Ümumi məlumat
- Fənn kodu
- MS-8001
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- Mühazirə:30 Seminar:15
- Auditoriyadan kənar saatlar
- TSİ:81 MRTSİ:54
Fənn haqqında
“Standartlaşma, texniki tənzimləmə və uyğunluq qiymətləndirilməsi” fənni magistratura səviyyəsində 7006004.8 – “Keyfiyyətə nəzarət və diaqnostika sistemləri (sahələr üzrə)” ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün tədris planının tələblərinə uyğun olaraq hazırlanmışdır. Fənnin əsas hədəfi magistrantlara cihaz mühəndisliyində keyfiyyətə nəzarət və diaqnostika proseslərini beynəlxalq və milli standartlarla əlaqələndirmək barədə fundamental nəzəri bilik və praktiki bacarıqlar qazandırmaqdır. Kursun proqramı standartlaşmanın mahiyyətini, ISO, IEC, CEN kimi beynəlxalq təşkilatların fəaliyyətini, milli AZS sistemini və texniki normativ hüquqi aktların tətbiq mexanizmlərini ətraflı şəkildə əhatə edir. Tədris müddətində tələbələr məhsul və xidmətlərin uyğunluq qiymətləndirilməsi metodları, sertifikatlaşdırma orqanları, akkreditasiya sistemləri və texniki tənzimləmədə risklərin idarə olunması mövzularını dərindən mənimsəyirlər. Fənn həmçinin magistrantlara İLAC və IAF kimi beynəlxalq qarşılıqlı tanınma mexanizmlərini öyrətməklə, onlara məhsul və texnologiyaların standartlara uyğunluğunu təmin etmək və sertifikatlaşdırma proseslərini peşəkar səviyyədə planlaşdırmaq vərdişləri aşılayır.
Tədris metodları
- mühazirə
- seminar
- problem-based learning
- təqdimatlar
- komanda işi
- interaktiv müzakirə
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1 (Standartlaşdırmanın əsasları və normativ baza): Standartlaşdırmanın nəzəri-metodoloji əsaslarını, milli və beynəlxalq standartların (ISO, IEC, CEN/CENELEC və s.) strukturunu mənimsəyir, normativ sənədlərin hazırlanması, ekspertizası və tətbiqi qaydalarını praktiki olaraq həyata keçirir.
CLO 2: FTN 2 (Texniki tənzimləmə və qanunvericilik): Texniki reqlamentlərin strukturu, məqsədləri və hazırlanma prinsiplərini təhlil edir; texniki tənzimləmə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq məhsul və xidmətlərin təhlükəsizlik parametrini qiymətləndirməyi bacarır.
CLO 3: FTN 3 (Uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma): Məhsul, proses və idarəetmə sistemlərinin sertifikatlaşdırılması, bəyan edilməsi (declaration) və akkreditasiyası prosedurlarını təşkil edir, uyğunluğun qiymətləndirilməsi sxemlərini doğru seçib tətbiq edir.
CLO 4: FTN 4 (Keyfiyyətə nəzarət və audit): Beynəlxalq keyfiyyət idarəetmə sistemləri (ISO 9001, ISO/IEC 17025 və s.) çərçivəsində daxili və xarici audit proseslərini planlaşdırır, akkredit olunmuş sınaq laboratoriyalarının fəaliyyət qaydalarına uyğun keyfiyyətə nəzarət mexanizmlərini işləyib hazırlayır.
CLO 5: FTN 5 (Təhlükəsizlik, risklər və ekspertiza): Məhsul və xidmətlərin həyat dövrü boyu risklərin analizi metodlarını tətbiq edir, uyğunsuzluqların səbəblərini müəyyənləşdirir və bazar nəzarəti mexanizmlərinə uyğun ekspertiza rəyi hazırlayır.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- 1. İSO/İEC 17000:2020-Conformity assesment
- 2. Azərbaycan Respublikasının “Texniki tənzimləmə haqqında”
- 3. Azərbaycan Respublikasının “Uyğunluğun qiymətləndirlməsi haqqında” Qanunu
- 4. TOSTR 1.0-2012-Standartlaşma sistemi
- 5. Байков В.Н. “Стандаризасия,метролопия и потверждение соответствия” 2021
- 6. D. “İSO900” Qualty Systems Hondbock” 2007
- 7. Şıxsevdiyev A.Ş.Rəhimov C.R. “Texniki tənzimləmənin əsasları” (dərs vəsaiti). “Vektor” Nəşrlər evi Bakı, 2023.320s.
- 8. Məhsulların (işlərin xidmətlərinin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1993- cü il 343 saylı qərarı– Bakı: biznesmenin bülleteni, 1998, № 43
- 9. “Standartlaşma haqqında” Azərbaycan Respublikasının 17 may 2019-cu il tarixli 1587-ci nömrəli Qanunu.
- 10. Məmmədov N.R. Sertifikatlaşdırmanın əsasları: Dərs vəsaiti,- Bakı:Elm,2001-312s
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |