Ümumi məlumat
- Fənn kodu
- MİFS-4306
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2027-2028
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- Mühazirə:30 Seminar:15
- Auditoriyadan kənar saatlar
- TSİ:81 MRTSİ:54
Fənn haqqında
“Diaqnostik üsul və vasitələr” fənni 060647─“Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası üzrə magistratura pilləsində təhsil alan tələbələrə tədris olunan mühüm bir sahədir. Sənaye təhlükəsizliyinin idarə olunmasında əsas elementlərdən sayılan bu fənn potensial təhlükəli istehsal obyektlərinin texniki vəziyyətinin qiymətləndirilməsi və gələcək fəaliyyətinin proqnozlaşdırılması yollarını öyrədir. Kursun başlıca məqsədi magistrantlara texniki diaqnostikanın strukturu, nasazlıqların axtarılması və diaqnostik informasiyanın növləri barədə dərindən məlumat verməklə onlarda sistemlərin iş qabiliyyətini müəyyənləşdirmək vərdişləri yaratmaqdır. Tədris müddətində tələbələrə diaqnostik vasitələrin sinifləndirilməsi, imtinaların təsnifatı, proses parametrlərinin ölçülməsi və obyektlərin dağıtmadan nəzarət növləri üzrə lazımi biliklər aşılanır. Proqram çərçivəsində texniki diaqnostikanın əsas istiqamətləri ilə yanaşı, ultrasəs nəzarət aparatları, metodları, texnologiyaları, eləcə də bu sahənin standartlaşdırılması və metroloji təminatı məsələləri geniş şəkildə əhatə olunur.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1 (Fiziki prinsiplər və diaqnostika metodları): Avadanlıq və sistemlərin texniki vəziyyətini təyin etmək üçün istifadə olunan fiziki üsulları (vibrasiya, akustik emission, termoqrafiya, ultrasəs, maqnit, tribologiya və s.) təhlil edir və tətbiq sahələrini müəyyənləşdirir.
CLO 2: FTN 2 (Diaqnostik parametr və kriterilər): Cihaz və sistemlərin nasazlıq əlamətlərini, informativ diaqnostik parametrlərini seçir, buraxıla bilən həd hədlərini (limit diapazonlarını) və norma göstəricilərini riyazi və normativ sənədlər əsasında müəyyənləşdirir.
CLO 3: FTN 3 (Siqnalların emalı və nasazlıqların təyini): Diaqnostika vasitələrindən (sensorlar, analizatorlar) alınan fiziki siqnalların zaman və spektral analizini aparır, küyləri təmizləyir və nasazlığın növünü, yerini və ağırlıq dərəcəsini lokalizasiya edir.
CLO 4: FTN 4 (Texniki vəziyyətin proqnozlaşdırılması): Eksperimental verilənlər və monitorinq sistemlərinin nəticələri əsasında avadanlıqların qalıq resursunu (RUL — Remaining Useful Life) hesablayır, aşınma və sıradan çıxma dinamikasını proqnozlaşdırır.
CLO 5: FTN 5 (Avtomatlaşdırılmış diaqnostika və sistem inteqrasiyası): Müasir avtomatlaşdırılmış monitorinq, ağıllı sensorlar və ekspress-diaqnostika komplekslərini idarə edir, texniki xidmət üzrə qərarların qəbulu alqoritmlərini tərtib edir.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- 1. Биргер И.А.Техническая диагностика. М., Машиностроение, 1978, 239с.
- 2. ОстапьевВ.А. Диагностика процесса металлообработки. М., Наука, 1991, I.
- 3. Эфендиев Э.М. Контроль, испытания, диагностика в машиностроении. Баку: Чашыоглу, 2002. 164с.
- 4. Mirzəyev O.H. Neft-qaz mədən avadanlıqlarının texniki diaqnostikasının əsasları. Bakı, 2012, 154s
- 5. Смирнов В. И. Методы и средства функциональной диагностики и контроля технологических процессов на основе электромагнитных датчиков / Ульяновский государственный технический университет. -Ульяновск: УлГТУ, 2001,-190 с.
- 6. Неразрущающий контрол и диагностика: справочник. Под ред. В.В. Клюева.- 3-е. изд.,перераб. И допол.- Москва: Машиностроение, 2005.- 656 с.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |