Magistr proqramı

Energetika mühəndisliyiSəriştələr

Magistr7006009EnergetikaEnergetika və Dayanıqlı Enerji Texnologiyaları38 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

63 səriştə

Peşə səriştələri· 49

  • COMPETENCY-28417

    PK-1 (Enerji siyasəti, inteqrasiya və enerji təhlükəsizliyi ixtisaslaşması): peşə fəaliyyəti çərçivəsində təhlükəsizlik mədəniyyətinə yiyələnmək, potensial təhlüke mənbələrini və onların risk səviyyəsini qiymətləndirmək, ekoloji təhlükəsizliyin təmin olunması ve əmək şəraitinin təkmilləşdirilməsi məqsədilə sahə üzrə peşə biliklərini tətbiq etmək

  • COMPETENCY-87890

    PK-2 (Enerji siyasəti, inteqrasiya və enerji təhlükəsizliyi ixtisaslaşması): IKT imkanlarından və ümumi təyinatlı proqram təminatından effektiv istifadə etmək, enerji sistemlərinin strukturu və işləmə prinsipləri dərindən başa düşmək, enerji istehsalı, ötürülməsi və paylanması sahəsində müxtəlif sistemlərin iş prinsiplərini tətbiq etmək

  • COMPETENCY-92139

    PK-3 (Enerji siyasəti, inteqrasiya və enerji təhlükəsizliyi ixtisaslaşması):enerji mənbələrinin seçilməsi və təchizat şəbəkələrini effektiv idarə etmək, bərpa olunan və bərpa olunmayan enerji mənbələrinin seçilməsi və şəbəkə təchizatının optimallaşdırılması, enerji siyasətinin formalaşdırılması və icrasına dair fundamental biliklərə malik olmaq, milli və beynəlxalq enerji strategiyalarını müəyyən etmək və strategiyalar vermək

  • COMPETENCY-36989

    PK-4 (Enerji siyasəti, inteqrasiya və enerji təhlükəsizliyi ixtisaslaşması):enerji siyasətində iqlim dəyişiklikləri, enerji keçidi və dekarbonizasiya meyillərini müəyyən etmək, enerji təhlükəsizliyi strategiyasını və onun komponentlərini (təchizat, infrastruktur, siyasi sabitlik və s.) analiz etmək, enerji daşıyıcılarının qiymət dalğalanmaları ve geosiyasi riskləri qiymətləndirmək, fövqəladə enerji təchizatının dayanıqlılığını təmin etmək

  • COMPETENCY-85770

    PK-5 (Enerji siyasəti, inteqrasiya və enerji təhlükəsizliyi ixtisaslaşması):enerji qiymətləri, subsidiyalar, tarif siyasəti və enerji investisiyalarını iqtisadi istifadə etmək, enerji layihələrinin təsərrüfatlaşdırılması və iqtisadi inkişafını təhlil etmək

  • COMPETENCY-39136

    PK-6 (Enerji siyasəti, inteqrasiya və enerji təhlükəsizliyi ixtisaslaşması): modelləşdirmə və enerji siyasətləri üzrə proqnozlar vermək, elmi və analitik hesabatlar ve müstəqil elmi tədqiqatlara sahib olmaq

  • COMPETENCY-21115

    PK-7 (Enerji siyasəti, inteqrasiya və enerji təhlükəsizliyi ixtisaslaşması): komandada işləmək, layihələrə qoşulmaq, peşəkar və etik münasibəti, müstəqil bilik və səriştəni davamlı olaraq təkmilləşdirmək ehtiyacını dərk etmək

  • COMPETENCY-48273

    PK-1 (Elektrik stansiyaları ixtisaslaşması): elektrik stansiyalarının texnoloji sxemlərini oxumaq, stansiyaların enerji istehsalında istifadə olunan avadanlıqlarının və texnoloji proseslərin sxematik göstəricilərini oxuyub təhlil etmək

  • COMPETENCY-20771

    PK-2 (Elektrik stansiyaları ixtisaslaşması): istilik enerjisinin elektrik enerjisinə çevrilməsi proseslərini analiz etmək, istilik elektrik stansiyalarında yanacağın yanması, buxara çevrilməsi və turbinlərin hərəkətə gətirilməsi kimi mərhələləri, enerji istehsalında istifadə olunan əsas və köməkçi avadanlıqların iş prinsiplərini, qazanlar, turbinlər, generatorlar, kondensatorlar və digər stansiya avadanlıqlarının strukturunu və iş mexanizmlərini təhlil etmək

  • COMPETENCY-69073

    PK-3 (Elektrik stansiyaları ixtisaslaşması): elektrik stansiyalarında avtomatlaşdırma və SCADA sistemləri üzrə bacarıqlara yiyələnmək, elektrik stansiyalarının enerji sisteminə qoşulma şərtlərini və rejimlərini təhlil etmək, enerji istehsalının minimum itki ilə həyata keçirilməsi, yanacaq sərfiyyatının optimallaşdırılması ve iqtisadi göstəricilərin hesablanmasını aparmaq

  • COMPETENCY-83797

    PK-4 (Elektrik stansiyaları ixtisaslaşması): elektrik stansiyalarında güc yüklərinin düzgün planlaşdırılması və balanslaşdırılması üçün riyazi modellərdən istifadə etmək, ətraf mühitə təsirin azaldılması məqsədilə enerji istehsalında ekoloji və fərqli tip stansiyaların istismar xüsusiyyətlərini müqayisəli şəkildə analiz etmək

  • COMPETENCY-65088

    PK-5 (Elektrik stansiyaları ixtisaslaşması): istilik, hidro, AES və digər stansiyaların texnoloji, maliyyə və ekoloji göstəricilərinə əsasən müqayisə aparmaq, qəza hallarının yaranma səbəblərini təhlil etmək, monitorinq və texniki xidmət işlərini idarə etmək

  • COMPETENCY-42244

    PK-6 (Elektrik stansiyaları ixtisaslaşması): bərpa olunan enerji mənbələri ilə hibrid stansiya modellərini işləyib hazırlamaq, yeni nəsil enerji istehsalı texnologiyalarını izləmək, pilot layihələr hazırlamaq və müasir yanaşmaları tətbiq etmək

  • COMPETENCY-15423

    PK-7 (Elektrik stansiyaları ixtisaslaşması): generator va transformatorların iş prinsipini tətbiq etmək, yeni stansiyalar layihələndirmək, stansiya fəaliyyəti ilə bağlı texniki məlumatları effektiv şəkildə təqdim etmək, texniki hesabatları hazırlamaq və stansiya göstəricilərinin izahlı sənədlərlə düzgün ifadə etmək

  • COMPETENCY-37127

    PK-1 (Elektrik enerjisi saxlama sistemləri ixtisaslaşması): peşə fəaliyyəti çərçivəsində təhlükəsizlik mədəniyyətinə yiyələnmək, potensial təhlükə mənbələrini və onların risk səviyyəsini qiymətləndirmək, ekoloji təhlükəsizliyin və əmək şəraitinin təkmilləşdirilməsi məqsədilə sahə üzrə peşə biliklərini tətbiq etmək

  • COMPETENCY-29277

    PK-2 (Elektrik enerjisi saxlama sistemləri ixtisaslaşması): Innovativ texnologiyaların imkanlarından və ümumi təyinatlı proqram təminatından effektiv istifadə etmək

  • COMPETENCY-13576

    PK-3 (Elektrik enerjisi saxlama sistemləri ixtisaslaşması): müxtəlif enerji saxlama texnologiyalarını (litium-ion, nikel-metal hidrid, qurğuşun-turşu, axın batareyaları, superkondensatorlar, hidroakkumulyasiya sistemləri və s.) analiz etmək, enerji saxlama sistemlərinin iş prinsiplərini və fiziki-texniki xüsusiyyətlərini dərindən təhlil etmək

  • COMPETENCY-31271

    PK-4 (Elektrik enerjisi saxlama sistemləri ixtisaslaşması): elektrik enerjisi saxlama sistemlərinin dizaynı və optimallaşdırılması üçün mühəndislik yanaşmalarını tətbiq etmək, enerji saxlama sistemlərinin simulyasiyası və modelləşdirilməsi üçün zəruri proqramlardan istifadə etmək (MATLAB/Simulink, PSCAD, PSS/E, HOMER və s.), enerji saxlama sistemlərinin enerji şəbəkələri ilə bağlı əməliyyat sistemini əlaqələndirmək

  • COMPETENCY-35937

    PK-5 (Elektrik enerjisi saxlama sistemləri ixtisaslaşması): enerji saxlama sistemlərinin elektrik ötürmə və paylayıcı şəbəkələrində istifadəsinin təsirlərini təhlil etmək, şəbəkənin dayanıqlığını artırmaq üçün enerji saxlama sistemlərindən balanslaşdırma, sürətləndirmə və ehtiyat güc istifadə etmək, nəzarət, monitorinq və diaqnostika sistemlərinin dizayn və tətbiqi, real vaxt rejimində enerji axınlarını və potensialını idarə etmək

  • COMPETENCY-57559

    PK-6 (Elektrik enerjisi saxlama sistemləri ixtisaslaşması): enerji saxlama sistemlərinin istismarı zamanı idarəetmə qaydalarını və potensial riskləri təyin etmək, batareya partlaması, qızma, material sızma kimi fövqəladə halların qarşısını almaq üçün qabaqlayıcı üsullardan istifadə etmək, enerji saxlama sistemlərinin ekoloji izini və karbon emissiyasına təsirini qiymətləndirmək, tullantı batareyaların təkrar emalı və dövriyyədən alınması üçün ekoloji nəticəyə uyğun strategiyalar yaratmaq

  • COMPETENCY-43905

    PK-7 (Elektrik enerjisi saxlama sistemləri ixtisaslaşması): yaşıl enerji və davamlı enerji keçidi prinsiplərinə uyğun texniki həllər təklif etmək, enerji saxlanmasının texniki-iqtisadi əsaslandırmasını təhlil etmək

  • COMPETENCY-88276

    PK-1 (Elektroenergetika ixtisaslaşması): enerji mənbələrini seçmək və təchizat şəbəkələrini effektiv idarə etmək, bərpa olunan və bərpa olunmayan enerji mənbələrini seçmək və şəbəkə təchizatını optimallaşdıra bilmək

  • COMPETENCY-38006

    PK-2 (Elektroenergetika ixtisaslaşması): şəbəkələrin etibarlı ve stabil işləməsini təmin edən optimallaşdırma metodları, şəbəkə stabilitesinin qorunması və enerjinin səmərəli şəkildə paylanması üçün texniki və idarəetmə yanaşmalarını tətbiq etmək

  • COMPETENCY-57063

    PK-3 (Elektroenergetika ixtisaslaşması): elektroenergetika sistemlərini və onların alt komponentlərini layihələndirmək, yüksək və aşağı gərginlikli elektrik avadanlıqlarının işləmə prinsiplərini və təhlükəsizlik standartlarını təhlil etmək

  • COMPETENCY-51184

    PK-4 (Elektroenergetika ixtisaslaşması): avtomatlaşdırılmış idarəetmə sistemlərini təkmilləşdirmək, elektroenergetika şəbəkələrində enerji səmərəliliyini artırmaq və itkiləri azaltmaq, ekoloji təhlükəsizlik və ətraf mühitin qorunması və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyaları tətbiq etmək

  • COMPETENCY-90212

    PK-5 (Elektroenergetika ixtisaslaşması): bərpa olunan enerji mənbələrinin (BOEM) günəş, külək və s. elektrik şəbəkələrinə inteqrasiya ve idarə etmək, enerji bazarlarını analiz və qiymətini tənzimləmək, enerji istehsalının və paylanmasının, elektroenergetika sistemlərinin rəqəmsal modelləşdirilməsi və simulyasiya vasitələrinin istifadəsini tətbiq etmək

  • COMPETENCY-54832

    PK-6 (Elektroenergetika ixtisaslaşması): ağıllı şəbəkə (Smart Grid) texnologiyalarını qurmaq və bu texnologiyaların şəbəkə optimallaşdırılması üçün tətbiq etmək, elektroenergetika sistemlərinin idarə edilməsi üçün müxtəlif proqram təminatlarını istifadə etmək

  • COMPETENCY-76952

    PK-7 (Elektroenergetika ixtisaslaşması): elektroenergetika sahəsində layihələri idarə etmək, planlaşdırmaq və komandaları effektiv şəkildə yönləndirmək, peşəkar mühitdə texniki məlumatların, nəticələrin və layihələrin müzakirəsi və təqdimatı üçün effektiv təhlil aparmaq

  • COMPETENCY-48398

    PK-1 (Davamlı elektroenergetika sistemləri ixtisaslaşması): peşə fəaliyyəti çərçivəsində təhlükəsizlik mədəniyyətinə yiyələnmək, potensial təhlükə mənbələrini və onların risk səviyyəsini qiymətləndirmək, ekoloji təhlükəsizliyi təmin etmək və əmək şəraitinin təkmilləşdirilməsi məqsədilə sahə üzrə peşə biliklərini tətbiq etmək

  • COMPETENCY-89146

    PK-2 (Davamlı elektroenergetika sistemləri ixtisaslaşması): Ümumi təyinatlı proqram təminatından effektiv istifadə etmək, enerji sistemlərinin strukturu və işləmə prinsiplərinin dərindən başa düşmək, təchizat şəbəkələrinin effektiv idarə etmək, bərpa olunan və bərpa olunmayan enerji mənbələrini seçmək və şəbəkə təchizatını optimallaşdırmağı bacarmaq

  • COMPETENCY-26156

    PK-3 (Davamlı elektroenergetika sistemləri ixtisaslaşması): müasir elektroenergetika sistemlərinin texniki və funksional əsaslarını dərindən anlamaq, enerji istehsalı, ötürülməsi, ödənilməsi və saxlanması texnologiyalarını təhlil etmək, davamlı ve dayanıqlı enerji sistemlərinin quruluşu və optimallaşdırılmasını analiz etmək

  • COMPETENCY-36998

    PK-4 (Davamlı elektroenergetika sistemləri ixtisaslaşması): günəş, külək, hidro və biokütlə kimi yenilənə bilən enerji resurslarının iş prinsipləri və enerji sistemlərinə inteqrasiyası, bərpa olunan sistemlərin dayanıqlılığını qiymətləndirmək və təkmilləşdirmək, iqlim dəyişikliklərinin energetika sistemlərinə təsirini dəyişməyi təhlil etmək

  • COMPETENCY-53553

    PK-5 (Davamlı elektroenergetika sistemləri ixtisaslaşması): elektroenergetika sistemlərinin enerji ehtiyatlarını qiymətləndirmək, enerji istehlakının idarə edilmə strategiyalarını istifadə və tətbiq etmək

  • COMPETENCY-77322

    PK-6 (Davamlı elektroenergetika sistemləri ixtisaslaşması): simulyasiya, modelləşdirme ve optimallaşdırılma üsullarından istifadə etmək, elmi tədqiqat təcrübələrini aparmaq, yeni texnologiyaların hazırlanması və tətbiqi, enerji layihələrinin texniki-iqtisadi əsaslandırılmasını bacarmaq

  • COMPETENCY-10101

    PK-7 (Davamlı elektroenergetika sistemləri ixtisaslaşması): layihələri idarə etmək və riskləri qiymətləndirmək, peşəkar və etik münasibəti, komandada işləmək, multidissiplinar yanaşmanı, bilik və səriştəni davamlı olaraq təkmilləşdirmək

  • COMPETENCY-76491

    PK-1 (Bərpa olunan enerji mənbələri ixtisaslaşması): peşə fəaliyyətində qarşıya çıxan məsələlərin həllində ixtisas fənlərinin nəzəri əsaslarını və müvafiq metodları tətbiq etmək, peşə fəaliyyəti çərçivəsində təhlükəsizlik mədəniyyətinə yiyələnmək, potensial təhlükə mənbələrini və onların risk səviyyəsini qiymətləndirmək, ekoloji təhlükəsizliyi və əmək şəraitinin təkmilləşdirilməsi məqsədilə sahə üzrə peşə biliklərini tətbiq etmək

  • COMPETENCY-97162

    PK-2 (Bərpa olunan enerji mənbələri ixtisaslaşması): İKT və innovativ texnologiyaların ümumi təyinatlı proqram təminatından effektiv istifadə etmək

  • COMPETENCY-90398

    PK-3 (Bərpa olunan enerji mənbələri ixtisaslaşması): alternativ enerji sahəsində texniki səriştəyə sahib olmaq və texniki cəhətdən ətraf mühitə uyğun mühəndislik həllərinin icrasını təmin etmək, praktiki problemləri həll etmək üçün müstəqil tədqiqat və təkmilləşdirmə işləri aparmaq, alternativ energetik qurğularının effektivliyini araşdırmaq və təkmilləşdirmək, riyazi modelləşdirmə üsullarından istifadə etmək

  • COMPETENCY-31322

    PK-4 (Bərpa olunan enerji mənbələri ixtisaslaşması): alternativ energetik qurğularının işinin analizini aparmaq, etibarlılığı, iqtisadi və ekoloji göstəriciləri təyin və təhlil etmək, elmi-tədqiqat və elmi axtarışları aparmaq, elmi axtarışların və tədqiqin nəticələrini araşdırmaq və elmi cəhətdən əsaslandıraraq təqdim etmək

  • COMPETENCY-46558

    PK-5 (Bərpa olunan enerji mənbələri ixtisaslaşması): alternativ energetik qurğularının ayrı-ayrı avadanlıqlarının və texnoloji proseslərinin işinin etibarlılığını, iqtisadi və ekoloji göstəriciləri təyin etmək və bu sahədə sınaqlarını aparmaq, alternativ energetik qurğularında hava və su hövzələrinə zərərli təsir edən amillərə, onların təsirini azaltmaq və aradan qaldırmaq, tədbir və texnoloji prosesləri inkişaf etdirmək

  • COMPETENCY-81271

    PK-6 (Bərpa olunan enerji mənbələri ixtisaslaşması): bio, külək, günəş və hibrid sistemlər və s. kimi alternativ enerji sistemlərin səmərəliliyini qiymətləndirmək və optimallaşdırmaq üçün mövcud modelləşdirmə, təhlil və sistem simulyasiyası sahəsində proqram tətbiq etmək, enerji və ətraf mühit sahəsində sənayeyə inteqrasiya olunmuş davamlı inkişaf, enerjiyə qənaət, modelləşdirmə və səmərəliliyin təhlilini etmək

  • COMPETENCY-36842

    PK-7 (Bərpa olunan enerji mənbələri ixtisaslaşması): elmi və texniki bacarıqları inkişaf etdirməklə cəmiyyətə davamlı və sərfəli innovativ həllər təqdim etmək, peşəkar və etik münasibəti, komandada işləmək, multidissiplinar yanaşmanı, bilik və səriştəni davamlı olaraq təkmilləşdirmək

  • COMPETENCY-62052

    PK-1 (İstilik energetikası qurğuları ixtisaslaşması): peşə fəaliyyəti dairəsində peşə təhlükəsizliyi mədəniyyətinə, təhlükə mənbəyini və təhlükə dərəcəsini qiymətləndirmək, peşə fəaliyyəti dairəsində ekoloji təhlükəsizliyi və əmək şəraitinin yaxşılaşdırılması üçün peşə biliklərini tətbiq etmək

  • COMPETENCY-95818

    PK-2 (İstilik energetikası qurğuları ixtisaslaşması): IKT-nin imkanlarından və ümumi təyinatlı proqram təminatından istifadə etmək

  • COMPETENCY-59661

    PK-3 (İstilik energetikası qurğuları ixtisaslaşması): istilik texnikasının nəzəri əsasları sahəsində dərin biliyə əsaslanan istilik energetik qurğularının effektivliyini araşdırmaq və təkmilləşdirmək, riyazi modelləşdirmə üsullarından istifadə etmək, istilik energetik qurğularının işinin analizini aparmaq, etibarlılığı, iqtisadi və ekoloji göstəriciləri təyin və təhlil etmək

  • COMPETENCY-25719

    PK-4 (İstilik energetikası qurğuları ixtisaslaşması): elmi-tədqiqat və elmi axtarışları aparmaq, elmi axtarışların və tədqiqin nəticələrini araşdıraraq və elmi cəhətdən əsaslandıraraq təqdim etmək, istilik energetikasının müasir vəziyyəti və problemlərinə bələd olmaqla, onların əsasında texnoloji prosesləri təkmilləşdirmək və inkişaf etdirmək, istilik energetik qurğularının ayrı-ayrı avadanlıqlarının və texnoloji proseslərinin işinin etibarlılığını, iqtisadi və ekoloji göstəriciləri təyin etmək

  • COMPETENCY-13500

    PK-5 (İstilik energetikası qurğuları ixtisaslaşması): istilik energetik qurğularında hava və su hövzələrinə zərərli təsir edən amillərə bələd olmaq, onların təsirini azaltmaq və aradan qaldırmaq, tədbir və texnoloji prosesləri inkişaf etdirmək, iqtisadi, sosial və ekoloji proseslərin təşkilində istilik energetikasının müasir elmi-texniki nailiyyətlərdən istifadə etmək, istilik energetikası sahəsində bilikləri təqdim etmək və onları iş şəraitinə adaptasiya etmək

  • COMPETENCY-75723

    PK-6 (İstilik energetikası qurğuları ixtisaslaşması): aktual elmi-texniki məlumatları əldə etmək, real prosesləri və istilik energetik qurğu və aparatlarının öyrənilməsində elmi, təşkilati və tətbiqi məsələlərinin həllində istilik proseslərinin, termodinamika qanunlarından və riyazi üsullarından istifadə etmek, texnoloji prosesi təkmilləşdirmək, istilik energetik qurğuların və texnoloji göstəricilərin artırılması məqsədilə sahə üzrə fundamental biliklərdən istifadə etmək

  • COMPETENCY-70792

    PK-7 (İstilik energetikası qurğuları ixtisaslaşması): istilik energetik qurğuların və texnoloji prosesin işinin şəraiti və göstəriciləri barədə informasiyanı yığaraq müasir üsullarla emal edərək təhlil etmək, enerji sektorunda texnoloji proseslərin və avadanlıqların, o cümlədən istilik enerjisinin istehsalı, nəqli və istifadəsi sistemlərinin texniki parametrlərinə və xassələrinə nəzarət və idarəetmənin texniki vasitələrini istismar etmək

İxtisas səriştələri· 14

  • COMPETENCY-84423

    ÜK-1: peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri müstəqil şəkildə həll edə bilmək

  • COMPETENCY-52352

    ÜK-2: müvafiq fəaliyyət və metodları təklif etmək, planlaşdırmaq, onların cari və perspektiv nəticələrini təhlil etmək

  • COMPETENCY-88946

    ÜK-3: fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin səbəblərini araşdırmaq, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilmək

  • COMPETENCY-31289

    ÜK-4: fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçmək və onlardan istifadə edə bilmək, həmçinin gözlənilən nəticələri müəyyənləşdirmək, dəyərləndirmək və qiymətləndirmək

  • COMPETENCY-25075

    ÜK-5: fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı öz fəaliyyətini tənqidi şəkildə dəyərləndirmək

  • COMPETENCY-78175

    ÜK-6: fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim etmək, əsaslandırmaq, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak etmək

  • COMPETENCY-55183

    ÜK-7: müxtəlif üsullarla öz bilik və səriştələrini başqalarına ötürə bilmək

  • COMPETENCY-80607

    ÜK-8: istənilən şəraitdə etik davranış qaydalarına uyğun şəkildə fəaliyyət göstərmək, şəxsi davranışlarının etik aspekt va imkanlarını, məhdudiyyətlərini və sosial rolunu anlamaq

  • COMPETENCY-95570

    ÜK-9: davamlı öyrənmə və peşəkar inkişafla bağlı özünün və digərlərinin ehtiyaclarını qiymətləndirə bilmək, həmçinin müstəqil öyrənmə üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilmək

  • COMPETENCY-84923

    ÜK-10: enerji istehsalı mənbələri və sistemlərinin energetik qurğularının spesifik xüsusiyyətlərini nəzərə almaqla planlaşdırma, təşkil etmə və idarə etmək

  • COMPETENCY-33287

    ÜK-11: enerji istehsalı və istehlakı sistemlərinin energetik qurğularının enerji daşıyıcılarının (su, buxar, qaz, maye yanacaqlar) təhlükəsiz və effektiv daşınmasını təmin edən normativ hüquqi sənədləri, texniki standartları və beynəlxalq tələbləri tətbiq edə bilmək

  • COMPETENCY-97809

    ÜK-12: enerji istehsalı prosesində energetik qurğularda baş verə biləcək fövqəladə hallarda (imtina, sızma, yanğın, partlayış və s.) qəzaları aradan qaldırmaq və böhran vəziyyətlərini idarə etmək

  • COMPETENCY-67942

    ÜK-13: enerji istehsalında energetik qurğuların layihələndirilməsinin müasir üsullarının tətbiqi, layihə sənədlərini hazırlamaq

  • COMPETENCY-98745

    ÜK-14: energetik qurğularda texniki-iqtisadi əsaslandırmanın aparılması, enerji obyektlərinin tikintisi və modernləşdirilməsinə dair qərarların qəbul edilməsi, enerji resurslarından istifadənin səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq