Ümumi məlumat
- Fənn kodu
- MM-2101
- Kredit
- 6
- Tələbənin iş yükü
- 80
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- 30 saat - mühazirə
- Auditoriyadan kənar saatlar
- a) 80 saat – sərbəst iş b) 40 saat- layihə işi və ya məsləhət saatı
Fənn haqqında
Fənnin tədrisində məqsəd tələbələrə müasir şəraitdə rəqəmsal iqtisadiyyatın fəaliyyət mexanizmini dərk etməyə və anlamağa yardım etmək, nəzəri bilikləri və praktiki alətləri birləşdirməklə tələbələrdə rəqəmsal iqtisadiyyatı təhlil etmək və onun inkişafına töhvə vermək bacarıqlarını formalaşdırmaqdır. Fənnin tədrisi qarşısında duran vəzifələr aşağıdakılardır: • Rəqamsal iqtisadiyyat, onun üstünlükləri və xüsusiyyətləri barədə tələbələrdə tam təsəvvür formalaşdırmaq; • Rəqəmsal iqtisadiyyatda istehsal və dəyər modellərini və onların xüsusiyyətlərini tələbələrə təqdim etmək; • Şəbəkə təsirləri və rəqəmsal iqtisadiyyatın inkişafında şəbəkə təsirlərinin rolunu tələbələrə aşılamaq; • Rəqəmsal bazarlar, onların təsnifatı və fəaliyyət xüsusiyyətləri haqqında zəruri elmi bilikləri tələbələrə aşılamaq; • Rəqəmsal iqtisadiyyatın ölçülməsi və rəqəmsal iqtisadiyyatın təhlili sahəsində tələbələrə zəruri bacarıq və qabiliyyətlərin aşılanması; • Ölkədə rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafında dövlətin rolunun artırılması istiqamətlərini tələbələrə aşılamaq; • Tədris prosesində kursun mövzuları üzrə praktik keyslər, çalışma və məsələlər tətbiq etməklə tələbələrdə təhlil, qiymətləndirmə və tədqiqat aparmaq bacarıqlarını aşılamaq; • Təlim prosesində tələbələrdə sərbəst fikir yürütmə, müzakirə etmə və komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- case study
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Fənnin Təlim Nəticələri: Tələbələr fənni bitirdikdə aşağıdakı təlim nəticələrinə yiyələnəcək: (Blum taksonomiyası feilləri əsasında ölçüləbilən meyarlar) FTN1: Rəqəmsal iqtisadiyyatın əsas anlayışlarını, prinsiplərini və komponentlərini müəyyən edir və sadalayır. FTN2: Rəqəmsal iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan fərqlərini izah edir. FTN3: Rəqəmsal iqtisadiyyatın göstəricilərini təhlil etmək üçün statistik və rəqəmsal məlumatlardan istifadə edir. FTN4: Rəqəmsal iqtisadiyyatın inkişafına təsir edən texnoloji, iqtisadi və institusional amilləri təhlil edir FTN5: Rəqəmsal iqtisadiyyatın üstünlüklərini və risklərini qiymətləndirir. FTN6: Müəyyən iqtisadi problem üçün rəqəmsal biznes modeli hazırlayır.
Mövzu planı
- 1.Rəqəmsal iqtisadiyyatın nəzəri və struktur əsaslarıMühazirə
Sənaye çevrilişləri və rəqəmsallaşmanın tarixi inkişafı; rəqəmsal iqtisadiyyat anlayışı və əsas xüsusiyyətləri; informasiya iqtisadiyyatından rəqəmsal iqtisadiyyata keçid; platforma iqtisadiyyatı və şəbəkə effekti; rəqəmsal transformasiya və biznes modellərinin yenilənməsi; rəqəmsal bazarların ümumi quruluşu; informasiya və rəqəmsal resursların iqtisadi dəyər kimi formalaşması.
- 2.Rəqəmsal iqtisadiyyatın əsasları I: Rəqəmsal mallar və xidmətlərMühazirə
Rəqəmsal mal və xidmət anlayışı, onların əsas xüsusiyyətləri və təsnifatı; rəqəmsal iqtisadiyyatda marjinal xərc və transaksiya xərclərinin xüsusiyyətləri; rəqəmsal biznes modellərində istifadəçi başına orta gəlir (ARPU) göstəricisi; rəqəmsal xidmətlərin ictimai mal xüsusiyyətləri; Rəqəmsal məhsulların paketləşdirilməsi (Bundling) və əmtəələşdirilməsi (Digital commodification)
- 3.Rəqəmsal iqtisadiyyatın əsasları II: Rəqəmsal iqtisadiyyatda istehsal modelləriMühazirə
Rəqəmsal məhsul və xidmətlərin istehsal formaları; daxili istehsal modeli (In-house production); ortaq əsaslı birgə istehsal modeli (Commons-based peer production – CBPP); kraudsorsinq (Crowdsourcing) mexanizmi; açıq mənbə proqram təminatı (Open source) modeli və onun iqtisadi xüsusiyyətləri.Alqoritmik koordinasiya (Algorithmic coordination)
- 4.Rəqəmsal iqtisadiyyatda dəyər modelləri IIIMühazirə
Platforma əsaslı dəyər yaradılması (Platform-Based Value Creation);Çoxtərəfli bazarlar (Multi-Sided Platforms – MSP);Şəbəkə effekti (Network Effects);Məlumat əsaslı dəyər yaradılması (Data-Driven Value Creation);Rəqəmsal monetizasiya mexanizmləri (Digital Monetization Mechanisms);Rəqəmsal ekosistemlər (Digital Ecosystems)
- 5.Rəqəmsal bazarlarda şəbəkə təsirləri və bazar dinamikasıMühazirə
Müsbət və mənfi şəbəkə təsirləri; eyni tərəfli və çarpaz təsirlər; yoldan asılılıq (Path Dependence); bazar konsentrasiyası və struktur dəyişikliklər
- 6.Rəqəmsal bazarlarda istehlakçı asılılığı mexanizmləri və bazar gücünün formalaşmasıMühazirə
Kilidlənmə (Lock-in) və keçid xərcləri (Switching Costs); Kilidləmə mexanizmləri; Kilidlənmənin bazar tənzimlənməsi; Rəqəmsal iqtisadiyyatda inhisarların formalaşması; Birləşmələr və satınalmalar; Standartlar; Uzun quyruq (The Long Tail).
- 7.Rəqəmsal iqtisadiyyatın ölçülməsi və göstəriciləriMühazirə
ÜDM, rəqəmsal iqtisadiyyatın ölçülməsi və inkişaf indikatorları, G20 göstəriciləri, ölçmə vasitələri və analitik yanaşmalar (descriptive/predictive/prescriptive)
- 8.Big Data və Data əsaslı QərarverməMühazirə
Big Data-nın 5V xüsusiyyətlər;Data toplama və emal sistemlər;Data monetizasiyası;Descriptive analytics,proqnozlaşdırma modelləri(Predictive analytics)optimal qərar modelləri(Prescriptive analytics);Data vizuallaşdırma və qərar dəstəyi sistemləri;Maliyye analitikasinda Big data tətbiqləri,Kredit skorinq və risk modelləri
- 9.Süni İntellekt və Maliyyə Analitikası, Rəqəmsal Risklər və KibertəhlükəsizlikMühazirə
AI və Machine Learning əsasları, nəzarətli və nəzarətsiz modellər, alqoritmik ticarət, kredit skorinq və risk modelləri, fraud detection sistemləri, robo-advisory platformalar, model riski və alqoritmik səhvlər, texnoloji risk və sistemli risk, kibertəhlükəsizlik və kiberhücumlar, RegTech və SupTech.
- 10.Maliyyə Texnologiyaları (FinTech) və Rəqəmsal MaliyyəMühazirə
FinTech anlayışı və iqtisadi mahiyyəti, FinTech ekosistemi və əsas iştirakçılar, rəqəmsal bankçılıq və neobank modelləri, açıq bankçılıq (Open Banking) və API iqtisadiyyatı, elektron ödəniş sistemləri və rəqəmsal pul alətləri, Mərkəzi Bankın rəqəmsal valyutası (CBDC), maliyyə innovasiyaları və rəqəmsal maliyyə infrastrukturu.
- 11.Blokçeyn Texnologiyası və Mərkəzsiz SistemlərMühazirə
Blokçeynin iqtisadi məntiqi, paylanmış reyestr texnologiyası (DLT), konsensus mexanizmləri (PoW, PoS və s.), smart kontraktlar, token iqtisadiyyatı, mərkəzsiz maliyyə (DeFi), DAO modelləri, blokçeynin real sektor tətbiqləri.
- 12.Rəqəmsal Aktivlər, Data və Qiymətləndirmə ModelləriMühazirə
Kriptoaktivlərin iqtisadi mahiyyəti və rəqəmsal aktiv anlayışı, tokenomics və təşviq mexanizmləri, blokçeyn əsaslı data strukturları və şəffaflıq, on-chain data analizi və bazar göstəriciləri, kriptoaktivlərin qiymətləndirilməsi modelləri, volatillik və davranış faktorları, alqoritmik ticarət və data əsaslı qiymət proqnozları, ESG və enerji istehlakı məsələləri.
- 13.Rəqəmsal bazarların təkamülü və S əyriləriMühazirə
Bazarlarda S əyrisi, empirik sübutlar, rəqabət, əməkdaşlıq və kooperasiya, elektron bankçılığın rolu.
- 14.Dövlət Siyasəti və Rəqəmsal İqtisadiyyatın TənzimlənməsiMühazirə
Rəqəmsal vergitutma və data siyasəti, platforma bazarlarında antiinhisar mexanizmləri, kibertəhlükəsizlik və rəqəmsal aktivlərin tənzimlənməsi, milli və beynəlxalq rəqəmsal inkişaf strategiyaları.
- 15.Azərbaycan nümunəsində Rəqəmsal İqtisadiyyatın İnkişafında Dövlətin RoluMühazirə
Rəqəmsal iqtisadiyyatın inkişafında Elektron hökumətin rolu; Elektron Hökumət Portalı və ona daxil olan xidmətlər; Elektron Hökumət Sistemində elektron əməliyyatların təsdiq olunması vasitələri; Rəqəmsal iqtisadiyyatın hüquqi bazası; Təsərrüfat subyektlərinin elektron qeydiyyatı; Rəqəmsal iqtisadiyyatın inkişafına yönəlik dövlət dəstəyinin əsas istiqamətləri.
Ədəbiyyat
- 21. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin saytı: www.mincom.gov.az 22. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytı: www.stat.gov.az 23. Azərbaycan Respublikasının qanunvericilik sənədləri üzrə elektron resurs: http://e-qanun.az/
- Ədəbiyyat siyahısı və elektron resurslar: 1. Harald Overby, Jan A. Audestad Introduction to Digital Economics. Foundations, Business Models and Case Studies Second Edition. 2021. 2. Harald Overby, Jan A. Audestad. Digital Economics “How Information and Communication Technology is Shaping Markets, Businesses, and Innovation”. 2018. 3. Rumana Bukth & Richard Heeks. Global Development Instıtutes Working Paper Series, Defining, Conceptualising and Measuring the Digital Economy, 2017. 4. Avi Goldfarb-Catherine Tucker, 2017, NBER, Working Papers, Digital Economics. 5. G20 Argentina, DETF, Toolkit For Measuring The Digital Economy, 2018. 6. V. Qasimli, M. Talibova, G. Quliyeva, A. Museyibov, F. Mirzəyev, A. Qədəşov, G. Əhmədova. “Rəqəmsal iqtisadiyyat”. Bakı, “Azprint” nəşriyyatı, 2023, 262 s. 7. Strategiya. Harvard Business Reviw: oxunmalı “10-luq”. İngilis dilindən tərcümə. 2021. 8. K.E.Keys, R.C.Feyr və Ş.M.Oster. Mikroiqtisadiyyatın əsasları. XII nəşr. Pearson nəşriyyatı, 2017. İngilis dilindən tərcümə, Bakı 2018. 9. Qreqori N. Mənkyu. Ekonomiksin əsasları. 3-cü nəşr. Harvard Universiteti. İngilis dilindən tərcümə. Bakı, 2008. 10. Dijital dönüşüm. Harvard Business Reviw,den en etkili yönetim fikirleri. İstanbul, 2022. 11. Gonca Atıcı. Dijital ekonomi, blokzinciri ve finansal sistem. 2020. 12. Serkan Dilek. Oyun Teorisi Eşliğinde Sanayi Ekonomisine Giriş. T.C. Kastamonu Universitesi. Ankara, 2017. 13. Charles B. Stabell and Oystein D. Fjeldstad. Configuring Value for Competitive Advantage: On Chains, Shops, and Networks. Strategic Management Journal, Vol. 19, No. 5 (May, 1998), pp. 413-437. http://www.jstor.org/stable/3094221. 14. Sanchez-Cartas, J. M., & Leon, G. Multi-sided platforms and markets: A literature review. Universidad Politecnica. 2018. 15. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 03 aprel 1998-ci il. 16. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu, 9 mart 2004-cü il. 17. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu, 10 may 2005-ci il. 18. “Kibercinayətkarlıq haqqında” Konvensiyanın Təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu, 30 sentyabr 2009-cu il. 19. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya. 2 aprel 2014-cü il. 20. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı. 20 sentyabr 2016–cı il.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |