Fənn · Biznesin idarə edilməsi
Bank sektorunda biznes analitikası
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənn tələbələrə bank və maliyyə institutlarında böyük həcmli məlumatların emalı, analitik modellərin tətbiqi və data əsaslı strateji idarəetmə qərarlarının qəbul edilməsi bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində bank əməliyyatlarının analitikası, kredit skorinqi modelləri, müştəri seqmentasiyası, portfel analizi və bank məhsullarının mənfəətliliyinin təhlili prinsipləri tədris olunur. Tələbələr kredit, bazar, likvidlik və əməliyyat risklərinin kəmiyyət analizi, dələduzlıq hallarının öncədən tespiti (Fraud Detection), müştəri itkisinin proqnozlaşdırılması (Churn Analysis), çarpaz satış (Cross-selling) strategiyalarının optimallaşdırılması və tənzimləyici tələblərə (Mərkəzi Bank, Basel III/IV) uyğun analitik hesabatlılığın hazırlanmasını mənimsəyəcəklər. Fənn tələbələrdə bank sektorundakı mürəkkəb maliyyə datalarını rəqabətədavamlı biznes həllərinə çevirmək və maliyyə riski-gəlirlilik balansını analitik metodlarla idarə etmək vərdişlərini formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Bank əməliyyatları, kredit portfeli və depozit bazasının analizi üçün bank data strukturlarını və KPI göstəricilərini təhlil edir.
CLO 2: Kredit skorinqi, defolt ehtimalı (PD) və itki nisbətlərini (LGD, EAD) hesablamaq üçün analitik və maşın öyrənməsi modelləri qurur.
CLO 3: Məqsədli çarpaz satış (cross-sell) və yuxarı satış (up-sell) üçün bank müştərilərinin davranış analitikasını və klasterləşdirilməsini aparır.
CLO 4: Bank əməliyyatlarında şübhəli fəaliyyətlərin və fırıldaqçılığın aşkar edilməsi üçün anomaliya tespiti və AML analitikası tətbiq edir.
CLO 5: Mərkəzi Bankın requlyativ tələblərinə və Bazel Standartlarına (Basel\ III/IV) uyğun korporativ hesabatlılıq və idarəetmə panelləri (dashboards) hazırlayır.