Fənn · Biznesin idarə edilməsi
Beynəlxalq rəqabət və strategiyalar
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənn tələbələrə müəssisə və təşkilatların qlobal mühitdə rəqabətüstünlüyü əldə etməsi, saxlaması və beynəlxalq bazarlarda uğurlu strategiyalar həyata keçirməsi üçün zəruri olan konseptual əsasları və analitik alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində qlobal rəqabət mühitinin analizi (Porterin Qlobal Milli Üstünlük "Brilliant" Modeli, PESTEL, CAGE çərçivəsi), transmilli korporasiyaların rəqabət strategiyaları və qlobal dəyər zəncirinin (Global Value Chain) idarə olunması tədris olunur. Tələbələr beynəlxalq strategiya növlərini (qlobal, mülki-daxili, transmilli, beynəlxalq), xarici bazarlara daxilolma və strateji tərəfdaşlıq (strateji alyanslar, birgə müəssisələr, qovuşma və udulmalar) formalarını, eləcə də qlobal brending və rəqib analizini mənimsəyəcəklər. Fənn tələbələrdə dinamik və qeyri-müəyyən qlobal biznes mühitində strateji mövqeləndirmə aparmaq, qlobal rəqabət risklərini idarə etmək və uzunmüddətli davamlı rəqabət üstünlüyü yaradan korporativ strategiyalar işləyib hazırlamaq vərdişlərini formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Beynəlxalq biznes mühitində təşkilatların rəqabət mövqeyini və qlobal rəqabət risklərini kompleks şəkildə təhlil edə biləcək.
CLO 2: Qlobal bazarlara daxilolma formalarını (strateji alyanslar, birgə müəssisələr, BXM və s.) müqayisə edərək müəssisə üçün optimal strateji modeli seçəcək.
CLO 3: Transmilli korporasiyaların qlobal dəyər zəncirini (Global Value Chain) və resurslarını rəqabət üstünlüyü yaratmaq üçün idarə edə biləcək.
CLO 4: Müxtəlif ölkə və regionların strateji mühit fərqliliklərini (CAGE çərçivəsi, Porterin Brilliant Modeli) nəzərə alaraq gələcək biznes ssenarilərini qiymətləndirəcək.
CLO 5: Qlobal bazar dinamikasına və dəyişən rəqabət şəraitinə uyğunlaşdırılmış uzunmüddətli korporativ strategiyalar işləyib hazırlayacaq.