Fənn · Biznesin idarə edilməsi
Süni intellekt və kibertəhlükəsizlik
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənn tələbələrə süni intellekt (AI) texnologiyalarının kibertəhlükəsizlik sahəsindəki ikitərəfli rolunu — həm müdafiə mexanizmlərinin gücləndirilməsi, həm də yeni nəsil kiberhücumların qarşısının alınması istiqamətlərini öyrətmək üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində maşın öyrənməsi və dərin öyrənmə alqoritmlərinin şəbəkə təhlükəsizliyinə inteqrasiyası, anomaliyaların tespiti (Anomaly Detection), zərərli proqramların (Malware) avtomatlaşdırılmış təhlili və kiberinsidentlərə real vaxt rejimində cavab reaksiyası (Automated Incident Response) tədris olunur. Tələbələr süni intellekt əsaslı zəifliklərin skan edilməsi systemsini, AI dəstəkli fişinq (Phishing) və sosial mühəndislik hücumlarının aşkarlanmasını, eləcə də AI modellərinin özünə qarşı yönəlmiş hücum tərəflərini (Adversarial Machine Learning, data zəhərlənməsi) və rəqəmsal eti̇ka prinsiplərini mənimsəyəcəklər. Fənn tələbələrdə kiber mühitdəki mürəkkəb təhdidləri öncədən müəyyən etmək, avtomatlaşdırılmış müdafiə sistemləri qurmaq vərdişlərini formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Kibertəhlükəsizlikdə AI/ML tətbiq alanlarını (anomaliya tespiti, insident cavablandırılması) və AI sistemlərinə yönəlmiş kiber təhdidləri (Adversarial AI) təhlil edir.
CLO 2: Şəbəkə trafikində və sistem jurnallarında (logs) real vaxt rejimində kiber hücumları aşkar etmək üçün intellektual zərərverici proqram tespiti modellərini tətbiq edir.
CLO 3: Zərərli proqram təminatının (malware) təhlili, fırıldaqçılıq ssenariləri və phishing hücumlarının qarşısını almaq üçün AI alətlərini layihələndirir.
CLO 4: AI əsaslı Avtomatlaşdırılmış Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOAR/SIEM) sistemlərinin effektivliyini qiymətləndirir.
CLO 5: Kiber müdafiə sistemlərində AI tətbiq edərkən alqoritmik zəifliklər, data zəhərlənməsi (data poisoning) və etik təhlükəsizlik risklərini idarə edir.