Fənn · Biznesin idarə edilməsi

Marketinq analitikası

MS-20386 kreditPayız semestriSeçmə2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

178saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Bu fənn tələbələrə marketinq fəaliyyətlərinin effektivliyini ölçmək, istehlakçı davranışlarını data əsasında təhlil etmək və marketinq investisiyalarının gəlirliliyini (ROMI — Return on Marketing Investment) optimallaşdırmaq üçün zəruri olan analitik metodları və alətləri öyrətmək üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində bazar seqmentasiyası modelləri, müştəri qazanma xərclərinin (CAC) və müştəri ömür boyu dəyərinin (CLV) hesablanması, satış qıfı (Sales Funnel) analitikası və rəqəmsal marketinq metrikaları tədris olunur. Tələbələr A/B testlərin keçirilməsi, attribution modelləri (atf etmə modelləri), sosial media və veb-analitika alətləri (Google Analytics və s.), qiymət elastikliyinin təhlili və marketinq kampaniyalarının proqnozlaşdırılması üzrə praktiki bacarıqları mənimsəyəcəklər. Fənn tələbələrdə xam marketinq datalarını strateji biznes qərarlarına çevirmək, budcə bölüşdürülməsini optimallaşdırmaq və data əsaslı marketinq strategiyaları qurmaq vərdişlərini formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Marketinq kanallarının və kampaniyalarının effektivliyini qiymətləndirmək üçün zəruri verilənləri toplayır, təmizləyir və strukturllaşdırır.

  2. CLO 2: Müştəri seqmentasiyası, klasterləşdirmə və hədəfləmə üçün statistik və maşın öyrənməsi metodlarını (RFM analizi, K-Means) tətbiq edir.

  3. CLO 3: Marketinq xərclərinin qaytarılmasını (ROMI), Müştəri Qazanma Xərcini (CAC) və Müştərinin Ömür Boyu Dəyərini (CLV) hesablayaraq büdcəni optimallaşdırır.

  4. CLO 4: A/B testləri və reqressiya modelləri vasitəsilə marketinq atribuciya modellərini (Marketing Attribution) layihələndirir.

  5. CLO 5: Analitik nəticələri interaktiv idarəetmə panellərində (Power BI, Tableau) vizuallaşdıraraq strateji marketinq qərarları üçün tövsiyələr verir.