Ümumi məlumat
- Fənn kodu
- MS-2134
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mühazirə
- Auditoriyadan kənar saatlar
- a) 150 saat fərdi iş
Fənn haqqında
Bu fənn tələbələrə rəqəmsal texnologiyaların iqtisadi proseslərə, biznes modellərinə və bazar strukturuna təsirini təhlil etmək üçün zəruri olan konseptual əsasları və praktiki bilikləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində rəqəmsal transformasiya, platforma iqtisadiyyatı, data əsaslı dəyər zənciri, rəqəmsal aktivlər və rəqəmsal bazarların fəaliyyət prinsipləri tədris olunur. Tələbələr böyük data (Big Data), süni intellekt, blokçeyn və əşyaların interneti (IoT) kimi innovasiyaların iqtisadi artıma, məhsuldarlığa və məşğulluğa təsirini, həmçinin rəqəmsal ekosistemlərdə rəqabət strategiyaları və dövlət tənzimləmələrini mənimsəyəcəklər. Fənn tələbələrdə dinamik rəqəmsal mühitdə yarana biləcək iqtisadi imkanları və riskləri qiymətləndirmək üçün analitik təfəkkür formalaşdırır.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- problem-based learning
- case study
- təqdimatlar
- komanda işi
- layihə əsaslı öyrənmə
Fənn təlim nəticələri (CLO)
CLO 1: Rəqəmsal transformasiya, platforma iqtisadiyyatı və şəbəkə effektlərinin (network effects) müasir bazar strukturlarına təsirini təhlil edir.
CLO 2: Rəqəmsal biznes modellərini (Freemium, Subscription, Marketplace, SaaS) müqayisə edərək dəyər zəncirinin necə formalaşdığını qiymətləndirir.
CLO 3: Əşyaların interneti (IoT), bulud texnologiyaları və avtomatlaşdırmanın istehsalat və xidmət sektorundakı məhsuldarlığa təsirini analiz edir.
CLO 4: Rəqəmsal bazarlarda məlumatların məfiliyi, data mülkiyyəti, kibertəhlükəsizlik və rəqəmsal etika məsələlərini tənzimləmə çərçivəsində dəyərləndirir.
CLO 5: Ənənəvi müəssisələrin rəqəmsal ekosistemlərə inteqrasiyası və rəqəmsal rəqabət üstünlüyünün qazanılması üçün strateji yol xəritəsi tərtib edir.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |