Fənn · Biznesin idarə edilməsi
Enerji obyektlərində risk menecmenti
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənn tələbələrə enerji sektorunda fəaliyyət göstərən obyektlərin (elektrik stansiyaları, yarımstansiyalar, neft-qaz emalı və daşınması qurğuları, bərpa olunan enerji qurğuları) təhlükəsiz və davamlı fəaliyyətini təmin etmək üçün risklərin idarə olunması metodlarını öyrətmək üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində enerji infrastrukturunda yarana biləcək texniki-texnoloji, ekoloji, maliyyə, əməliyyat və kibertəhlükəsizlik risklərinin identifikasiyası və qiymətləndirilməsi tədris olunur. Tələbələr enerji obyektlərində qəza risklərinin təhlili (HAZOP, FMEA), kritik infrastrukturun qorunması, sənaye təhlükəsizliyi standartları, böhran və fövqəladə halların idarə olunması, eləcə də risklərin sığortalanması və neytrallaşdırılması strategiyalarını mənimsəyəcəklər. Fənn tələbələrdə enerji obyektlərinin etibarlılığını yüksəltmək, texnoloji kəsintilərin qarşısını almaq və risk yönümlü idarəetmə qərarları qəbul etmək vərdişlərini formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Enerji istehsalı, nəqli və paylanması obyektlərində yaranan texniki, əməliyyat, ekoloji və təhlükəsizlik risklərini eyniləşdirir və təsnifləşdirir.
CLO 2: Enerji infrastrukturlarında potensial qəzaların və dayanmaların təsirini kəmiyyət və keyfiyyət analizi metodları (HAZOP, FMEA, Risk Matrisi) ilə qiymətləndirir.
CLO 3: Kritik enerji obyektlərində böhran və fövqəladə hallar üçün cavab strategiyaları və Biznesin Davamlılığı Planını (BCP) layihələndirir.
CLO 4: Obyektlərin təhlükəsizlik standartlarına (ISO 31000, HSE tənzimləmələri) uyğunluğunu audit edir və risklərin azaldılması üzrə tədbirlər paketi hazırlayır.
CLO 5: Enerji obyektlərinin investisiya və əməliyyat mərhələlərində sığorta, hecinq və risklərin ötürülməsi mexanizmlərini tətbiq edir.