Fənn · Biznesin idarə edilməsi

Enerjidə süni intellekt

MS-20386 kreditPayız semestriSeçmə2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Bu fənn tələbələrə enerji sektorunda transformasiya yaradan süni intellekt (AI), maşın öyrənməsi (ML) və böyük data (Big Data) texnologiyalarının tətbiqi sahəsində konseptual bilik və praktiki bacarıqları aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində enerji tələbi və təklifinin dəqiq proqnozlaşdırılması (Load Forecasting), ağıllı şəbəkələrin (Smart Grids) idarə olunması və bərpa olunan enerji mənbələrinin (günəş, külək) generasiya dəyişkənliyinin optimallaşdırılması prinsipləri tədris olunur. Tələbələr enerji obyektlərində avadanlıqların nasazlıqlarını öncədən müəyyən edən proqnozlaşdırıcı texniki xidmət (Predictive Maintenance), enerji itkilərinin azaldılması, avtomatlaşdırılmış enerjidaşıma və smart sayğac datalarının təhlili kimi alətlərin tətbiqini mənimsəyəcəklər. Fənn enerjinin saxlanması sistemlərinin, rəqəmsal əkizlərin (Digital Twins) və AI algoritmik modellərinin tətbiqi ilə enerji effektivliyini yüksəltmək və dekarbonizasiya məqsədlərinə çatmaq üçün tələbələrdə analitik və texnoloji vərdişlər formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Enerji sektorunda Böyük Data (Big Data), Əşyaların İnterneti (IoT) və Süni İntellekt (AI) texnologiyalarının tətbiq sahələrini və potensialını qiymətləndirir.

  2. CLO 2: Bərpa olunan enerji mənbələrindən generasiyanı və elektrik enerjisinə olan tələbatı proqnozlaşdırmaq üçün Maşın Öyrənməsi (ML) modellərini tətbiq edir.

  3. CLO 3: Enerji şəbəkələrində (Smart Grid) avadanlıqların nasazlıqlarını öncədən müəyyən etmək üçün proqnostik texniki xidmət (Predictive Maintenance) alətlərini layihələndirir.

  4. CLO 4: Enerji saxlanması, paylanması və yükün idarə olunması (Demand Response) proseslərini alqoritmik optimallaşdırma modelləri vasitəsilə idarə edir.

  5. CLO 5: Enerji sistemlərində süni intellektin tətbiqi ilə bağlı kibertəhlükəsizlik risklərini, data məfiliyini və etika məsələlərini təhlil edir.