Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənn tələbələrə müasir biznes mühitində süni intellekt (AI) texnologiyalarının tətbiqi, rəqəmsal transformasiya prosesləri və data əsaslı idarəetmə strateqiyaları üzrə konseptual və praktiki bilikləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində generativ süni intellekt, maşın öyrənməsi və böyük data texnologiyalarının biznes əməliyyatlarına inteqrasiyası, biznes modellərinin yenilənməsi və rəqabət üstünlüyünün əldə edilməsi prinsipləri tədris olunur. Tələbələr AI həllərinin maliyyə, marketinq, insan resursları və təchizat zənciri kimi müxtəlif biznes sahələrində tətbiqi, biznes proseslərinin avtomatlaşdırılması, AI layihələrinin iqtisadi effektivliyinin (ROI) qiymətləndirilməsi, eləcə də süni intellektin etik, hüquqi və təhlükəsizlik aspektlərini mənimsəyəcəklər. Fənn tələbələrdə texnoloji innovasiyaları biznes strategiyalarına uğurla inteqrasiya etmək və AI əsaslı strateji qərarlar qəbul etmək vərdişlərini formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Süni intellekt (AI), Maşın Öyrənməsi (ML) və Generativ AI texnologiyalarının müasir biznes modellərinə və dəyər zəncirinə təsirini təhlil edir.
CLO 2: Müəssisənin müxtəlif funksional sahələrində (marketinq, maliyyə, HR, əməliyyatlar) AI tətbiq imkanlarını və biznes dəyərini qiymətləndirir.
CLO 3: Explain the fundamental principles of information security project management, relevant international standards (ISO/IEC 27001, NIST, and PMBOK), and methodologies such as Waterfall, Agile, and DevSecOps.
CLO 4: AI layihələrinin investisiya gəlirliliyini (ROI), texniki məqsədəuyğunluğunu və risklərin idarə olunmasını analiz edir.
CLO 5: Biznesdə süni intellektin tətbiqi zamanı etika, data məfiliyi, alqoritmik qərəzlilik və kiber təhlükəsizlik məsələlərini tənzimləyir.