Fənn · Elektrik və elektronika mühəndisliyi.

Enerji sistemlərində operativ-dispetçer idarəetməsiSillabus

MS-03186 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0318
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Auditoriyadankənar saatlar
a) 135 saat - sərbəst iş

Fənn haqqında

Fənn enerji sistemlərinin quruluşunu, operativ-dispetçer idarəetməsinin əsaslarını və inkişaf mərhələlərini, aktiv güc balansı və tezliyin, gərginliyin tənzimlənməsini, qəza rejimlərinin xüsusiyyətlərini və qarşısının alınmasını öyrədir. SCADA/EMS avtomatik dispetçer idarəetmə sistemləri, reaktiv gücün kompensasiyası, yük qrafiklərinin təhlili, enerji sistemlərinin paralel işi, FACTS qurğuları və bərpa olunan enerji mənbələrinin idarə olunması nəzərdən keçirilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • laboratoriya işi
  • problemə əsaslanan təlim
  • layihəyə əsaslanan təlim
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Enerji sistemlərinin quruluşunu və xüsusiyyətlərini izah edir, onların əsas xüsusiyyətlərini təhlil edir.

  2. CLO 2: Enerji sisteminin idarə olunması məsələlərini və müasir element bazasını izah edir.

  3. CLO 3: Rejimlərin müxtəlif yollarla tənzimlənməsini izah və təhlil edir.

  4. CLO 4: Avtomatik dispetçer idarəetmə sistemlərini təsvir edir, onların dispetçer idarəetməsində rolunu təhlil edir.

  5. CLO 5: Enerji sistemlərində əməliyyatların sənədləşdirilməsi və təhlükəsizlik qaydalarını izah edir, tətbiq sahələrini qiymətləndirir.

  6. CLO 6: Enerji sistemlərinin paralel iş rejimlərini izah edir, onların enerji sisteminin etibarlı işinə təsirini təhlil edir.

Mövzu planı

Mövzu planı hələ dərc edilməyib.

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6