Ümumi məlumat
- Fənn kodu
- MS-0315
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 135 saat - sərbəst iş
Fənn haqqında
Fənn ağıllı enerji sistemlərinin strukturunu və rəqəmsal transformasiyasını, enerji sisteminin rəqəmsal modelinin (rəqəmsal əkizinin) qurulmasını, SCADA/EMS, PMU/WAMS və GIS sistemlərinin iş prinsiplərini öyrədir. DIgSILENT PowerFactory, ETAP və PLEXOS proqram kompleksləri ilə yük axını, qısaqapanma, N-1 təhlükəsizlik, dinamik və keçid proseslərinin analizi, bərpa olunan enerji mənbələrinin və BESS-in inteqrasiyasının modelləşdirilməsi, tezlik və inersiyanın tənzimlənməsi üzrə praktiki bacarıqlar formalaşdırılır.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- problemə əsaslanan təlim
- layihəyə əsaslanan təlim
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Ağıllı enerji sistemlərinin strukturunu, onun əsas komponentlərini və şəbəkənin rəqəmsal transformasiyası prinsiplərini izah etməyi bacarır.
CLO 2: Enerji sisteminin rəqəmsal modelini (rəqəmsal əkizini) qurmağı, onun şəbəkə parametrlərini xüsusi proqram təminatlarında əks etdirməyi və müxtəlif iş rejimlərini simulyasiya etməyi mənimsəyir.
CLO 3: SCADA və EMS proqram komplekslərinin iş prinsiplərini mənimsəyərək, real vaxt rejimində enerji sisteminin monitorinqini, məsafədən idarə olunmasını və operativ rejim təhlillərini həyata keçirməyi öyrənir.
CLO 4: PMU (Phasor Measurement Unit) və sinxrofazor texnologiyasının iş prinsiplərini anlayaraq, WAMS (Wide Area Measurement System) vasitəsilə genişmiqyaslı enerji sistemlərində real vaxt rejimində dinamik proseslərin monitorinqini və təhlilini aparmağı bacarır.
CLO 5: Coğrafi İnformasiya Sistemlərinin (GIS) iş prinsiplərini tətbiq edərək, elektrik şəbəkəsinin məkan modelini (coğrafi topologiyasını) qurmağı və aktivlərin xəritə üzərində vizuallaşdırılması ilə idarə olunmasını həyata keçirməyi bacarır.
CLO 6: DIgSILENT PowerFactory, ETAP və PLEXOS proqram komplekslərindən istifadə edərək enerji sistemlərinin stasionar və dinamik rejimlərinin hesablanmasını, qısaqapanma təhlillərini və uzunmüddətli sistem optimallaşdırılmasını həyata keçirməyi mənimsəyir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-6 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |






