Fənn haqqında
Kredit
8
İş yükü
240saat
Semestr
Payız
Akademik il
2026-2027
Fənnin təsviri
Fənnin məqsədi magistratura səviyyəsində təhsil alan tələbələrə səhiyyə təşkilatlarının idarə olunmasının əsas prinsipləri və strategiyaları üzrə sistemli bilik vermək, onların səmərəli, keyfiyyətli və pasiyent yönümlü səhiyyə xidmətlərinin təşkili üçün idarəetmə bacarıqlarını inkişaf etdirməkdir. Fənn səhiyyə sistemləri və maraqlı tərəflər, idarəetmə funksiyaları, strateji planlaşdırma, təşkilati strukturlar, komanda və insan resurslarının idarə edilməsi, liderlik və motivasiya, təşkilati mədəniyyət və etika, fəaliyyətin qiymətləndirilməsi və keyfiyyətin yaxşılaşdırılması, qərarvermə, dəyişikliklərin idarə olunması, həmçinin süni intellekt, teletibb və böyük verilənlər kimi müasir tendensiyaları əhatə edir
Fənn təlim nəticələri
Fənn təlim nəticələri hələ dərc edilməyib.






