərinin ekvivalent sxemləri və riyazi modelləri araşdırılır. Parametrlərin hesablanması və onların simulyasiya modelində tətbiqi yerinə yetirilir.

    Mənbəyə keç: 3. Generator, transformator və elektrik veriliş xəttinin riyazi modellərinin qurulması (yeni pəncərədə açılır)
  4. 4. 4. Elektrik yük modellərinin yaradılması və yük xarakteristikalarının simulyasiyası

    Məşğələ

    Sabit güc, sabit cərəyan və sabit impedans kimi yük modelləri araşdırılır. Müxtəlif yük səviyyələrində gərginlik, cərəyan və güc dəyişmələrinin simulyasiyası aparılır.

    Mənbəyə keç: 4. Elektrik yük modellərinin yaradılması və yük xarakteristikalarının simulyasiyası (yeni pəncərədə açılır)
  5. 5. 5. Elektrik enerjisi sisteminin sabit rejiminin modelləşdirilməsi və analizi

    Məşğələ

    Enerji sisteminin sabit rejimi üçün hesablama modeli yaradılır. Yük axını, şin gərginlikləri, güc axınları və itkilər müəyyən edilir və nəticələr təhlil olunur.

    Mənbəyə keç: 5. Elektrik enerjisi sisteminin sabit rejiminin modelləşdirilməsi və analizi (yeni pəncərədə açılır)
  6. 6. 6. Enerji sistemlərində qısaqapanma rejimlərinin modelləşdirilməsi və tədqiqi

    Məşğələ

    Üçfazalı, ikifazalı və birfazalı qısaqapanma rejimlərinin modelləşdirilməsi həyata keçirilir. Qısaqapanma cərəyanları, gərginlik dəyişmələri və qəza nöqtəsindəki parametrlər araşdırılır.

    Mənbəyə keç: 6. Enerji sistemlərində qısaqapanma rejimlərinin modelləşdirilməsi və tədqiqi (yeni pəncərədə açılır)
  7. 7. 7. Elektrik sistemlərində keçid proseslərinin kompüter simulyasiyası

    Məşğələ

    Elektrik sistemlərində keçid proseslərinin yaranma səbəbləri və əsas xüsusiyyətləri araşdırılır. Kommutasiya hadisələrinin sistemin gərginlik, cərəyan və güc parametrlərinə təsiri kompüter simulyasiyası vasitəsilə öyrənilir.

    Mənbəyə keç: 7. Elektrik sistemlərində keçid proseslərinin kompüter simulyasiyası (yeni pəncərədə açılır)
  8. 8. 8. Transformatorların qoşulması və açılması zamanı keçid proseslərinin simulyasiyası

    Məşğələ

    Transformatorun şəbəkəyə qoşulması və şəbəkədən ayrılması zamanı yaranan keçid prosesləri modelləşdirilir. Qoşulma cərəyanı, gərginlik dəyişmələri və kommutasiya effektləri araşdırılır.

    Mənbəyə keç: 8. Transformatorların qoşulması və açılması zamanı keçid proseslərinin simulyasiyası (yeni pəncərədə açılır)
  9. 9. 9. Hava elektrik veriliş xətlərinin boş gediş və yüklənmə rejimlərinin modelləşdirilməsi

    Məşğələ

    Hava elektrik veriliş xəttinin boş gediş və müxtəlif yüklənmə şəraitində iş rejimləri modelləşdirilir. Xəttin sonunda gərginlik, cərəyan, aktiv və reaktiv güc, həmçinin itkilər müqayisə edilir.

    Mənbəyə keç: 9. Hava elektrik veriliş xətlərinin boş gediş və yüklənmə rejimlərinin modelləşdirilməsi (yeni pəncərədə açılır)
  10. 10. 10. Enerji sistemlərində rele mühafizəsi və qəza rejimlərinin simulyasiyası

    Məşğələ

    Rele mühafizəsinin enerji sisteminin etibarlı fəaliyyətində rolu araşdırılır. Qəza hadisəsi yaradılaraq mühafizə qurğusunun işə düşməsi, açarın açılması və qəza hissəsinin sistemdən ayrılması simulyasiya edilir.

    Mənbəyə keç: 10. Enerji sistemlərində rele mühafizəsi və qəza rejimlərinin simulyasiyası (yeni pəncərədə açılır)
  11. 11. 11. Bərpa olunan enerji mənbələrinin enerji sisteminə qoşulmasının modelləşdirilməsi

    Məşğələ

    Günəş və külək kimi bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası üçün model yaradılır. Generasiya gücünün dəyişməsinin şəbəkənin iş rejiminə təsiri araşdırılır.

    Mənbəyə keç: 11. Bərpa olunan enerji mənbələrinin enerji sisteminə qoşulmasının modelləşdirilməsi (yeni pəncərədə açılır)
  12. 12. 12. Günəş fotovoltaik sisteminin elektrik şəbəkəsi ilə inteqrasiyasının simulyasiyası

    Məşğələ

    Fotovoltaik panellər, DC/AC çevirici və şəbəkə elementlərindən ibarət PV sistem modeli yaradılır. Günəş generasiyasının dəyişməsi və şəbəkəyə verilən aktiv və reaktiv gücün təsiri araşdırılır.

    Mənbəyə keç: 12. Günəş fotovoltaik sisteminin elektrik şəbəkəsi ilə inteqrasiyasının simulyasiyası (yeni pəncərədə açılır)
  13. 13. 13. Külək elektrik stansiyasının enerji sistemində iş rejiminin modelləşdirilməsi

    Məşğələ

    Külək turbininin və generator sisteminin modeli yaradılır. Külək sürətinin və generasiya gücünün dəyişməsi zamanı sistemin gərginlik, cərəyan və güc parametrləri simulyasiya edilir.

    Mənbəyə keç: 13. Külək elektrik stansiyasının enerji sistemində iş rejiminin modelləşdirilməsi (yeni pəncərədə açılır)
  14. 14. 14. Enerji sistemlərində akkumulyator enerji saxlama sistemlərinin modelləşdirilməsi və simulyasiyası

    Məşğələ

    Akkumulyator enerji saxlama sisteminin əsas komponentləri və iş rejimləri araşdırılır. Batareyanın enerji sisteminə enerji verməsi və sistemdən enerji qəbul etməsi prosesləri modelləşdirilir.

    Mənbəyə keç: 14. Enerji sistemlərində akkumulyator enerji saxlama sistemlərinin modelləşdirilməsi və simulyasiyası (yeni pəncərədə açılır)
  15. 15. 15. Enerji sisteminin kompleks modelinin yaradılması və müxtəlif iş rejimlərinin müqayisəli simulyasiyası

    Məşğələ

    Generator, transformator, elektrik veriliş xətti, yük, bərpa olunan enerji mənbəyi və enerji saxlama sistemi daxil olmaqla kompleks enerji sistemi modeli yaradılır. Sabit rejim, qəza, kommutasiya və dəyişən generasiya şəraitləri müqayisəli şəkildə simulyasiya edilir.

    Mənbəyə keç: 15. Enerji sisteminin kompleks modelinin yaradılması və müxtəlif iş rejimlərinin müqayisəli simulyasiyası (yeni pəncərədə açılır)
  16. 16. 1. Elektrik enerji sistemlərinin modelləşdirilməsi və simulyasiyasının müasir üsulları

    Sərbəst iş

    Elektrik enerji sistemlərinin riyazi və kompüter modellərinin qurulması prinsipləri, statik və dinamik modelləşdirmə üsulları, simulyasiya yanaşmaları və müasir proqram təminatının imkanları araşdırılır. Modelləşdirmənin enerji sistemlərinin layihələndirilməsi, istismarının təhlili və idarə edilməsində rolu öyrənilir.

    Mənbəyə keç: 1. Elektrik enerji sistemlərinin modelləşdirilməsi və simulyasiyasının müasir üsulları (yeni pəncərədə açılır)
  17. 17. 2. Elektrik şəbəkələrinin sabit rejimlərinin kompüter modelləşdirilməsi və analizi

    Sərbəst iş

    Elektrik şəbəkələrinin sabit rejimlərinin kompüter modelinin yaradılması, yük axınının hesablanması, gərginlik və cərəyanların, aktiv və reaktiv güc axınlarının müəyyən edilməsi məsələləri nəzərdən keçirilir. Şəbəkənin müxtəlif yük və generasiya şəraitində iş rejimləri araşdırılır.

    Mənbəyə keç: 2. Elektrik şəbəkələrinin sabit rejimlərinin kompüter modelləşdirilməsi və analizi (yeni pəncərədə açılır)
  18. 18. 3. Enerji sistemlərində qısaqapanma proseslərinin modelləşdirilməsi və simulyasiyası

    Sərbəst iş

    Üçfazalı və qeyri-simmetrik qısaqapanma növləri, onların elektrik sisteminin rejiminə təsiri və qısaqapanma cərəyanlarının hesablanması prinsipləri öyrənilir. Kompüter simulyasiyası vasitəsilə müxtəlif qısaqapanma ssenariləri modelləşdirilir və nəticələr təhlil edilir.

    Mənbəyə keç: 3. Enerji sistemlərində qısaqapanma proseslərinin modelləşdirilməsi və simulyasiyası (yeni pəncərədə açılır)
  19. 19. 4. Elektrik sistemlərində keçid proseslərinin kompüter simulyasiyası

    Sərbəst iş

    Elektrik sistemlərində açılma, qoşulma, qəza və digər dəyişikliklər zamanı yaranan elektromaqnit və elektromexaniki keçid proseslərinin xüsusiyyətləri araşdırılır. Müxtəlif keçid proseslərinin kompüter modelləri qurularaq zaman üzrə gərginlik, cərəyan, güc və digər parametrlərin dəyişməsi tədqiq edilir.

    Mənbəyə keç: 4. Elektrik sistemlərində keçid proseslərinin kompüter simulyasiyası (yeni pəncərədə açılır)
  20. 20. 5. Transformatorların qoşulması zamanı elektromaqnit keçid proseslərinin modelləşdirilməsi

    Sərbəst iş

    Transformatorların şəbəkəyə qoşulması zamanı yaranan maqnitlənmə cərəyanı (inrush current), nüvənin maqnit doyma hadisəsi və elektromaqnit keçid prosesləri araşdırılır. Transformatorun müxtəlif qoşulma şərtlərində kompüter modeli yaradılır və cərəyan və gərginlik dəyişmələri təhlil edilir.

    Mənbəyə keç: 5. Transformatorların qoşulması zamanı elektromaqnit keçid proseslərinin modelləşdirilməsi (yeni pəncərədə açılır)
  21. 21. 6. Hava elektrik veriliş xətlərinin modelləşdirilməsi və müxtəlif iş rejimlərinin tədqiqi

    Sərbəst iş

    Hava elektrik veriliş xətlərinin elektrik parametrləri, ekvivalent sxemləri və müxtəlif gərginlik səviyyələrində modelləşdirilməsi prinsipləri öyrənilir. Xəttin boşgediş, yük altında, ağır yük və qəza rejimləri kompüter modeli vasitəsilə araşdırılır.

    Mənbəyə keç: 6. Hava elektrik veriliş xətlərinin modelləşdirilməsi və müxtəlif iş rejimlərinin tədqiqi (yeni pəncərədə açılır)
  22. 22. 7. Günəş elektrik stansiyalarının enerji sisteminə inteqrasiyasının modelləşdirilməsi

    Sərbəst iş

    Günəş fotovoltaik sistemlərinin əsas komponentləri, inverterlərin xüsusiyyətləri və günəş elektrik stansiyalarının elektrik şəbəkəsinə qoşulma prinsipləri araşdırılır. Günəş generasiyasının dəyişkənliyinin gərginlik, güc axını və enerji sisteminin rejimlərinə təsiri kompüter simulyasiyası ilə öyrənilir.

    Mənbəyə keç: 7. Günəş elektrik stansiyalarının enerji sisteminə inteqrasiyasının modelləşdirilməsi (yeni pəncərədə açılır)
  23. 23. 8. Külək elektrik stansiyalarının enerji sistemində iş rejimlərinin simulyasiyası

    Sərbəst iş

    Külək turbinlərinin və külək elektrik stansiyalarının elektrik sistemləri ilə qarşılıqlı əlaqəsi, generasiyanın külək sürətindən asılılığı və müxtəlif iş rejimləri araşdırılır. Külək elektrik stansiyasının şəbəkəyə qoşulması, güc dəyişmələri və sistem parametrlərinə təsiri kompüter modeli əsasında tədqiq edilir.

    Mənbəyə keç: 8. Külək elektrik stansiyalarının enerji sistemində iş rejimlərinin simulyasiyası (yeni pəncərədə açılır)
  24. 24. 9. Akkumulyator enerji saxlama sistemlərinin elektrik şəbəkəsində modelləşdirilməsi

    Sərbəst iş

    Akkumulyator enerji saxlama sistemlərinin quruluşu, enerji doldurma və boşaltma rejimləri, güc elektronikasının rolu və elektrik şəbəkəsi ilə qarşılıqlı əlaqəsi araşdırılır. Enerji saxlama sisteminin yükün balanslaşdırılması, generasiyanın dəyişkənliyinin kompensasiyası və şəbəkə parametrlərinin tənzimlənməsində istifadəsi modelləşdirilir.

    Mənbəyə keç: 9. Akkumulyator enerji saxlama sistemlərinin elektrik şəbəkəsində modelləşdirilməsi (yeni pəncərədə açılır)
  25. 25. 10. Enerji sistemlərinin MATLAB/Simulink, ETAP və DIgSILENT mühitlərində modelləşdirilməsi və müqayisəli analizi

    Sərbəst iş

    Enerji sistemlərinin modelləşdirilməsi üçün MATLAB/Simulink, ETAP və DIgSILENT proqram mühitlərinin funksional imkanları araşdırılır. Eyni enerji sistemi modelinin müxtəlif proqramlarda qurulması, sabit rejim, qısaqapanma və keçid proseslərinin simulyasiyası və alınmış nəticələrin müqayisəsi həyata keçirilir.

    Mənbəyə keç: 10. Enerji sistemlərinin MATLAB/Simulink, ETAP və DIgSILENT mühitlərində modelləşdirilməsi və müqayisəli analizi (yeni pəncərədə açılır)