Fənn · Biznesin idarə edilməsi

Statistik verilənlərin analizi

MS-20446 kreditPayız semestriSeçmə2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Bu fənn tələbələrə biznes və idarəetmə sahələrində toplanmış statistik verilənlərin emalı, təhlili, interpretasiyası və bu analitik nəticələr əsasında əsaslandırılmış qərarların qəbul edilməsi bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində təsviri statistika göstericiləri (orta qiymət, dispersiya, standart kənarlaşma), ehtimal paylanmaları, seçmə üsulları, hipotezlərin yoxlanılması (t-test, ANOVA, Xi-kvadrat) və korrelyasiya-reqressiya təhlilinin konseptual əsasları tədris olunur. Tələbələr müasir statistik proqram paketləri (MS Excel, SPSS, R və ya Python) vasitəsilə böyük verilənlər dəstlərini təmizləməyi, statistik modellər qurmağı, dəyişənlər arasındakı asılılıqları ölçməyi və nəticələri vizual olaraq təqdim etməyi mənimsəyəcəklər. Fənn tələbələrdə xam məlumatlardan etibarlı statistik nəticələr çıxarmaq və biznes proseslərindəki qeyri-müəyyənlikləri analitik metodlarla idarə etmək vərdişlərini formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Biznes və tədqiqat məlumatlarını statistik proqramlarda (Excel, SPSS, R və s.) təmizləyir, strukturlaşdırır və analizə hazır vəziyyətə gətirir.

  2. CLO 2: Təsviri statistik göstəriciləri (ortalama, median, standart kənarlaşma) hesablayır və verilənlərin paylanma xüsusiyyətlərini vizual və ədədi olaraq şərh edir.

  3. CLO 3: Seçmə göstəriciləri əsasında baş məcmunun parametrlərini qiymətləndirmək üçün hipotez testlərini (t-test, chi^2-test, ANOVA) tətbiq edir.

  4. CLO 4: Dəyişənlər arasındakı asılılıqları və əlaqə dərəcəsini qiymətləndirmək üçün korrelyasiya və reqressiya analizlərini həyata keçirir.

  5. CLO 5: Statistik təhlillərin nəticələrinə əsasən məlumatlara söykənən (data-driven) idarəetmə qərarları üçün analitik hesabatlar tərtib edir.