Fənn · İqtisadiyyat-magistratura

Mikroiqtisadiyyat

MİFÜ-42906 kreditPayız semestriMəcburi2025/2026

Fənn haqqında

Kredit

6

İş yükü

89saat

Semestr

Payız

Tədris ili

2025/2026

Fənnin təsviri

“Mikroiqtisadiyyat” fənninin tədrisinə 90 saat həcmində auditoriya saatları nəzərdə tutulmuşdur. Onlardan 45 saat mühazirə dərslərinə, 45 saat praktiki məşğələ dərslərinə ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 210 saat təşkil edir. Bura Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi, mühazirələrə, seminarlara, laboratoriya dərslərinə, kollokviumlara hazırlıq daxildir. Tələbələrə 1-dən 5-ə qədər sərbəst tapşırıq verilir və ya 2-5 tələbəyə qrup şəklində 1 sərbəst tapşırıq verilir. Sərbəst işlərin hər biri 1-10 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Zəruri hallarda tələbələrə daha həcmli və elmi tutumlu 1 sərbəst tapşırıq verilə bilər. Bu zaman həmin sərbəst tapşırıq 10 ballıq şkalada qiymətləndirilir. Semestrin sonunda tələbənin fənn üzrə davamiyyəti 10, praktiki məşğələ və kollokviumlar 30, sərbəst tapşırıqlar 10 balla qiymətləndirilir. Fənn üzrə qalan 50 bal imtahanda müəyyən edilir. Tədris yükünün 1-ci semestrində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Təhsil proqramında fənn üçün 10 kredit nəzərdə tutulmuşdur.

Fənn təlim nəticələri

  1. CLO 1: “Mikroiqtisadiyyat” fənni qoyulan hədəfinə nail olmaq üçün “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı (çərçivə sənədi)” ilə müəyyən olunmuş aşağıdakı nəticələrə (FTN) nail olunmalıdır: FTN 1. Ev təsərrüfatının və firmalar tərəfindən iqtisadi qərarların necə verildiyini təhlil edir; FTN 2. İqtisadi subyektlər tərəfindən verilən qərarların məhsulların miqdarlarına və qiymətinə, istehsal amillərinə və resurların bölüşdürülməsinə necə təsir etməsini analiz edir; FTN 3. İstehlakçı davranışlarının fəaliyyətini öyrənir; FTN 4. Bazarin rəqabətlilyi baxımından əsas növləri olan: Təkmil rəqabətli bazar, inhisarçı rəqabətli bazar oliqapolik bazar, inhisar bazarların fəaliyyətini dərindən anlayır; FTN 5. İctimai nemətlərin iqtisadi mahiyəti və onların ümumi rifaha təsirini anlayır və izah edir; FTN 6. Bazar iqtisadi ehtiyatların səmərəli bölgüsünü təmin edə bilmədikdə, bazarın iflası zamanı iqtisadiyyata dövlətin müdaxiləsinin zəruriliyini və bazar fəaliyyətinin yaxşılaşdırımasına yönəldilmiş hökümətin siyasi tədbirlərini təhlil edir və əsaslandırır. Qoyulan hədəfə - yuxarıda qeyd edilən təlim nəticələrinə nail olmaq üçün tələbənin öyrənməli olduqları və əldə edəcəyi bacarıqlara dair aşağıdakı məqsədlər müəyyən edilmişdir: 1. Bilik (Knowledge):  Ev təsərrüfatı və firma qərarlarının əsaslarını tanıyır. (FTN 1)  Tələb, təklif, qiymət, istehsal, istehlakçı nəzəriyyəsi və üstüntutmalar anlayışlarını, bazar növlərinin əsas xüsusiyyətlərin, ictimai nemətlər, rifah anlayışlarını və bazarın iflası anlayışlarını dərindən bilir. (FTN 2, FTN 3) 2. Anlama (Comprehension):  Qərarvermə mexanizmini i və istehlakçıların davranışlarını izah edir. (FTN 1, FTN 3)  .Mikroiqtisadiyyatın əsas anlayışları arasında əlaqəni dərindən anlayır. (FTN 1)  İqtisadiyyata dövlətin müdaxiləsinin səbəblərini güclü arqumentlər gətirərək izah edir. (FTN 6) 3. Tətbiq (Application):  İqtisadi subyektlər tərəfindən qərar verməyə dair real nümunələr tətbiq edir və modelləşdirir. (FTN 1, FTN 2)  Müxtəlif bazar strukturlarında tarazlığın formalaşmasına dair modellər qurur. (FTN 5)  Bazarın iflas etdiyi situasiyalarda dövlət tənzimləməsinin istiqamətlərini müəyyən edir. (FTN 6) 4. Təhlil (Analysis):  İqtisadi subyektlərin qərar vermə prosesinin motivləri və nəticələrini təhlil edir (FTN 1)  Bazarda qismən və ümumi tarazlıq vəziyyətlərini təhlil edir. (FTN 2, FTN 3)  Bazarın iflasının təzahürlərini təhlil edir. (FTN 4, FTN 6) 5. Qiymətləndirmə (Evaluation):  Ev təsərrüfatları, firmaların qırar vermə proseslərini qiymətləndirir. (FTN 1, FTN 2)  Bazarın iflas etdiyi hallarda dövlət müdaxiləsinin səmərələliyini qiymətləndirir. (FTN 4, FTN 5, FTN 6) 6. Yaradıcı yanaşma (Creation):  Alternativ iqtisadi siyasət alətləri və modelləri təklif edir. (FTN 6)