Fənn · Biznesin idarə edilməsi

Risk menecmentiSillabus

MS-21196 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-2119
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə təşkilatların strateji, maliyyə, əməliyyat və rəqəmsal fəaliyyətlərində qarşılaşdıqları qeyri-müəyyənlikləri idarə etmək, potensial təhdidləri öncədən müəyyənləşdirmək və riskləri imkanlara çevirmək üçün zəruri olan konseptual çərçivəni və praktiki alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində risklərin identifikasiyası, keyfiyyət və kəmiyyət analizi (SWOT, Scenario Analysis, Monte Karlo simulyasiyası), risklərin qiymətləndirilməsi və beynəlxalq risk menecmenti standartları (ISO 31000, COSO ERM) tədris olunur. Tələbələr risklərə cavab strategiyalarının (yayınma, azaldma, ötürmə, qəbul etmə) seçilməsi, korporativ risk matrislərinin qurulması, böhranların idarə olunması və biznesin davamlılığının təmin edilməsi (Business Continuity) mexanizmlərini mənimsəyəcəklər. Fənn real biznes kazusları vasitəsilə tələbələrdə dinamik bazar şəraitində risk yönümlü qərarqəbuletmə və təşkilati dayanlıqlığı yüksəltmək bacarıqlarını formalaşdırır.

Tədris metodları

  • interaktiv müzakirə
  • mühazirə
  • problem-based learning
  • layihə əsaslı öyrənmə
  • case study
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Müəssisə səviyyəsində risklərin idarə edilməsi (ERM) çərçivələrini (COSO, ISO 31000) tətbiq edərək daxili və xarici risk faktorlarını eyniləşdirir.

  2. CLO 2: Strateji, əməliyyat, maliyyə və nüfuz risklərini kəmiyyət və keyfiyyət metodları (risk matrisi, VaR, Monte Karlo simulyasiyası) ilə qiymətləndirir.

  3. CLO 3: Risklərin qarşısının alınması, yumşaldılması, ötürülməsi (sığorta, hecinq) və ya qəbul edilməsi üzrə cavab strategiyalarını tərtib edir.

  4. CLO 4: Böhran və fövqəladə hallar üçün Biznesin Davamlılığı Planını (Business Continuity Plan - BCP) və Risklərin Monitorinqi sistemini layihələndirir.

  5. CLO 5: Təşkilatda risk mədəniyyətini formalaşdırmaq və korporativ idarəetmə standartlarına uyğunluğu temin etmək üçün riski nəzərə alan qərarqəbuletmə mexanizmlərini tətbiq edir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5