Ümumi məlumat
- Fənn kodu
- MS-0309
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 135 saat - sərbəst iş
Fənn haqqında
Fənn klassik yarımstansiyalardan rəqəmsal yarımstansiyalara keçidin elmi-texniki əsaslarını əhatə edir: səviyyəli arxitektura, Merging Unit və siqnalların diskretləşdirilməsi, proses şini və fiber-optik rabitə, IEC 61850 standartı, GOOSE və SMV paketləri, IED-lər, IEEE 1588/PTP zaman sinxronizasiyası, Ethernet kommutatorları və VLAN, PRP/HSR rezervasiyası, SCADA və MMS, IEC 62351 kibertəhlükəsizliyi, SCL konfiqurasiya dili, enerji keyfiyyəti monitorinqi, sınaq və istismara vermə metodları.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- problemə əsaslanan təlim
- keys təhlili
- layihəyə əsaslanan təlim
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Rəqəmsal yarımstansiyanın arxitekturasını (proses, bay və stansiya səviyyələri) və IEC 61850 standartının obyektyönümlü məlumat modelini izah edir.
CLO 2: Merging Unit-də siqnalların diskretləşdirilməsini, SMV və GOOSE paketlərinin strukturunu və ötürülmə rejimlərini təhlil edir; paketləri bayt səviyyəsində oxuyur.
CLO 3: Proses şini və stansiya şəbəkəsini (fiber-optik xətlər, Ethernet kommutatorları, VLAN, PTP sinxronizasiyası, PRP/HSR rezervasiyası) layihələndirir.
CLO 4: IED, SCADA/MMS və SCL konfiqurasiya fayllarını (SCD, CID) tətbiq edir; IEC 62351 əsasında kibertəhlükəsizlik tədbirlərini qiymətləndirir.
CLO 5: Simulyasiya və test alətləri ilə rəqəmsal yarımstansiya funksiyalarını sınaqdan keçirir, enerji keyfiyyəti məlumatlarını təhlil edir və nəticələri təqdimat şəklində müdafiə edir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-5 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-5 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |






