Ümumi məlumat
- Fənn kodu
- MS-0311
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 135 saat - sərbəst iş
Fənn haqqında
Fənn plazma, elektron-şüa və lazer texnologiyalarının fiziki əsaslarını, bu qurğuların quruluşunu, iş prinsiplərini, iş rejimlərini və sənayedə, xüsusilə material emalı və qaynaq texnologiyalarında tətbiqini öyrədir. Plazmatronların növləri, plazma, elektron-şüa və lazer qaynağının avadanlığı və texnologiyası, qoruyucu qaz mühiti, bu üsulların müqayisəsi, həmçinin əməyin mühafizəsi və təhlükəsizlik məsələləri nəzərdən keçirilir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- laboratoriya işi
- problemə əsaslanan təlim
- keys təhlili
- layihəyə əsaslanan təlim
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Plazmanın əsas parametrlərini (temperatur, sıxlıq, ionlaşma dərəcəsi, Debay radiusu) və qaz boşalmasının rejimlərini izah edir.
CLO 2: Elektron topunun quruluşunu, elektron şüasının formalaşması və fokuslanması prinsiplərini izah edir.
CLO 3: Vakuum sistemlərinin komponentlərini və vakuumun ölçülməsi üsullarını təsvir edir.
CLO 4: Lazerin iş prinsipini (inversiya, rezonator, generasiya həddi) və lazer növlərini izah edir, plazma, elektron-şüa və lazer emalı texnologiyalarını müqayisə edir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-4 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-4 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-4 |






