Fənn · Biznesin idarə edilməsi

İdarəetmədə proqnozlaşdırma metodları

MS-20436 kreditPayız semestriSeçmə2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

179saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Bu fənn tələbələrə idarəetmə qərarlarının qəbul edilməsi, gələcək biznes ssenarilərinin qiymətləndirilməsi və resursların strateji planlaşdırılması üçün proqnozlaşdırma metodlarının tətbiqi bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində keyfiyyət (Delfi metodu, ekspert rəyləri, ssenari analizi) və kəmiyyət (zaman sıraları, ekonometrik modellər, reqressiya) proqnozlaşdırma üsulları tədris olunur. Tələbələr bazar tələbatının, satış həcmlərinin, maliyyə göstəricilərinin və əməliyyat risklərinin dəqiq proqnozlaşdırılması üçün statistik metodları və müasir proqram təminatlarını tətbiq etməyi mənimsəyəcəklər. Fənn tələbələrdə qeyri-müəyyənlik mühitində effektiv idarəetmə strategiyaları işləyib hazırlamaq və proqnoz xətalarını minimuma endirməklə proaktiv qərarlar qəbul etmək vərdişlərini formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Strateji və əməliyyat qərarlarının qəbulu üçün kəmiyyət (quantitative) və keyfiyyət (qualitative) proqnozlaşdırma metodlarını müqayisəli təhlil edir.

  2. CLO 2: Vaxt sıraları (Time Series: Holt-Winters, ARIMA) və reqressiya modellərindən istifadə edərək satış, tələbat və resurs ehtiyaclarını proqnozlaşdırır.

  3. CLO 3: Subyektiv və ekspert rəylərinə əsaslanan proqnozlaşdırma texnikalarını (Delfi metodu, ssenari analizi) müəyyən edir və idarəetmə kontekstində tətbiq edir.

  4. CLO 4: Proqnozların dəqiqliyini qiymətləndirmək üçün xəta metrikalarını hesablayır və modelin parametrlərini optimallaşdırır.

  5. CLO 5: Proqnozlaşdırma nəticələrini müəssisənin büdcə planlaması, risklərin idarə olunması və strateji yol xəritələri ilə inteqrasiya edir.