Fənn · Elektrik və elektronika mühəndisliyi.

Sənaye əşyalarının interneti

MS-03036 kreditPayız semestriMəcburi2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Akademik il

2026-2027

Fənnin təsviri

Fənn Sənaye Əşyalarının İnternetinin (İİoT) sensordan buluda qədər tam zəncirini əhatə edir: Sənaye 4.0, sensorlar və aktuatorlar, siqnalın hazırlanması və verilənlərin toplanması, quraşdırılmış sistemlər və mikrokontrollerlər, naqilli və simsiz sənaye rabitə protokolları, PLC və SCADA inteqrasiyası, MQTT/CoAP/OPC UA, periferiya (edge) hesablamaları, bulud platformaları, verilənlərin təhlili və vizuallaşdırılması, proqnozlaşdırıcı texniki xidmət və İİoT təhlükəsizliyi. Fənn komanda layihəsinin (capstone) təqdimatı ilə başa çatır.

Fənn təlim nəticələri

  1. CLO 1: Sənaye 4.0 və İİoT anlayışlarını, İİoT sisteminin çoxsəviyyəli arxitekturasını və referans modellərini izah edir.

  2. CLO 2: Sensor, aktuator, siqnalın hazırlanması və DAQ zəncirini, mikrokontroller əsaslı İİoT qurğusunu layihələndirir və ölçmə parametrlərini hesablayır.

  3. CLO 3: Naqilli və simsiz sənaye rabitə protokollarını, sənaye Ethernet-ini, PLC/SCADA inteqrasiyasını və tətbiq səviyyəsi protokollarını (MQTT, CoAP, OPC UA) müqayisə edir və tətbiq üçün seçir.

  4. CLO 4: Periferiya (edge) qurğuları, şlüzlər, bulud platformaları və zaman sıraları bazaları ilə verilənlərin toplanması, saxlanması, təhlili və vizuallaşdırılması zəncirini qurur.

  5. CLO 5: Proqnozlaşdırıcı texniki xidmət üçün maşın öyrənməsinin əsaslarını tətbiq edir, İİoT təhlükəsizlik risklərini (IEC 62443) qiymətləndirir və komanda layihəsini təqdim edib müdafiə edir.