Fənn · İqtisadiyyat-magistratura

Korporativ maliyyə

MBA-K056 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

90saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Korporativ maliyyə” fənnin əsas hədəfi magistratura səviyyəsində təhsil alan tələbələrə şirkətlərin investisiya, maliyyələşdirmə və dividend qərarlarının qəbul edilməsi, kapitalın dəyərinin müəyyənləşdirilməsi, risk və gəlirin qiymətləndirilməsi, kapital strukturu və dəyərin maksimallaşdırılması prinsipləri haqqında fundamental biliklər qazandırmaq, onları nəzəri və praktiki maliyyə məsələlərini analitik yanaşma ilə həll etməyə hazırlamaqdır. III. Fənnin təlim nəticələri Qoyulan hədəfə nail olmaq üçün tələbənin öyrənməli olduqları və əldə edəcəyi bacarıqlara dair aşağıdakı məqsədlər müəyyən edilmişdir: 1. Bilik : Tələbə korporativ maliyyənin əsas anlayışlarını, dəyərin müəyyən olunması, investisiya və maliyyələşmə qərarlarının təməl prinsiplərini, risk-gəlir əlaqəsini və müxtəlif maliyyə alətlərini yadda saxlayacaq və təkrarlayacaq; 2. Anlama :Tələbə öyrəndiyi maliyyə konsepsiyalarını şərh edəcək, məsələn xalis cari dəyər (NPV), kapital strukturu və dividend siyasəti kimi anlayışların şirkətlərin dəyərinə necə təsir etdiyini izah edə biləcək.; 3. Tətbiq : Tələbə real və praktik maliyyə problemlərini həll etmək üçün dəyərin qiymətləndirilməsi, cari dəyər hesablamaları, risk-gəlir analizi, investisiya layihələrinin, xalis cari dəyər hesablanması kimi metodları tətbiq edəcək 4. Təhlil : Tələbə müxtəlif maliyyə qərarlarının üstünlüklərini müqayisə edəcək (məs., borc almaq vs səhmdar kapitalı), risk faktorlarını ayırd edəcək və investisiya layihələrinin maliyyə nəticələrini təhlil edəcək 5. Qiymətləndirmə : Tələbə müxtəlif maliyyə strategiyalarını, şirkətin kapital strukturunun effektivliyini, risk idarəetmə yanaşmalarını və investisiya seçimlərini meyarlara əsasən qiymətləndirəcək və əsaslandırılmış qərarlar verəcək. 6. Yaradıcı yanaşma : Tələbə fərqli maliyyə modellərini və alətləri (məs., real opsiyalar, gəlir məhsulları) adaptasiya edərək yeni investisiya strategiyaları və risk idarəetmə üsulları təklif edəcək

Fənn təlim nəticələri

  1. CLO 1: III. Fənnin təlim nəticələri Qoyulan hədəfə nail olmaq üçün tələbənin öyrənməli olduqları və əldə edəcəyi bacarıqlara dair aşağıdakı məqsədlər müəyyən edilmişdir: 1. Bilik : Tələbə korporativ maliyyənin əsas anlayışlarını, dəyərin müəyyən olunması, investisiya və maliyyələşmə qərarlarının təməl prinsiplərini, risk-gəlir əlaqəsini və müxtəlif maliyyə alətlərini yadda saxlayacaq və təkrarlayacaq; 2. Anlama :Tələbə öyrəndiyi maliyyə konsepsiyalarını şərh edəcək, məsələn xalis cari dəyər (NPV), kapital strukturu və dividend siyasəti kimi anlayışların şirkətlərin dəyərinə necə təsir etdiyini izah edə biləcək.; 3. Tətbiq : Tələbə real və praktik maliyyə problemlərini həll etmək üçün dəyərin qiymətləndirilməsi, cari dəyər hesablamaları, risk-gəlir analizi, investisiya layihələrinin, xalis cari dəyər hesablanması kimi metodları tətbiq edəcək 4. Təhlil : Tələbə müxtəlif maliyyə qərarlarının üstünlüklərini müqayisə edəcək (məs., borc almaq vs səhmdar kapitalı), risk faktorlarını ayırd edəcək və investisiya layihələrinin maliyyə nəticələrini təhlil edəcək 5. Qiymətləndirmə : Tələbə müxtəlif maliyyə strategiyalarını, şirkətin kapital strukturunun effektivliyini, risk idarəetmə yanaşmalarını və investisiya seçimlərini meyarlara əsasən qiymətləndirəcək və əsaslandırılmış qərarlar verəcək. 6. Yaradıcı yanaşma : Tələbə fərqli maliyyə modellərini və alətləri (məs., real opsiyalar, gəlir məhsulları) adaptasiya edərək yeni investisiya strategiyaları və risk idarəetmə üsulları təklif edəcək