Ümumi məlumat
- Fənn kodu
- MM-0504
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mühazirə b) 15 saat məşğələ
- Auditoriyadan kənar saatlar
- a) 65 saat - sərbəst iş b) 70 saat - məsləhət
Fənn haqqında
-
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. İstilik energetikasının nəzəri əsaslarını və onun elmi-texniki inkişaf istiqamətlərini izah edə bilir;
CLO 2: FTN 2. İstilik energetikasında istifadə olunan işçi agentlərin parametrlərini, xassələrini və əsas xarakteristikalarını təhlil edə bilir;
CLO 3: FTN 3. Yanacaq-enerji balansı və enerji təhlükəsizliyi məsələlərini qiymətləndirə bilir;
CLO 4: FTN 4. Porşenli daxili yanma mühərrikləri, qaz-turbin qurğuları, kompressor, soyuducu maşınlar, istilik nasosu və buxar güc qurğularının tisikllərini və işləmə prinsiplərini izah edə bilir;
CLO 5: FTN 5. İstilik proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması yollarını tətbiq etməyi bacarır;
CLO 6: FTN 6. İşçi agentlərin eksperimental üsullarla alınmış termodinamik parametrlərinin, İstilik proseslərinin modelləşdirilməsi və mühəndislik hesablamaları aparmaq bacarığı qazanır.
CLO 7: FTN 7. İstilik mühərrikləri və buxar güc qurğularının işçi proseslərini və tətbiq sahələrini müəyyənləşdirə bilir.
CLO 8: FTN 8. İstilik energetikasında ekoloji problemləri və tullantıların azaldılması üsullarını dəyərləndirə bilir.
CLO 9: FTN 9. Rəqəmsal idarəetmə və avtomatlaşdırma texnologiyalarının istilik energetikasında rolunu başa düşür.
CLO 10: FTN 11. Enerji istehsalında dayanıqlılıq və etibarlılıq prinsiplərini tətbiq edə bilir.
CLO 11: FTN 12. Müasir elmi-texniki tədqiqat metodlarını istilik energetikasına tətbiq etmək bacarığına yiyələnir
Mövzu planı
- 1.1. Giriş. Buxarlanma prosesi. Faza diaqramı. Üçlük nöqtəMühazirə
Fənnin məqsəd və vəzifələri, suyun buxarlanma prosesi, su buxarının öyrənilməsində p-υ diaqramı, faza diaqramı, üçlük nöqtə haqqında məlumat verilir.
- 2.2. Su buxarının digər diaqramları. Klapeyron- Klazius tənliyiMühazirə
Su buxarının T-s, i-s, p-T, p-s və digər diaqramları, termodinamik parametrlər öyrənilir, Klapeyron-Klazius tənliyi haqqında məlumat verilir.
- 3.3. Su və su buxarının parametrləri. Su və su buxarının termodinamik xassələri. Nəm havaMühazirə
Su və su buxarının parametrləri və termodinamik xassələri, nəm havanın parametrləri haqqında məlumat verilir. i-d diaqramı öyrənilir.
- 4.4. Freonların termodinamik xassələriMühazirə
Soyuduсu agent kimi freonlara olan tələbat, freonların termodinamik xassələri, öyrənilir, parametrlərin diaqramlar vasitəsilə izahı haqqında məlumat verilir.
- 5.5. Freonların pυT-asılılığıMühazirə
Freonları işlətmək üçün tələb olunan səсiyyəvi məlumatlar verilir, soyuduсu agentlərin xarakterik parametrləri və freonların pυT-asılılığı öyrənilir.
- 6.6. Yanacaqların əsas xarakteristikalarıMühazirə
Yanaсaqların orta molekulyar kütlələri, sıxlığı, psevdokritik parametrləri, qaynama temperaturu və digər parametrləri öyrənilir.
- 7.7. Yanacaqların termodinamik xassələriMühazirə
Yanaсaqların istilik tutumları, onların temperaturdan asılılığı, daxili enerjinin dəyişməsi, entalpilyası, entropiyası, buxarlanma istiliyi, səs sürəti, səthi gərilmə əmsalı öyrənilir.
- 8.8. Qaz qarışıqlarının termodinamik xassələri Məhlulların termodinamik xassələriMühazirə
Real qaz qarışıqlarının tərkibinin verilmə üsulları, qaz qarışıqları üçün əsas qanunlar, qaz qarışıqları və məhlulların termodinamik parametrləri öyrənilir.
- 9.9. Porşenli daxili yanma mühərrikləri. İstiliyi izoxor proses ilə verilən tsikl. İstiliyi izobar prosesi ilə verilən tsikl. İstiliyi qarışıq proseslərlə verilən tsiklMühazirə
Porşenli daxili yanma mühərrikləri haqqında məlumat verilir, bu mühərriklərin termodinamik tsikllərinin (Otto, Dizel və Trinkler tsiklləri) xarakterik gös¬təriсiləri və diaqramları öyrənilir.
- 10.10. Qaz-turbin qurğularının tsiklləri. İstiliyi izobar prosesi ilə verilən QTQ-nin tsikli. Istiliyi izoxor proses ilə verilən QTQ-nin tsikli. Reaktiv mühərriklərin tsikliMühazirə
Qaz-turbin qurğuları haqqında məlumat verilir, istiliyi izobar prosesi ilə verilən və istiliyi izoxor proses ilə verilən QTQ-nin termodinamik tsikllərinin xarakterik kəmiyyətləri və diaqramları, reaktiv mühərriklərin tsikli öyrənilir.
- 11.11. Birpilləli kompressorun tsikli. Çoxpilləli kompressorun tsikliMühazirə
Kompressorlar haqqında məlumat verilir, birpilləli və çoxpilləli kompers¬-sorların sxemləri, diaqramlar vasitəsilə tsiklləri göstərilir, bu tsikllərin parametrləri öyrənilir.
- 12.12. Hava soyuducu maşınların tsikli. Buxarla işləyən soyuducu maşının tsikliMühazirə
Hava və buxarla işləyən soyuduсu maşınların sxemləri, p-v və T-s diaqramlarında tsiklləri göstərilir, bu tsikllərin parametrləri öyrənilir.
- 13.13. İstilik nasosunun iş prinsipi. Buxar-ejektorlu soyuducu maşının tsikli. Absorbsion soyuducu qurğusunun tsikliMühazirə
İstilik nasosunun iş prinsipi və parametrləri, buxar-ejektorlu soyuducu maşının və absorbsion soyuducu qurğusunun sxemləri, diaqramlar vasitəsilə tsiklləri göstərilir, bu tsikllərin parametrləri öyrənilir.
- 14.14. Su buxarı üçün Karno tsikli. Buxar üçün Renkin tsikliMühazirə
Nəm buxarla işləyən Karno tsiklli sadə istilik-güс qurğusunun sxemi, p-v və T-s diaqramlarında su buxarı üçün Karno tsikli göstərilir, bu tsiklin termiki f.i.ə. təyin olunur, buxar üçün Renkin tsikli ilə işləyən buxar-güс qurğusunun sadə sxemi, p-v, T-s və i-s diaqramlarında tsikli göstərilir, bu tsiklin parametrləri öyrənilir.
- 15.15. Buxarın aralıq qızdırılması ilə alınan tsikl. Regenerativ tsikl. Binar tsikllər. İstiləşdirmə tsiklləriMühazirə
Buxarın aralıq qızdırılması ilə alınan, regenerativ, binar və istiləşdirmə tsiklləri ilə işləyən qurğuların prinsipial sxemləri, T-s diaqramında tsiklləri göstərilir, bu tsikllərin parametrləri öyrənilir.
- 16.1. Su və su buxarının termodinamik xassələrini ifadə edən tənliklərin həlliMəşğələ
Su və su buxarının termodinamik xassələrini (molekulyar kütlələri, sıxlığı, entalpiyası, entropiyası, psevdokritik parametrləri, qaynama temperaturu və digər parametrləri) ifadə edən tənliklər həll olunur.
- 17.2. Yanacaqların əsas xassələri üzrə nəzəri və empirik tənliklərin həlliMəşğələ
Yanaсaqların orta molekulyar kütlələri, sıxlığı, psevdokritik parametrləri, qaynama temperaturu və digər parametrləri üzrə nəzəri və empirik tənliklər həll olunur.
- 18.3. Qaz qarışıqları və məhlulların hal tənliklərinin həlliMəşğələ
Qaz qarışıqları və məhlulların termodinamik parametrləri nəzəri və empirik tənliklər vasitəsilə həll olunur.
- 19.4. İstilik mühərriklərinin tsikllərinin əsas parametrlərinin hesabıMəşğələ
Porşenli daxili yanma mühərrikləri və qaz-turbin qurğularının termodinamik tsikllərinin əsas parametrləri hesablanır.
- 20.5. Kompressor tsikllərinin əsas parametrlərinin hesabıMəşğələ
Birpilləli və çoxpilləli kompers¬-sorların tsikllərinin əsas parametrləri nəzəri tənliklər vasitəsilə həll olunur.
- 21.6. Soyuducu maşın və qurğuların tsikllərinin əsas parametrlərinin hesabıMəşğələ
Soyuduсu maşın və qurğuların tsikllərinin əsas parametrləri nəzəri tənliklər vasitəsilə həll olunur.
- 22.7. Buxar-güc qurğularının tsikllərinin əsas parametrlərinin hesabıMəşğələ
Buxar-güс qurğularının tsikllərinin əsas parametrləri nəzəri tənliklər vasitəsilə həll olunur.
- 23.1. Su və su buxarının parametrləriSərbəst iş
Su və su buxarının termodinamik parametrləri (orta molekulyar kütlələri, sıxlığı, psevdokritik parametrləri, qaynama temperaturu və digər parametrləri) öyrənilir.
- 24.2. Porşenli daxili yanma mühərriklərinin tsiklləriSərbəst iş
Porşenli daxili yanma mühərrikləri haqqında məlumat verilir, bu mühərriklərin termodinamik tsikllərinin (Otto, Dizel və Trinkler tsiklləri) xarakterik gös¬təriсiləri və diaqramları öyrənilir.
- 25.3. Qaz-turbin qurğularının tsiklləriSərbəst iş
Qaz-turbin qurğuları haqqında məlumat verilir, istiliyi izobar prosesi ilə verilən və istiliyi izoxor proses ilə verilən QTQ-nin termodinamik tsikllərinin xarakterik kəmiyyətləri və diaqramları öyrənilir.
- 26.4. Soyuducu maşınların tsiklləriSərbəst iş
Soyuduсu maşınların sxemləri, p-v və T-s diaqramlarında tsiklləri göstərilir, bu tsikllərin parametrləri öyrənilir.
- 27.5. Buxar-güc qurğu-larının tsiklləriSərbəst iş
Buxar-güс qurğularının prinsipial sxemləri, p-v, T-s və i-s diaqramlarında tsiklləri göstərilir, bu tsikllərin parametrləri öyrənilir.
Ədəbiyyat
- 1. Talıbov M.A. Müasir termodinamika. Bakı, “Qanun” nəşriyyatı, 2025. 472 s.(yeni pəncərədə açılır)
- 2. Naziyev Y.M., Naziyev C.Y., Talıbov M.A. Tətbiqi termodinamika. Bakı, Təhsil HPM, 2007. 254 s.(yeni pəncərədə açılır)
- 3. Nazıyev Y.M., Allahverdiyev A.M.-Texniki termodinamika. Bakı. Maarif. 1987. 304 s.(yeni pəncərədə açılır)
- 4. Nazıyev Y.M. “İstilik texnikası”. Bakı. Təhsil. 2003. 310 s.(yeni pəncərədə açılır)
- 5. İnternet saytları.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |