Fənn · Biznesin idarə edilməsi

Proqnozlaşdırma və zaman sıralarının analiziSillabus

MS-20176 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-2017
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə zaman oxu üzrə toplanmış məlumatlar (Time Series) əsasında gələcək biznes göstəricilərini, maliyyə trendlərini və bazar dəyişikliklərini proqnozlaşdırmaq üçün zəruri olan riyazi-statistik metodları və analitik alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində zaman sıralarının əsas komponentləri (trend, mövsümlülük, tsikliklikvə təsadüfi tərəddüdlər), stasionarlıq anlayışı, avtokorrelyasiya (ACF/PACF) və hamarlaşdırma (Exponential Smoothing, Holt-Winters) üsulları tədris olunur. Tələbələr klassik ekonometrik və müasir proqnozlaşdırma modellərinin (ARIMA, SARIMA, VAR), eləcə də maşın öyrənməsinə əsaslanan zaman sırası alqoritmlərinin (Prophet, LSTM) təhlil proqramları (Excel, Python, R və ya SPSS) vasitəsilə tətbiqini mənimsəyəcəklər. Fənn satış həcmləri, birja qiymətləri, makroiqtisadi göstəricilər və tələbat proqnozları üzrə xətanı minimuma endirən modellər qurmaq və data əsaslı idarəetmə qərarları qəbul etmək vərdişlərini formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • layihə əsaslı öyrənmə
  • case study
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Zaman sıralarının əsas komponentlərini (trend, mövsümlülük, tsiklik və təsadüfi tərəddüdlər) stasionarlıq testləri (ADF testi) ilə təhlil edir.

  2. CLO 2: Tələbat, satış və maliyyə göstəricilərinin proqnozlaşdırılması üçün avtoreqressiv və hamarlaşdırma modellərini (ARIMA, SARIMA, ETS, Prophet) qurur.

  3. CLO 3: Çoxölçülü zaman sıraları (VAR, VECM) vasitəsilə makroiqtisadi və biznes dəyişənləri arasındakı dinamik asılılıqları qiymətləndirir.

  4. CLO 4: Proqnozların dəqiqliyini və etibarlılığını qiymətləndirmək üçün xəta metrikalarını (MAE, RMSE, MAPE) hesablayır və cross-validation tətbiq edir.

  5. CLO 5: Zaman sıralarının analizindən əldə olunan proqnozları müəssisənin strateji planlaması və risklərin idarə olunması sistemlərinə inteqrasiya edir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5