Ümumi məlumat
- Fənn kodu
- MS-2036
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mühazirə
- Auditoriyadan kənar saatlar
- a) 150 saat fərdi iş
Fənn haqqında
Bu fənn tələbələrə müəssisə və təşkilatlarda enerji resurslarından səmərəli istifadə olunması, enerji xərclərinin azaldılması və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi üçün Enerji Menecmenti Sistemlərinin (EMS) qurulması və idarə edilməsi bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində beynəlxalq ISO 50001 Enerji Menecment Standartının prinsipləri, enerji siyasətinin formalaşdırılması, enerji istehlakının monitorinqi və ölçülməsi (EnPI — Enerji Performans Göstəriciləri) tədris olunur. Tələbələr enerji balansının tərtib edilməsi, energetik baz xəttinin (Energy Baseline) müəyyənləşdirilməsi, enerjiyə qənaət imkanlarının və effektivlik potensialının təhlili, eləcə də resursların idarə olunmasında rəqəmsal EMS proqram təminatlarının tətbiqini mənimsəyəcəklər. Fənn tələbələrdə enerji effektivliyi layihələrinin iqtisadi və ekoloji cəhətdən qiymətləndirilməsi, davamlı enerji strategiyalarının işlənməsi və təşkilatlarda enerji menecmenti sisteminin uğurla tətbiq edilməsi vərdişlərini formalaşdırır.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- layihə əsaslı öyrənmə
- problem-based learning
- komanda işi
- təqdimatlar
- case study
Fənn təlim nəticələri (CLO)
CLO 1: Beynəlxalq ISO 50001 standartının tələblərinə uyğun olaraq müəssisədə Enerji Menecmenti Sisteminin (EnMS) qurulması və tətbiqi planını layihələndirir.
CLO 2: Təşkilatın enerji siyasətini, enerji məqsəd və hədəflərini korporativ dayanıqlılıq strategiyası ilə inteqrasiya olunmuş şəkildə formalaşdırır.
CLO 3: Enerji istehlakı məlumatlarını toplayaraq baza göstəricilərini (Energy Baseline - EnB) və Enerji Effektivliyi Göstəricilərini (EnPIs) müəyyən edir.
CLO 4: Müəssisədə enerji balansı, enerji itkilərinin xəritələnməsi və davamlı təkmilləşdirmə (PDCA – Plan-Do-Check-Act) mexanizmlərini tətbiq edir.
CLO 5: Enerji səmərəliliyi tədbirlərinin texniki-iqtisadi əsaslandırmasını tətbiq edərək enerji xərclərinin azaltması üzrə fəaliyyət planı hazırlayır.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |