Ümumi məlumat
- Fənn kodu
- MS-0307
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 135 saat - sərbəst iş
Fənn haqqında
Fənn elektrik təchizatı şəbəkə və sistemlərində istifadə olunan rele mühafizəsinin qurulma prinsiplərini, mühafizəyə qoyulan tələbləri, ölçü transformatorlarını və mühafizə üsullarını, mikroprosessorlu rele mühafizəsi qurğularının ümumiləşdirilmiş strukturunu, rəqəmli qurğuların interfeyslərini və analoq-rəqəm çevrilməsini öyrədir. Avtomatik təkrar qoşulma (ATQ), rezervin avtomatik qoşulması (RAQ), tezliyin, reaktiv gücün və transformator gərginliyinin avtomatik tənzimlənməsi sxemləri nəzərdən keçirilir.
Tədris metodları
- mühazirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Elektrik şəbəkə və sistemlərinin mikroprosessorlu rele mühafizəsi barədə ümumi məlumatları mənimsəməlidir.
CLO 2: Rele mühafizəsinin rəqəmli qurğularının aparat hissəsinin əsas elementlərini bilməlidir.
CLO 3: Ölçmə transformatorlarının növləri və birləşmə sxemlərini bilməlidir.
CLO 4: Mikroprosessorlu rele mühafizə sistemlərinin qurulması məsələlərini bilməlidir.
CLO 5: Güc transformatorlarında tətbiq olunan mühafizə növlərini bilməlidir.
CLO 6: Əks-qəza avtomatikası məsələlərini ayırd edə bilməlidir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-6 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |






