Ümumi məlumat
- Fənn kodu
- MS-0316
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 135 saat - sərbəst iş
Fənn haqqında
Fənn elektrik təchizatı sistemlərinin iş rejimlərini, elektrik sxemlərini, qidalanma mənbələrini, stansiya və yarımstansiya qurğularını, elektrik enerjisi istehlakçılarını və onların təchizat rejimlərini öyrədir. Elektrik yüklərinin hesablanması, reaktiv gücün kompensasiyası, güc transformatorlarının seçilməsi, yük qrafiklərinin statistik təhlili, istehlakçıların enerji sisteminə qoşulma şərtləri, müxtəlif rejimlərdə enerji itkiləri və sənaye müəssisələrinin enerji balansı nəzərdən keçirilir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- problemə əsaslanan təlim
- layihəyə əsaslanan təlim
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Elektrik təchizatı sistemlərinin iş rejimlərini, elektrik sxemlərini və onların inkişaf istiqamətlərini izah edir.
CLO 2: Elektrik qidalanma mənbələrinin, stansiya və yarımstansiya qurğularının nominal parametrlərini və istehlakçıların təchizat rejimlərini təhlil edir.
CLO 3: Elektrik təchizatı sisteminin müxtəlif pillələrində hesabi yükləri təyin edir, reaktiv gücün kompensasiyası vasitələrini seçir.
CLO 4: Güc transformatorlarını və cərəyankeçirən hissələri müxtəlif rejimlər üçün seçir, onların iş rejimlərini optimallaşdırır.
CLO 5: Elektrik yükləri qrafiklərini statistik üsullarla təhlil edir, yüklərin şərti mərkəzini və istehlakçıların enerji sisteminə qoşulma şərtlərini müəyyən edir.
CLO 6: Müxtəlif rejimlərdə enerji itkilərini hesablayır, sənaye müəssisəsinin enerji balansını tərtib edir və enerjiyə qənaət tədbirləri təklif edir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-10 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-10 |
| İmtahan | İmtahan şifahi keçirilir. | 50 bal | FTN 1-10 |






